Ədalət Tahirzadə Nəriman Nərimanovla dava tutub ki, niyə 1918-ci ildə Şaumyan hökumətindn istefa vermədi.
Nərimanov ədəbiyyatçı, siyasətçi, maarifçi kimi elə irimiqyaslı şəxsiyyətdir ki, Ədalət Tahirzadənin həmlələri onun özünü gülünc göstərir.
Mənim də Ədalət Tahirzadəyə suallarım var. Cənab Tahirzadə Meydan hərəkatında vaxtını səmərəli keçirib, Meydanın hər gününü yazıya alıb, sonralar bu gündəlikləri nəşr etdirib. Birinci sual: niyə Ədalət Tahirzadə 1990-cı il yanvarın 19-da sovet qoşununun qabağına çıxanların arasında deyildi? Niyə bu hadisələrdə onun burnu da qanamayıb?
Niyə Qorbaçov millətlərə azadlıq verənə qədər Ədalət Tahirzadə nəyəsə, kiməsə etiraz eləməyib? Sovet rəhbərləri milləti minib çapmırdlar? Niyə, məsələn, dilimiz uğrunda açıq mübarizə aparmırdı? Hə? Öz dilini də soxmuşdu dalına, rahat yerdə işləyib kefini çəkirdi.
1969-cu ilin 19 yanvarında (19 yanvar!) Karlova universitetinin tələbəsi Yan Palax Çexoslavakiyanın sovet qoşunları tərəfindən işğalına qarşı etiraz əlaməti olaraq Praqanın Vatslav meydanında özünü yandırıb.
Sual: Niyə 1990-cı il 19 ya 20 yanvarda Ədalət Tahirzadə özünü Bakı meydanlarıın birində (Azadlıq meydanı bağlı olub, başa düşürəm) yandırmadı?
03.01. 2026, Samara

