Cənnətdən çıxan zaman divar əhəngi tək ağ,
Adəm dinməz gedirdi, sərt və qaraqabaqdı.
Dəridən önlüyünü zəif əllə sıxaraq,
Uşaq tək ağlayaraq titrəyirdi arvadı.
Dalğalanan sırayla arxasınca gedirdi,
Sayları bilinməyən və cürbəcür heyvanat:
Anlamayaraq nə var, cavanlar şellənirdi,
Qocalara ağırdı qəribə bu səyahət.
Çaşqındı gombul öküz, deyinirdi astadan:
“Zillət…Daim sifətim tər içində… Aha, Ədəm!
Mən alma yeməmişdim bir dəfə yaranandan,
Sarsaq meyvələri də mən heç vaxt yeməmişəm…”
Yavaşca mələyərək yağlı qoç titrəyirdi:
“Qurbana və qazana mənim nəslim gedəcək
Yediyimiz mamırdı, ilan harda, biz harda,
Yeriyəndə həmişə addım atırdıq ürkək.”
Kişnəyirdi azad at, qorxaraq köləlikdən,
Fağır yol gedir keçi, qüssəli mələyirdi.
Xərçənglər hönkürürdü, həm səssiz, həm də bərkdən,
Dovşalar pəncəsiylə gözlərini silirdi.
Pişik hamıdan uca çığırırdı deyəsən:
“Niyə əzab içində bala doğam mən gərək?!”
Göstəmk ah çəkirdi: “Sən ki, xırdaca şeysən,
Dost, sənin işin deyil mühakimə yürütmək..”
Cənnətdə almaları tamam basıb yeyərək,
İndi meymunlar ancaq atılıb-düşürdülər.
Sarsaqlar inanırdı təzə yurda gələn tək,
Alma yeyə bilərlər istədikləri qədər.
Və qismən razıydılar yırtıcılar bu işdən:
Cənnətdə ot gövşəmək onlarlı bezdirirdi.
Tuthatutlar, pusqular olsa da irəlidə,
Qan içib ət yeyərlər doyunca onlar indi.
Adəm cərt və acıqlı, təkəbbürlü və lal-mat,
Titrəyərək uşaq tək arvadı ağlayırdı.
Həndəvərə baxırdı həyəcanla heyvanat,
Vermirdi yağış ara, uzaqlar qapqaraydı…
1910
Rruscadan tərcümə
02-03. 10. 2024, Samara
+++++++++++++++
САША ЧЕРНЫЙ
НЕСПРАВЕДЛИВОСТЬ
Адам молчал, сурово, зло и гордо,
Спеша из рая, бледный, как стена.
Передник кожаный зажав в руке нетвердой,
По-детски плакала дрожащая жена… Читать далее

