Архив | Декабрь 2024

RADYARD KİPLİNQ. XATIRLARAM KİMƏM MƏN…

eleph_wild4

Xatırlaram kiməm mən. Kəndirdən və ciyədən daha yorulmuşam mən,

Yada düşər qabaqkı gücüm və meşələrdə gördüyüm bütün işlər.

Daha satan deyiləm belimi bir neçə dərz şəkər qamışına mən,

Gohum-qardaş yanına üz tutaram, mənə də məskən olar meşələr.

 +

Gedərəm bütün günü, hava qaralanacan, açılanacan səhər,

Dadaram küləklərin məsum öpüşlərini, saf sular çəkər sığal.

Sındıraram dirəyi, düşməz heç yadıma ki, topuğumda həlqə var,

Sevimli yoldaşlara qoşulub oynayaram, bilmədən nədir ağa.

ingiliscədən tərcümə

26.11. 2024, Samara

+++++++++++++

RUDYARD KIPLING

I will remember what I was

 

I will remember what I was.  I am sick of rope and chain—

    I will remember my old strength and all my forest-affairs.

I will not sell my back to man for a bundle of sugar-cane.

    I will go out to my own kind, and the wood-folk in their lairs.

 

 

I will go out until the day, until the morning break,

    Out to the winds’ untainted kiss, the waters’ clean caress.

I will forget my ankle-ring and snap my picket-stake.

    I will revisit my lost loves, and playmates masterless!

RADYARD KIPLINQ. TƏLXƏK

RADYARD KİPLİNQ

Üç dərəcəsi var bəxtəvərliyin,

Ayaqaltısında Tanrı taxtının

Sahibi olacaq ən uca yerin,
Kim oda atılır, ölümə yaxın
Gedir qardaşını xilas naminə,
Tanrının qüdrəti belə bilinər!

 +

Üç dərəcəsi var bəxtəvərliyin,

Cənnət bağlarında, budur həqiqət.

O kəs sahibidir ikinci yerin,

Verib qardaşına gözəl məsləhət,

Məhvdən ruhunu onun qurtarar,
Tanrının Cəlalı çünki orda var!

 +

Bəxtəvərliyin üç dərəcəsi var,

Üç kəsə sakindir bəxtəvər məkan,

O kəs ən aşağı pilləni tutar,

Ruha xilas gəlib zarafatından.

Qardaşının ruhu indi məzədə,

Ordadır mələklər ancaq özü də!

 

1911

ingiliscədən tərcümə

24-25. 2024, Samara

++++++++++++++++++

RUFYARD KİLİNG

The Jester

 

There are three degrees of bliss

At the foot of Allah’s Throne

And the highest place is his

Who saves a brother’s soul

At peril of his own.

There is the Power made known! Читать далее