Архив | 01.03.2025

CORC BAYRON. ZAMANA

Zaman! Sənin ötkəm qanadlarında

Saatlar ləngiyir ya uçub gedir.

Yazın tez ötüşəndir, qış yubanandır,

Qəbrə qovur bizi ancaq hər biri.

 +

Salam! Bu dünyaya gəldiyim andan,
Nemətlər vermisən hər kəsə bəlli.

Yaxşıdır tablaşam yükünə hərçənd,
Təkcə daşıyıram onu mən elə.

 +

Bircə sevən qəlb də, istəmərəm mən,

Sən törədən acı anlara dözə.

Bağışlaram səni, qıymadınsa sən,

Sevdiyim, əzizim olan hər kəsə.

 +

Əbəsdir sıxasan sonra nə qədər,

Sevinc ver onlara, mənə rahatlıq.

Mənim sənə borcum – yaşanan illər,
Borcum ağrılarla ödənib artıq.

+

Hərçənd rahatlıq da vardı ağrıda,

Unutdururdu o, əsarətin yəqin.

Əzab saatları yavaşıdırdı,

Ancaq hesablamır sayını yəqin.

 +

Ümid oyanırdı içimdə hərdən,

Get-gedə azala bəlkə sürətin,

Buludun işığı örtə bilsə də,

Qatar qara günə zülməti çətin.

 +

Müdhiş və qaranlıq olsa da necə,

Ruhumun məskəni göylərin idi.

Təkcə bir ulduzdan yandı qığılcım,
Əbədiyyət deyil ordakı, səndin.

 +

Və o şölə söndü. İndi günlərin
Hər an lənətlənən sayısan ancaq.
Hərə öz rolunu oynayıb gedir,

Nə qədər bezdirə, təkrarlanacaq.

 +

Dəyişə bilməzsən bir səhnə sən –

Sənin sürətinin axı həddi var,

Sonrakılar biz tək incidilərkən,
Eşitmərik, dərin yuxu aparar.

 +

Sənin səylərinə yəüin baxaraq,
Gülərəm onların zəifliyinə.

Adsız baş daşına dəyəcək ancaq

Qisas zərbələrin nə qədər enə.

ingiliscədən tərcümə

01.03. 2025, Samara

+++++++++++++++++++++

GEORGE BYRON

To Time

Time! on whose arbitrary wing

The varying hours must flag or fly,

Whose tardy winter, fleeting spring,

But drag or drive us on to die— Читать далее