Архив | 05.08.2024

NİYƏ MƏNİM EVİM YANDI, İLAHİ?

Niyə mənim evim yandı, ilahi?

Yandı kitablarım, yandı hər şeyim.

Hökmü əlindədir hər şeyin axı,

Məni niyə seçdin? Daha nə deyim…

 +

Ev də ev deyildi, yarımev idi,

Elə pis deyildi şərait ancaq.

Qoşa pəncərəmdə gül də var idi,
Baxıb dincəlirdim yazıb yorulcaq.

 +

İlahi, yanmalı ev məgər azdı? —
Nəzərdə tuturam mən boş evləri!

Deyək ki, onlarrın lap yüzü yandı,

Olmaz yiyələrin bəlkə xəbəri…

 +

Mənsə Əyyub kimi lütəm, miskinəm,

İndi nəyim varsa, bağışlayıblar.

Əyin-baş verən kim, çörək verən kim,

Əyin-baş yandırır, çörək – zəhrmar…

 +

Bu söhbət şikayət deyil, İlahi,

İşindən baş aça bilmirəm amma.

Sənə ibadətdən yayınıb axı,
Dua eləyirəm əlli adama…

 

05. 08. 2024, Samara

ROBERT. BERNS CON ANDERSON

Robert Burns

1.

Con Anderson, əziz Co, yadımdadır,

Bir zaman səninlə tanış olanda
Qətran tək saçların sənin qaraydı,

Qırışsız, hamardı gözəl alın da;

Qaşların seyrəlib sənin indisə,

Qar kimi dümağdır, saçın, görürəm,

Təki ağ başına bəla gəlməsin,

Co Anderson, sevinc bəxş edən həmdəm.

2.

Con Anderson, mənə sevinc idin sən,
Birgə dırmaşardıq biz təpələrə,

Günümüz keçirdi bəxtəvər və şən,

Yormadı ünsiyyət bizi bir kərə.

Vaxtdır indi gedək üzüaşağı,

Əl-ələ verərək düşərik hökmən.
Yatarıq yamacda uşaq sayağı,

Dostsan, Con Anderson mənə, sevincsən.

ingiliscədən tərcümə

03-04. 08. 2024, Samara

 ++++++++++++++

ROBERT BURNS

John Anderson

John Anderson my jo, John,
When we were first acquent,
Your locks were like the raven,
Your bonie brow was brent;
But now your brow is beld, John,
Your locks are like the snaw,
But blessings on your frosty pow,
John Anderson my jo!
Читать далее