MOLLA PƏNAH VAQİFİN ŞEİRLƏRİ HƏM MİN «BİR GECƏ»DİR, HƏM «DEKAMERON»DUR…

“Bizdə “Min bir gecə” yoxdur, “Dekameron” yoxdur deyib gileylənənlərin Molla Pənah Vaqifdən xəbərləri yoxdur ya da elə məktəb dərsliklərinə salınan şeirlərini oxuyublar, onları da ixtisarla. Heç şübhə yoxdur ki, vəzir olan vaxtlar və bəlkə ondan da əvvəl klassikimiz vaxtını çox yaxşı keçirib. Bəlkə də əxlaq, mənəviyyat mücahidləri buna görə Vaqifi qınayar və hətta onun yaradıcılığını haram sayarlar. Ancaq bir şey var ki, Vaqifin gözəl xanımlarla yaxşı vaxt keçirməyi bizim poeziyamızı və bədii dilimizi gözəl şeirlərlə zənginləşdirib. Və dahi Sabir istisna olmaqla, Vaqifdən sonra azərbaycanlıların o böyüklükddə şairi yetişməyib.

Mənə universitetdə Vaqif yaradıcılığından mühazirə oxuyan müəllim – təəssüf ki, adını unutmuşam, qiyabiçi müəlliminin adını öyrənincə sessiya bitir…) – deyirdi ki, Vaqifin “Yoxdur” rədifli qoşması xanın hərmxanasına kəndlərdə qız axtarışı ilə bağlıdır. Təxminən belə deyirdi. Mən Vaqifin qoşmalarını oxuduqca görürəm ki, Vaqif də vaxtını boş keçirmirmiş. Və sovet dövürünün bir lətifəsində olduğu kimi, Vaqifi qadın bəlkə də dövlət işlərindən çox düşündürürmüş. Hər halda şeirlərindən görünür ki, Vaqifin xətri daim, türkün məsəli, arvad istəyir. Özü də hər cür arvad yox.
“Xublar arığından yarımaq оlmaz,
igidin h
əmdəmi gərək çağ оla.”

Yəni xanım ətli-canlı olmalıdır.

“Bir mayabud gərək, baldırı yоğun,
S
ərasər ət basa dizin, tоpuğun,
Əl dəyəndə dura buğunbabuğun
Titr
əyə, quyruqdan çоx yumşaq оla.”

Bu bəndin tərcüməyə, izaha, şərhə ehtiyacı yoxdur. Bu bənddə məni heyran eləyən Vaqifin dil ustalığıdır. Dil ustalığıdır. Kim bu qazaxlı kimi yaza bilər? Heç kim! Anatomik terminlərdən, bədən üzvlərinin adlarından, qaba kişi ehtirasının açq-saçıq ifadəsindən bu dörd misrada ipək zərifliyi duyulur…

Əhsən!

Və qızın yaşana şairin tələbi:

“Ya оn üç, ya оn dörd, оn bеş yaşında,
N
ə оndan böyükrək, nə uşaq оla.”

Kimsə Vaqifi, açıq desək, pedofil də adlandıra bilər. Ancaq unutmayaq ki, bu şeir hardasa on səkkizinci əsrin ortalarında yazılıb. Vaqifin şeirində göstərilən yaş o dövr üçün qeyri-leqal deyil.

Molla Pənahın istəyi də, ilham mənbəyi də, şübhəsiz ki, gənc xanımlardır. Qoşmanın birində onun istəklərinə uyğun yaş on səkkiz kimi göstərir. Ancaq Vaqif bir şeirində yetkin yaşlı xanımla sevişməyin məziyyətlərini tərənnüm edir. Hələ dünənə qədər ədəbiyyatda yetkin qadınlara “Balzak yaşlı” deyirdilər. İndi İnternetdə otuz-beş qırx yaşlı qadınları aid edilən “məture” sözü populyardır. Vaqifin də “Əksilməz” rədifli qoşması belə bir qadın haqqındadır.

“Bir gözəl ki, şirin оla binadan,
Yüz il gеtsə оnun dadı əksilməz.”

Yəni gözəl hər yaşda gözəldir. Yüz yaşda da. Əlbətttə, Vaqif xeyli şişirdir. Yüz çoxdur. Yüz yaşa qədər hansı gözəl yaşayır…
“Təzəliyi, köhnəliyi bir оlur,
Gövhər tək qiymətdə adı əksilməz.”

Nəzərə alsaq ki, qoşmalarının çoxunda Vaqon 13-18 yaşlıları istəyir, yəqin ki, yüz yaşlı deyəndə uzağı otuz yaşlını nəzərdə tutur.

“Gözəllikdən düşməz hеç əsilzada,
Günbəgün qaməti dönər şümşada,
Mеhrü məhəbbəti оlur ziyada,
Еtibarı, еtiqadı əksilməz.”

Kim bilir, bəlkə də doğrudan da vurulduğu yaşlı xanıma belə təriflər deməklə şair onu “bişirir”. Bəlkə də o xanım elə, Məşədi İbad demişkən, min cavana dəyərmiş…

Ancaq şeirin bəzi yerlərində zəif pərdələnmiş kinayə və yaxud zarafat var.

Nə qədər ki, yüzə yеtirsə yaşı,
Ta ki, həkdən düşə, titrəyə başı,
Gеnə can almağa gözilə qaşı,
Qəmzəsinin hеç cəlladı əksilməz.”

Yəni ki, xanım gücdən düşüb, başı əsir,  ancaq nazı, qəmzəsi öz işindədir…

“Vaqif, istər isən görəsən ləzzət,
Gəl sеv bir dərd bilən, əhli-məhəbbət.
Növcavanlar sеvən hеç оlmaz rahət,
Gеcə-gündüz hеç fəryadı əksilməz.”

İndi nə biləsən… Bəlkə bu şeiri Vaqif saç-saqqalı ağaran vaxt yazıb. Yəni on üç-on dörd yaşlılarla eşqbazlıq mümkün olmayanda. Əlbəttə, cavan arvadın tələbləri var. Əfəlləmiş kişi bu tələbləri ödəməyəndə, üstüörtülü hüquqi dillə desək, problem yaranır. Bunu Sədi Şirazinin “Gülüstan”ını və ya Dekameronu oxuyanlar yaxşı bilirlər…

Yəqin bu şeiri yazanda Vaqif ah çəkib deyirmiş: “Heyf, cavanlıq…”

Qoşmalarından görünür ki, Molla Pənahın cavanlığı Molla Nəsrəddinin cavanlığlndan fəqli olaraq, fıştırıqlı keçib…

11. 10. 2025, Samara