Архив | Ноябрь 2024

RADYARD KİPLİNQ. İKİ MÜXTƏLİF XALQ

RADYARD KİPLİNQ

Mənə xoş deyil onun ürəyi istəyənlər,

Ruhumu qorxudan şey onu qorxuda bilmir.

Müxtəlif ulduzları göstərir bizə göylər,

Hərəyə öz taleyi verib müxtəlif ömür.

 +

Bizim həm doğuluşlar, əbədi həm ölümlər,
Yazımızdır, onların bizə nəzarəti var.

Fontan şırnaqları tək şaxələnib ömürlər,

Və iki qütb kimi də uzaq, aralıdırlar.

 +

Yaşasaq da beləcə müxtəlif dünyalarda
Elə ki, görüşürük, azaddır hər birimiz.

Liberal qəlbimizi geniş açarıq, hətta,

Qohuma və qonşuya açmasaq da elə biz.

 +

(Adətlər müqayisə edilər zarafatla

Zəiflikdir bu, ancaq yox utanmalı heç nə.

Boynumuza alarıq bənzər günahları da,

Onları hər kəs bilir, qınamır heç kəs hərçənd.)

 +

Məmnunluq, lütfkarlıq, deyilən tək olsa da,

Qısa zaman içində yaranıb davam edər.

Və biri digərindən necə razı qalsa da,
Tayfasının yanına tələsik qaçıb gedər.

1927

ingiliscədən tərcümə

01.11. 2024, Samara

++++++++++++++++

RUDYARD KİPLİNG

TWO RACES

 

I seek not what his soul desires.

    He dreads not what my spirit fears.

Our Heavens have shown us separate fires.

  Our dooms have dealt us differing years. Читать далее

RADYAR KİPLİNQ. FİZİKİ AĞRIYA HİMN

Dəhşətli Anası unutqanlığın,

Elə ki, başlayır sənin idarən,
Yox olar bir anda qüssəsi qəlbin,
Qalır günahlardan xatirə nə də.

 +

Sədaqəti Cücü, ölməz, əbədi,

Mətin və daimi Od da həmçinin,

Qüdrətin önündə sənin heç nədir,

Hər ikisi sənə paxıllıq çəkir.

 +

Gecənin qapanmaz gözlərisən sən,
Göz yaşımız necə, görürsən, axır.

Bizə uzun gəlir bu vaxt min ildən,
Ötən saatların hər biri ağır.

 +

Ağrının üstünə ağrı yükləyən,

Sənindir gecənin qatı zülməti,

Sənindir səhər də, bizə söyləyən:

Qımışır həyatın yenə sifəti.

 +

İncə lütflərin kəsilən andan,

Düşünürük dinclik olar həaytda.

Fəqət bu rahatlıq saxta, aldadan,
Canlanır yenidən Cücü də, Od da.

 +

Buna görə səni alqışlayırıq,

Dua eləyərik sənə yataqda.

Ki, bizdən Cəhənnəm ağrılarını,

Saxlaya biləsən daim uzaqda.

 

1932

ingiliscədən tərcümə

29-30. 10. 2024, Samara

+++++++++++

RUDYARD KİPLİNG

Hymn to Physical Pain

 

Dread Mother of forgetfulness

Who, when Thy reign begins,

Wipest away the soul’s distress

And memory of her sins. Читать далее

PEYĞƏMBƏRİN BEŞİNCİ ARVADI ZEYNƏB. PEYĞƏMBƏR DƏ ONUN BEŞİNCİ ƏRİ OLUB…

download (2)

Məhəmməd peyğəmbərin beşinci arvadı Zeynəb bint Xuzeymə  (595-625) olub.

Maraqlı və hətta bir qədər məzəli görünən budur ki, Məhəmməd də Zeynəbin beşinci əri idi…

Məkkədəki Hilal tayfasından olan Zeynəb ilk dəfə qohumu Jahm ibn Əmr ibn Harizə ərə gedib.

