
Əgər it saxlamırsınız,
Verməz ona qonşu zəhər.
Dostla pozulmaz aranız,
Dostunuz yoxdursa əgər.
+
Zərbçi guruldadır bası,
Şeypurçu misi mələdir,
Düşünün, işlədin başı,
Qazanc nədir, itki nədir.
+
Eviniz yoxdursa əgər,
Yanğından arxayınsınız.
Nə arvad özgəylə gəzər,
Əgər yoxsa arvadınız.
+
Yoxdursa əgər xalanız,
Qorxmursuz xala yox olar.
İndi ki, yaşamırsınız,
Deməli, ölməmək olar.
+
Zərbçi guruldadır bası,
Şeypurçu misi mələdir,
Düşünün, işlədin başı,
Qazanc nədir, itki nədir.
1970-ci illər
ruscadan tərcümə
31. 08. 2024, Samara
QEYD:
Bu şeirə Mikael Tarıverdiyevin yazdığı mahnı Eldar Ryazanovun “Taleyin ironiyası və ya Həmişə təmizlikdə!” filmində səslənir.
+++++++++++++++++
АЛЕКСАНДР АРОНОВ
(1934-2001)
Песенка о собаке
Когда у вас нет собаки,
Её не отравит сосед,
И с другом не будет драки,
Когда у вас друга нет. Читать далее