Professor Vasif Sadıqlı Facebook səfifəsinə inəyin boynunu qucaqlamış bir hindistanlının şəklini təhqiramiz bir yazı ilə öz Facebook səhifəsinə qoyub. Professor (!) inəyə sitayiş edən hindistanlıları “şoğərib” adlandırır.
Yəqin ki, Hindistanda professor Vasif Sadıqlını tanımırlar və onun Facebook səhifəsini izləmirlər. İzləsəydilər, yazardılar ki, cənab Sadıqlı, bəli, biz inəyi müqəddəs heyvan sayırıq, bəs sən niyə eşşəklə sevişirsən? Biz də sənin Qazaxda eşşəklə sevişdiyini eşidib biləndə məəttəl qalırıq, çünki bizdə belə eşşəkliyi heç kim eləmir.
Hindistanlı deyərdi ki, bəli, biz inəyə pərəstiş edirik. Bəs siz niyə polis dəyənəyinə sitayiş edirsiniz? Niyə millətiniz polis dəyənəyinin altında nəinki diz çökür, hətta ilan kimi qıvrılır da?
Hindistanlı deyər ki, bəli, biz inəyin müqəddəs heyvan olduğuna inanırıq, bu məgər sizin cənnətə, öləndən sonra xurma ağacının altında hurilərlə mazaqlaşmağa inanmağınızdan pisdir?
Hindistanlı deyərdi ki, inəyə pərstiş edən xalq dünyanın ən böyük demokratiyasını yaradıb, yetmiş beş ildir ki, öz deputatlarını, hökumətini özü seçir, vaxtaşırı səs verib təzələyir. Sən axırıncı dəfə haçan azad səs vermisən ay qod…? Heç ömründə azad səs vermisənmi?
Hindistanlı deyərdi ki, mənim inəyə sitayiş edən xalqım möhtəşəm sivilizasiya yaradıb, Gilqameşdən tutmuş Taqoracan zəngin ədəbiyyat, musiqi, kinematoqraf, arxitektura yaradıb, atom bombası yaradıb, kosmosu fəth edir. Sənin inəyi müqəddəs saymayan, onu yeyən xalqın nə yaradıb?
Hindistanlı deyərdi ki, mənim inəyi müqəddəs sayan xalqım suveren və azaddır, sənin isə sərhədlərin də türmə kimi bağlanıb, eşşəyinin boynunu qucaqlayıb oturmusan….
Hindistanlı deyərdi ki, bəli, biz inəyi müqəddəs sayırıq, ancaq siz kimi gənc qızları zindana salıb eşşəkləri əzizləmirik.
Hindistanlı deyərdi ki, sənə professor adını kim verib? Bəlkə sənin kimi eşşəksevənlər?
Çox yaxşı ki, hindistanlıların professor Vasif Sadiqlidən xəbərləri yoxdur. Biabır olardıq…
Mirzə ƏLİL
17.02. 2025, Samara
