Архив | 08.12.2024

RADYARD KİPLİNG. QALİBLƏR

RADYARD KİPLİNQ

Əxlaq nədir? Oxusun, kim at üstdəsə əgər.

Qaranlıq gecədirsə, yollar itibsə gözdən,
Əsl dostu tanıdır ən çətin dəqiqələr;

Dalda qalanı ancaq ağılsızdır gözləyən

İstər cəhənnəmə en, göylərə ucal ya da –

Tək gedirsə kim əgər, birinci gedər o da.

 +

Möhkəm tutur ağ əllər tarımlanan yüyəni,

Sürüşdürür mahmızı çəkmənin dabanından,
İncə səslər qışqırır: “Hərlənərək dön yenə”,

Dodaqlar daha parlaq qılıncın poladından

Ümidlər ərimədə ocaq başında odda,
Tək gedirsə kim əgər, birinci gedər o da.

 +

İnsan yıxıla bilər, özü yıxılır ancaq,

Özü yıxıldığından o özüdür günahkar,

Qənimət isə bəxti gətirənə çatacaq,

Şəhərin xəzinəsi, şöhrət və fəxri adlar.

Çatacaq ona yerin bütün sərvəti hətta,
Tək gedirsə kim əgər, birinci gedir o da.

 +

Sənin ağır çağında dostun yanındadırsa.

Əgər yardım və dəstək görürsən ondan hər vaxt,
Yaxşı olar mənim bu nəğməmə qulaq assan:

Yardımıyla zəfər çal, yardımı boynundan at.

Zəhməti qoy o çəksin, sənsə qazan həyatda,
Tək gedirsə kim əgər, birinci gedir o da.

1888

ingiliscədən tərcümə

03-04. 12. 2024, Samara

QEYD:

Kiplinq yaradıcılığının tədqiqatçısı İtil Asmon  qeyd edir ki, bu şeirdə insanların hamısına xas oman, lakin çox az adamın etiraf etdiyi sərhədsiz eqoizm ifadə edilib. Lakin bu fəlsəfənin Kiplinqin özünə aid etmək doğru deyil.

++++++++++++++

RUDYARD KİLLİNG

The Winners

  Envoi to The Story of the Gadsbys

 

What is the moral ? Who rides may read.

  When the night is thick and the tracks are blind,

A friend at a pinch is a friend indeed;

  But a fool to wait for the laggard behind

Down to Gehenna, or up to the Throne,

He travels the fastest who travels alone. Читать далее