Lenin kəndlilərlə görüşür
=======
İnsanlar axın-axın
Salona toplaşırlar
Ryazanlı bir kəndli
Soruşur qonşusundan
Qonşu,lenin hansıdır,
Onu görməmişəm mən
Qonşu çevrilib baxır
Gülərək gözlərindən
Neyniyirsən Lenini,
O nəyinə gərəkdir
Bəlkə elə burdadır
Bəlkə də gələcəkdir”
Neyniyrəm? Söüm var
Mən uzaqdan gəlmişəm
Nə bir nəfəs almşam, ( belə şey mümündürmü? — X.X.)
Nə də bir dincəlmişəm.
Mən kənddən çıxan zaman
Yığılıb bizimkilər
Dedilər ki, Lenini
Axtarıb tapsan əgər
Əvvəl salamla onu
Sonra de ki, sevirik
Onun doğru yolunu.
Ona düşmən çıxanlar
Kənd qolçomalarıdır»
(Əlbəttə, məlum olacaq ki, «qonşu» elə Lenin öü imiş, «ryazanlı kəndli» qolçomoqlardan «donosu» birbaşa ünvana çatdırır, az sonra, xüsusən Stalinin vaxtında «qolçomaqlar», yəni zirək kəndlilər, minlərlə ya güllləncək, ya da Sibirə sürgün ediləcəklər))
===
Ürəklərdə bir həyəcan
Gözlərdə bir intizar
Lenin çıxır kürsüyə
Tir-tir titrəyir salon (adam tor-tir titrəyər, salon yox — X.X.)
Qopan alqış səsindən
Birdən o kürsüsündən (öz kürsüsü? -X.X)
Sağ əlini uzadıb
İrəliyə bu zaman
Lenin deyir: Yoldaşlar,
Hakimiyyət alınmış
Burjuyların əlindən
İndi kəndli öıkəsi
Əkinçilər ölkəsi
Sənayeli, qabaqcıl
Ölkə yaratmaq üçün
Avamlığın, zülmətin,
Daşını atmaq üçün
Əsrlərin yolunu
On ildə keçməlidir
Sosializmə həyatda
….. keçməlidir
Ölkə yeni yollarla
İmkişaf etsin gərək
Sürətlə başdan-başa
Tez sənayeləşərək
Belə bir yol da ancaq
Elektrikləşmədir!
Əgər sual versələr
Deyin, kommunizm nədir?
Sovet hakimiyyəti
Bir də bütün ölkənin
Elektrikləşməsi
Kommunizmdir, deyin…
Lenin gözlərində
Əbədi bahar gülür…
(Kommunizm, əlbəttə, quruldu, ancaq seçmə adamlar üçün, Məsələn Rəsul Rzanın öz törəmələri üçün)
P.S.Təxminən qırx il Azərnbaycan məktəblərinin onuncu sonif şagirdləri kef çəkiblər…
