Azad elmi öldürən məgər siz deyildiniz?
Qamçıyla alimləri qovmadınız siz məgər?
İndi əylənirsiniz, akademiyanın siz
Ölüsünü qumaşla örtmüsünüzsə əgər…
+
Daha qeyrətliydilər Puqaçov da, Razin də,
“Сарынь на кичку!” deyib kəsib-doğrayırdılar.
Mədəniyyət cəlladı onlardan çox rəzildir,
Ölü dodaqlarını qurbanının yalayar.
+
Haqqınız varmı iki əslik şöhrətiylə,
Öyünəsiniz elm və xeyir ocağının,
Boşdur axı bu məbəd, necə möhtəşəm ola,
Bircə ovuc gümüş də verməz o sizə, qanın…
+
Volterlərə sırıyıb komsomolu siz indi,
Deyirdiniz Avropa görüb təəccüblənər?
Elm – qarət edilmiş incilərdən deyildir,
Quldur hoqqalarınız, bilin, gedəcək hədər.
+
Elm də qisas alır. İddialı naşılar
“Proletar” şirkətində əlifba gəmirirlər.
Sizdən törəyən bidur: Lunaçarski Loyola,
Və kollektiv qırmızı Mitrofan – var ayrı nə?
+
Əgər yeddi asudə avropalı da sizin
Bu ölü yubileyə, təşrif buyursa birdən —
Belə baş çəkirdilər hindulara da yəqin,
Qorxa-qorxa çıxaraq möhtəşəm gəmilərdən.
+
Yalan, şeypurunu çal! Özgə biçinlərindən
Yığ müqəddəs torpağı Elmi İspolkom üçün.
Əlbəttə, Lomonosov qalxmayaxaq qəbirdən,
Qalxsa, keçirilərdi süngüyə o həmin gün!
ruscadan tərcümə
10.10. 2024, Samara
QEYDLƏR:
- Rusiya Akademiyasını 200 illiyi 1924-cü ildə qeyd edilib.
2. «Сары́нь на ки́чку!» — Maneəsiz qəraət üçün Volqa quldurlarının matroslara gəminin qabaq hissəsində yığılmaq əmri. 16-cı əsrin əvvəlindən 18-ci əsrin sonunadək matrosları “sara” (“sar) adlandırırdılar.
+++++++++++++++++
САША ЧЕРНЫЙ
К двухсотлетию академии наук
Убившие свободную науку,
Ученых изгонявшие бичом,
Забавную придумали вы штуку,
Труп Академии венчая кумачом…
Честнее был и Пугачев, и Разин:
«Сарынь на кичку!» Резали спроста…
Палач Культуры трижды лжив и грязен,
Лобзая жертву в мертвые уста.
Кичиться ль вам двухвековою славой
Рассадника науки и добра?
Ведь этот храм пустой, но величавый,
Не даст вам даже горсти серебра…
В Вольтеры навязавши комсомольца,
Европу вы решили удивить?
Наука — не награбленные кольца,—
Напрасна ваша каторжная прыть.
Наука мстит. Под фирмой «пролетарской»
Грызет букварь зазнавшийся профан.
Весь ваш приплод: Лойола Луначарский
И коллективный красный Митрофан.
И если семь досужих европейцев
К вам приплывут на мертвый юбилей,—
Так посещали некогда индейцев,
Сходя опасливо с высоких кораблей…
Труби же, Ложь! Сгребай с чужих покосов
Священный прах в Научный Исполком.
Не встанет из могилы Ломоносов…
А если б встал: они б его штыком!
