(məktəbli lirikası)
Dərslə məşğul idik haçansa birgə,
Bu dərs ən qədimdi; mənə o hərçənd,
Çox təzə gəlirdi, bilmirəm, bəlkə
Təzə kimiydi o sənin üçün də?
+
Sanki hər səhifə sənə tanışdı,
Vardı məlumatın şəkillərindən,
Bəs bu dərsləri kim sənə demişdi
Ki, qadın sayağı müdrik idn sən?
+
Qəribə olardı toranda əgər,
Əlimi qoysaydım çiyninə sənin”.
Bəlkə düşünərdin: “Yaşı bir qədər
Çox olsa, belimi belimi qucardı yəqin”.
+
Gözəl müəllimə, qoy olsun, indi
Müdrikəm, önündə otururam mən
Oxunun işığı gözlərindədir,
Əks var çöhrəndə hər səhidən.
+
Görüşdük, sonudur görüşün artıq,
Gərək biz ayrılaq, ayrılaq indi.
Oyun başa çatdı — mən uşaq-aşiq,
Əzizim, sən necə? Doğrusunu de…
1881
ingiliscədən tərcümə
06-07. 12. 2024, Samara
++++++++++++++++++++++
RUDYARD KİPLİNG
The Lesson
(Schoolboy Lyrics)
We two learned the lesson together,
The oldest of all, yet so new
To myself, and I’m wondering whether
It was utterly novel to you? Читать далее
