Əzizim, sənə bir məsləhətim var,
Gərək sözlərimdən inciməyəsən.
Mələkləri çəkmək səndə alınmır,
Sən indi şeytanı bəlkə çəkəsən?
Mələyin təsviri incə sənətdir,
Şeytanı çəkməkdə yox elə əngəl.
Tanış bir üzü çək, bu elə bəsdir,
Yaxşı tanımırsan özünü məgər?
ingiliscədən tərcümə
30. 07. 2027, Samara
++++++++++++++
ROBERT BURNSTo an Artist
Dear ——— , I will give you some advice,
You will take it not uncivil:
You should not paint at angels man,
But try and paint the Devil.
To paint an angel is delicate work,
With Nick (Satan) there is little danger:
You will easy draw a long known face,
But not so well a stranger.
