Архив | 07.01.2026

ANNA AXMATOVA. «BURDA BİZ KEF ƏHLİ, YAVA GƏZƏNLƏR…»

Burda biz kef əhli, yava gəzənlər,

Necə də bir yerdə məyusuq hərçənd!

Divarları quşlar, çiçəklər bəzər,

Sanki onları da üzür qüssə, dərd.

 +

Qara çubuğunu yenə çəkirsən,

Tüstü havalanır necə qəribə.

Tumanın darını geymişəm ki, mən,

Daha incə, zərif görünüm deyə.

 +

Biryolluq vurublar pəncərələri:

Nə fərqi: şaxtadır ya qasırğa var.

Mənə xatırladır sənin gözlərin,

Necə ehtiyatlı pişiklər baxar.

 +

Ah, necə gəmirir ürəyi qüssə,

Ölüm saatını gözləyirəm mən?

Bax indi rəqs edən o xanım isə,
Bil ki, cəhənnəmə gedəcək hökmən.

1 yanvar 1913

ruscadan tərcümə

07.01. 2026, Samara

++++++++++++++++

АННА АХМАТОВА

Все мы бражники здесь, блудницы,

Как невесело вместе нам!

На стенах цветы и птицы

Томятся по облакам. Читать далее