Rəvayətlərə əsaslanan müxtəlif mənbələr hələ bütpərəst ilən Zeynəbin ço səxavətli olduğunu və buna görə “kasıbların anası” adlandırdığını qeyd edirlər. Demək lazımdır ki, bu rəvayətlərə skepsislə yanaşmaq lazımdır, çünki səxavətlilik Məhəmmədin bütün arvadlarına aid edilir. Yəqin ki, indi dəbdə olan terminlə desək, İslam “narrativ”ini yaradanların fikrincə peyğəmbərin aldığı çoxlu arvadın hər biri bu keyfiyyətə malik olmalı idi.

İkinci dəfə Zeynəb Abdulla ibn Jəhşə ərə gedir. Abdulla əvvəlcə Məhəmmədin oğulluğunun, sona Məhəmmədin özünün arvadı olmuş Zeynəb bint Jahşin qardaşıdır…

Zeynəblə Abdullanın ər-arvadlığı boşanma ilə bitir. Bunu bioqraflar Abdulla ölən vaxt Zeynəbin artıq başqa ərdə olduğuna görə təxmin edirlər…

Zeynəbin üçüncü əri Tufəyl ibn əl Harizdir, Mütəllib klanından olan müsəlmandır.

Bu nikah da boşanma ilə bitir.

Bundan sonra Zeynəb qardaşı Tüfəylin qardaşı Ubəydəyə  ərə gedir.Ubəydə ondan otuz yaş böyük idi. Bədr döyüşündə Ubəydə öldürülür. Zeynəb bir ilədək dul qalır.

625-ci ilin fevralında  əmisi oğlu, birinci ərinin qardaşı Qübəysə Zeynəbi Məhəmmədə ərə verir. Qeyd etmək lazımdır ki, Məhəmməd Zeynəbi alanda Hafsə bint Ömərə bir aya yaxın idi ki, evlənmişdi…

Zeynəbin Məhəmmədlə evliliyi cəmi bir neçə ay çəkir. O, otuz yaşında vəfat edir.

Yazıq Zeynəb…

Onun evi altı ay boş qalır, sonra ora Məhəmmədin altıncı arvadı Ümm Sələmə gəlir…

İslamçı resursların birində Zeynəb bint Xuzeyməyə həsr olunmuş  məqalənin başlanğıcında deyilir ki, Məhəmməddən sonra bizim nümunə götürməli olduğumuz şəxslər onun məslək, silah yoldaşları, ailə üzvləri, o cümlədən arvadlarıdır.

İndiki qızlar üçün, məsələn, Zeynəb bint Xuzeymə nümunə ola bilərmi? Məsələ hətta neçə dəfə ərə getməkdə deyil. Məsələ ev əşyası kimi əldən-ələ keçməkdədir…

Onu da demək lazımdır ki, Məhəmmədin sonuncu, on birinci arvadı Maymunə  (Barra bint al-Harith) Zeynəbin anabir bacısı olub…

LƏTİFƏ

Salyan məclislərində ağır söhbətlərdən yaranan təəssürü dəyişmək üçün lətifələr danışılır, ara bəzən elə qızışır ki, yas məclisi dönür məzhəkəyə…

Mən də uşaqlıqda eşitdiyim bir lətifəni danışmaq istəyirəm.

Küçədə yoldaşları ilə oynamağa getmiş bir oğlan ağlaya-ağlaya gəlir evə. Anasına deyir ki, böyük uşaqlardan biri onu söydü, dedi ki, sənin anan doqquz kişiyə gedib. Uşaq hələ də ağlaya-ağlaya soruşur: “Sən doğrudan da doqquz kişiyə ərə getmisən?” Arvad deyir: “Bala, birdən-birə deyə bilmərəm, gərək sayam. Bax, İsa, Musa, Mustafa, iki kosa, bir həmşəri, rəhmətlik dədən, cənnətlik əmin, biri də orda yatan…”

Arvad bunu deyib evin küncünə sərilib yuxuya getmiş kişini gostərir…

X.X.

