Xanəndə Arif Babayev ölüb.
Xəbər verirlər ki, mərhum 1-ci Fəxri Xiyabanda basdırılacaq.
Mənə qəribə gəlir: niyə Arif Babayevi özə vətənində, Qarabağda, doğulduğu kənddə basdırmırlar?
Niyə Arif Babayev vəsiyyət eləməyib ki, onu hökmən öz yurduna aparsınlar?
Məgər bu adam sağlığında “ölməyim, Qarabağı görüm”, “ölümüm Qarabağda olsun” deyənlərdən deyildi?
Vallah, “Qarabağdan ötrü ölürəm” deyən qarabağlıların çoxu İkinci müharibədə özünü verdi daldaya, Qarabağdan ötrü leriklilər, masallılılar, salyanlılar, şamaxılılar öldülər.
Arif Babayevin ailəsindən vuruşub ölən var?
Bir naxçıvanlı naqqal şair var idi, Məmməd Araz, deyirdi vətənin qayasında mamır olmaq istəyirəm. Ancaq Fəxri Xiyabanda basdırılmaqdan ötrü … ölürdü.
Heç bir qayada mamır olub bitmədi, kürəkənini …ox parçası kimi Milli Məclisə yapışdırıb getdi…
Arif Babayev, əlbəttə, yaxşı xanəndə idi. Hərçənd onun harası professor idi? Toyxanalardan çıxmayan xanəndənin harası, nəyi professordur?
Xanəndəliyinə söz yox idi. “Can Qarabağ, tar-kaman Qarabağ…”
Görkəmli adamları — əlbəttə öz vəsiyyətləti ilə — öz yurdlarında basdırmaq düzgün olmazmı? Yurdlarında da, necə deyərlər, yeni bir mədəniyyə obyekti yaranardı, yerli turizmin inkişafına dəstək olardı…
Bu görkəmli adamlar hökmən Bakıda basdırılmaq istəyirlər. Bəlkə bununla Bakıya xidmət göstrdiklərini düşünürlər? Ölüdən Bakıya, bakılıya nə xeyir? Xeyir vermək ustəyirsənsə, meyidini Azərbaycan tibb universitetinə vəsiyyət elə, qoy tələbələr öyrənsinlər…
Arif Babayevə Allah rəhmət eləsin deyirəm. Hərçənd müsəlman Allahının səhnədə Məcnun rolunda yarmçılpaq halda xoruz-buraxa-buraxa oxuyan müğənniyə rəhmli olacağına şübhəm var. Bu adamların özlərində mərhəmət hissi yoxdur. Görün Azərbaycanda nə qədər gənc jurnalist qız, ziyalı, siyasətçi şərlənib tutulub. Sağlıqlarında Fəxri Xiyaban arzulayan, ordenlərin tam kolleksiyasını yığan, toylardan qazandıqları ququz pullar azmış kimi büdcədən də xeyli pul alan xalq artistlərindən biri onların müdafiəsinə qalxıbmı?
Hələlik ölməmiş xalq artistlərindən təvəqqe edirəm ki, öz yurdlarında basdırılmaqları barədə vəsiyyətnamə yazıb notariusda təsdiq elətdirsinlər…
Mirzə ƏLİL
01. 07. 2027, Samara
