Архив | 12.02.2025

CORC BAYRON. BÜTÜN HALLAR ÜÇÜN ŞEİRLƏR

1.
Görürəm sənin al dodaqlarında
Çılğın öpüşlərin dəvəti vardır.
İmtina etməyə məcburam amma,
Bu ilahi nemət mənə haramdır.

2.
Arzularımdadır daim ağ sinən,
Yaşaya bilərdim onun qarında!
Boğuram bu ötkəm istəyi hərçənd,
Çünki pozulardı dincliyin onda.

3.
Qəlbə nüfuz edən baxışlarından
Gah ümid yaranır, gah da ki, qorxu.
Gizli saxlayıram sevgimi – nədən?
Gərək göz yaşını gizlədəm axı.

4.
Sevgimi heç zaman açıb demədim,
Necə yandığımı görürsən hərçənd.
Əgər ehtirasdan söz açsam indi,
Cəhənnəmə dönər sinəndə cənnət.

5.
Yox, heç vaxt sən mənim olmayacaqsan,
Və məbəddə kəbin kəsiləcək nə:
Müqəddəs nikahdan kənar heç zaman,
Sevgilim, mən yaxın durmaram sənə.
6.
Onda bu gizli od yansın içimdə,
Qoy yansın, sən ancaq bilməyəcəksən:
Məhvə bilə-bilə hazıram gedəm
Yaymaram günahkar alovunu mən.

7.
Üzgün ürəyimə şəfa xətrinə,
Sənin dincliyini pozmaram əsla,
Yox, belə neştəri sancmaram sənə,
Ötkəm istəyimsə içimdə qalar.

8.
Gərək əl götürəm dodaqlarından,
Həzzinə hazıram can verəm hərçənd.
Sənə, mənə xilas ayrılıqdadır,
Deyrirəm sonuncu əlvidanı mən.

9.
Əl götürməliyəm sənin sinəndən,
Bu, ümid itimi, sıxıntıdır həm,
Hər şeyə hazırdım ağuş üçün mən,
Fəqət ləkələnsən, buna dözmərəm.

10.
Təki saymayalar səni günahkar,
Qınaya bilməyə səni bir qadın.
Qoy məni şəfasız üzsün ağrılar,
Əzabla keçməyə təki həyatın.

ingiliscədən tərcümə
07-09. 02. 2024, Samara

++++++++++++++++
GEORGE BYRON

Poems on Various Occasions

To M. S. G.

1.

Whene’er I view those lips of thine,
Their hue invites my fervent kiss;
Yet, I forego that bliss divine,
Alas! it were—unhallow’d bliss. Читать далее