02. 11. 2024, Samara

RADYARD KİPLİNQ. ETİRAF

RADYARD KİPLİNQ

Səhərin açılmağı çox yubanır, eləmi? —

Gəlib yorğun başımı ovuclarına al sən,

Qoy arxaya əyilim, böyük bədəməlimi,

Etiraf edim sənə ki, ölüb gedəndə mən,

Mənim rəzilliyimdəm tamam xəbərsiz kimi,

“Yəqin ki, cənnətdədir əzizim” deməyəsən.

 +

Niyə uzandı gecə, səhər ləngiyir nədən? –

Yaxına gəl, anbaan səsim daha zəiflər.

Özüm də çiyrinirəm demək istədiyimdən  —

Pəncərələri də aç, yəqin  açılar səhər,

Gözlərimsə qaralır fəqət. Öp yanağımdan,

Yalana görə məndən üzün dönənə qədər.

 

ingiliscədən tərcümə

29. 10. 2024, Samara

++++++++++++++

RUDYARD KİPLİNG

Confession

 

Is not the dawning very slow to rise—

   Set both your arms about my weary head,

         Let me lean back a moment & confess

   My great misdeed—lest when that I am dead,

         You, knowing nothing of my wickedness

Should say ‘my darling is in Paradise’ Читать далее

HAFSƏ BİNT ÖMƏR, ƏL TƏHRİM SURƏSİ, BAL, QALMAQAL…

HAFSƏ BİNT ÖMƏR

Hafsə bint ömar Məhəmmədin dördüncü arvadı, ikinci xəlifə Ömərin qızıdır.

İngilis Vikipediyası Məhəmməd ibm Saadaya istinadla yazır ki, Hafsə “…qureyşilər Kəbəni tikəndə, Məhəmmədə peyğəmbərlik verilməmişdən beş il qabaq, yəni 605-ci ildə doğulub. O, Xunays ibn Hudhafəyə ərə gedib, 624-cü ilin avqustunda dul qalıb.”

“Gözləmə müddəti” bitəndən sonra atası Ömər onu əvvəl Osmana, sonra Əbu Bəkrə təklif edib, ancaq hər ikisi bu təklifi qəbul etməyib.Yenə İbn Saadın yazdığına görə,  Ömər bu barədə Məhəmmədə şikayət edəndə  peyğəmbər deyib: “Hafsə Osmandan yaxşısına gedəcək, Osman Hafsədən yaxşısını alacaq”.

Bir şey başa düşdünüz?

Azərbaycan Vikipediyası aydınlıq gətirir: “Peyğəmbər cavabında, özü Həfsə ilə, qızı Ümm Gülsüm isə Osmanla evlənəcək deyə bildirir.” 

(“…deyə bildirir…” Bu nə dildir?)

Azərbaycanca məqalə orijinal deyil, ruscadan tərcümə edilib. Ancaq sonda fərqli mənbə siyahısı göstərilib. Oğurluqlarını ört-basdır eləyirlər…

Quranın əl Təhrim surəsi Hafsənin adı ilə bağlıdır.

Məhəmməd bal içərmiş. Günlərin bir günü bal içməyi tərgidir. Və Allah narahat olub peyğəmbərə ayə göndərir.

Peyğəmbərin balı necə içməyi yəqin çox insanı maraqlandırır, bunu Qooqle-a müraciət edəndə görürsən. Yəqin bəziləri fikirləşirlər ki, Məhəmməd də  qədim germanlar kimi bal arağı, ya ruslar kimi “medovuxa” içirmiş.  Qoogle məsələni izah edir. Məhəmməd balı su ilə qarışdırıb içirmiş ki, bunun da müalicə əhəmiyyəti var imiş. “…bağırsaqların işini yaxınlaşdırır, nəcis daşlarını əridir, disbakteriozu müalicı edir, qara ciyərin işini yaxşılaşdırır, zərərli maddələri çıxararaq orqanizmi təmizləyir”.

