
Yarısəs oxuyuram, dinir balalayka həm
Lap astadan, oxuya bilmərəm mən ucadan.
“Sizdən rica edirəm, — deyib mənə sahibəm,
Yaşayın, ayı kimi böyürüb-bağırmadan.
Kafe-şantan deyil ha, dost, bura sənin üçün,
Oxuyursan, narahat olur kirəkeşlərim…”
İtilsin cəhənnəmə — axı bazardır bu gün,
İçkiliyəm özüm də, öz yerindədir kefim!
Ucuz çaxır vurmuşam, elə çox yox, azacıq,
Beş parç pivə içmişəm sonra gəlib həvəsə…
Atılıbdır sandığın üstünə ağ yaxalıq,
Ortadan dikəlibdir çarpayım da nədənsə…
Coşaraq cingildəyin, simlər, zınqrov kimi,
Yayılsın həndəvərə səsiniz dalğalanaq,
Sakit seyrək meşənin arxasında necə ki,
Şikayətlə nə qədər dinsə, yorulmur ancaq.
Cingildəyin, simlərim… xovlu toz kimi qarsa,
Hərlənərək toxunur yanaqlarıma indi.
Orlov rəvayəti tək uzaqlarda canlanar,
Sahillərlə sıxılıb axan çay üzərində.
Şam meşəsinin üstdə yanır qürub tonqalı,
Yekə qar topaları daha da mavilənir.
Simləri ehtirasla barmaqlar qamarlayır,
Ladlar daha ucadan, daha da sərbəst dinir…
Simlər dinin!… Aha, bu, xanımdır qapı döyən
Dərhal “Entrez” deyirəm. Söndürülüb işıq da.
“Pardon, madame, — sırıqlı geyindiyimə görə.
Oxuyurdum? Vallah, yox! Haçan oxudum, harda?”
1924
ruscadan tərcümə
12-13. 10. 2024, Samara
+++++++++++++++
САША ЧЕРНЫЙ
Эмигрантская песня
Пою вполголоса, чуть плещет балалайка,—
Нельзя мне громче петь…
«Я вас прошу, — сказала мне хозяйка,—
Не рявкать, как медведь!
Моих жильцов тревожит ваше пенье,
Здесь, друг мой, не шантан…» Читать далее