Архив | 13.08.2024

ROBERT BERNS. TEM QLEN

Robert Burns

1.

Ürəyim partlayır, əziz bacım, bil,

Mənə bir məsləhət gərək verəsən.

Hamını küsdürmək heç insaf deyil,

Bəs onda nə edim Tem Qlenlə mən?

2.

Bu gözəl insanla, düşünürəm ki,
Kasıblığa da mən dözərəm asan,

Əgər Tem Qlensə ürəyimdəki,

Neynirəm əllərim pulla oynasın?

3.

Elə bu Louri, bu lord Dyumeller:
Rəftarı kopuddur, xoşuma gəlmir.

Pulundan danışar, özünü öyər,
Ancaq Tem Qlen tək rəqs edə bilmir.

4.

Dəng eləyir məni həmişə anam,

Cavan oğlanlarla sayıq ol deyir.

Oğlan aldadandır, sonra da atan —

Mənim Tom Qlenim, yox, belə deyil!

5.

Atamsa deyir ki, mən onu atsam,

Mənə o, yüz marka verəcək hökmən.

Bu iş taleyimin yazısıdırsa,

Necə əl çəkərəm mən Tem Qlendən?

6.

Valentin gününün axaşamı dünən,

Sanki ürəyimdə yel əsdi birdən,

Üç dəfə fal açdım, hər üçündə də,
Onun yazılmışdı adı: Tom Qlen.

7.

Durdum Halloində mən gecə yarı,

Donumun qolları yaşdı yenə də.

Gəldi evə yaxın onun oxşarı,

Vardır şalvavarından Rom Qlenin də!

8.

Mənə məsləhət ver, bacım, yubanma,

Ən sevimli qara toyuğumu mən,
Sənə verəcəyəm, şərti var amma:

Əziz Tem Qlenə ərə get desən.

1788

ingiliscədən tərcümə

09-10. 2024, Samara

+++++++++++++++

ROBERT BURNS

Tam Glen

1.

My heart is a-breaking, dear tittie,
Some counsel unto me come len’,
To anger them a’ is a pity,
But what will I do wi’ Tam Glen?
Читать далее