Deməli, Məhəmmədin bal içməyi tərgitdiyini bilən kimi Allah ona ayə göndərir: “Ey peyğəmbər, arvadlarının lütfünü qazanmağa çalışaraq niyə Allahın sənə icazə verdiyinə qadağa qoyursan? Allah bağışlayan və rəhmlidir!”

Məlum olur ki, Allah peyğəmbərin həzm prosesini diqqətlə izləyirmiş. Yəni fasiləsiz monitorinq.

Bəs Məhəmməd niyə balsudan imtina edir? Arvadlarının buna nə dəxli?

İngilis Vikipediyası bu barədə iki rəvayətin olduğunu bildirərək yazır ki, biri inandırıcıdır, o biri yox. İbn əl Ərəbi yazır: “Əslində bal haqqında doğru hekayə bundan ibarətdir ki, Məhəmməd onu Zeynəblə içirmiş, və Ayişə ilə Hafsə özlərini elə göstərirlər ki, guya buna görə inciyiblər. Məhəmməd də and içir ki, bir də bal içməyəcək. Bunu arvadlarına deyir və sonra onların hamısına aid olan ayələr gəlir.”

Guya inciyiblər ya əməlli-başlı? Qısqanırlarmış Zeynəbə, buna şübhə yoxdur…

Əl Buxarinin “səhih” syadığı hədisdə (3714)  deyilir: “Nəbinin arvadı …Aişə söyləyir ki, peyğəmbər tez-tez Zeynəb bint Cahşin yanında ləngiyir və orda bal içirdi. Mən Hafsə ilə sözləşdim ki, peyğəmbər hansımızın yanına gəlsə, ona deyər: “Mən səndən qummi iyini duyuram. Sən qummi yemisən?” Və Aişə bunu ona dedi, o isə cavabında dedi: “Mən Zeynəblə bal yemişəm. Bunu bir də eləmərm!”

Deyirlər ki, Aişə Məhəmmədin sevimli arvadı olub. Ancaq bu qalmaqaldan görünür ki, oğulluğunun (keçmiş oğulluğunun) arvadını peyğəmbər daha artıq istəyirmiş. Qısqannclıq, mərəkə, and-aman… Allah məcbur olub şəxsən işə qarışır…

Məhəmmədin arvadları haqqında məlumatların hamısında onların vaxtlarının çoxunu ibadətlə keçirdikləri hökmən qeyd edilir. Fikrləşirəm: vaxtın çıxu – yəni 24 saatın nə qədəri? Yaxşı, beş dəfə namaz qıldı, sonra? Bu balsu əhvalatı göstərir ki, arvadların vaxtının xeyli hissəsi günülərini güdməyə, peyğəmbərə yaxınlıq uğrunda mübarizəyə, intriqa toxumağa gedirmiş. Aydın məsədir ki, peyğəmbər arvadları ilə bacara bilmirmiş… Təəccüblü deyil, heç bir arvadla bacarmaq olmur, on-on ikisi ilə necə bacarasan…Yaxşı ki, Alla vaxtında ayə göndərib aranı düzəldirmiş…

Təxminən bu dövrdə:

AVROPA

605 — Britaniyada Nortmbriya krallığı yaranıb

613 — 629— 2-ci Xlotarın idarəsi, onun vaxtında franklar yenidən vahid dövlət olublar.

ÇİN

609 — 619—  türk xaqanı Şibinin idarəsi, onun vaxtında türklər Sui Çiniylə mübarizədə müstəqilliklərini qoyuyublar.

620 — 630 — kaqan Xilinin idarəsi, onun vaxtında türklər Çinə qarşı 67 yürüş ediblər.

AMERİKA

7-ci əsr –indiki Mexikonun 50 kilometrliyində yerləşən polietnik şəhər-dövlət Teotiukanın məhvi

 

Bütün bu və bu kimi hadisələri hansı tanrı idarə edirmiş? Bizimki? Yox. Bizimkinın başı ailə-məişət məsələlərinə qarışmışdı…

X.X.

01. 11. 2024, Samara