“Salam. Serialımın üçüncü hissəsini təqdim edirəm. Bu hissə sizi qarınağrısına… üzr istəyirəm, şoka salacaq. Mən, Mehman Hüseynov, sizə məlumat verirəm ki, İlham Əliyev Azərbaycana qarşı əsrin cinayətini törədib. Mehman öyrəndi ki, İlham Əliyev Azərbaycanın namusu və qeyrəti olan Qız qalasını qudası Qonçarın adına keçirib. Artıq Qız qalasının adı da dəyişdirilib, indi «Дівочий замок» adlanır xoxol dilində. Mənim öz mənbələrimdən aldığım məlumata görə, tezliklə müsəlmanları Qız qalasına, yəni Divoçi zamka buraxmayacaqlar, ora girənin gərək boynunda xaç ola.
İlham Əliyev Qarabağın da yarısını verib qudasına ki, Qonçar donuz təsərrüfatı yaratsın. İlham Əliyev qudasıyla birləşib salo istehsal edəcək. Bildiyiniz ki, Ukrayna salosu dünyada burinci yeri tutur. Azərbaycanda neft tükənən kimi, Qonçarın köməyi ilə keçəcəyik donuzçuluğa, salo istehsal edib Avropaya satacağıq. Bəlkə İrana da satdıq, əgər o vaxtacan Xamanei devrilsə…
İndi sizə deyim Bəylər Əyyubovdan. İlham Əliyev Bəyləri tursiyinəcən soyundurub, nəyi varsa, verib Qonçara. Bütün qəssumlarını, könnəylərini, ayaqqabılarını. Qəssumlar Qonçara bir az gen olub, İlham Əliyev deyib darıxma, sənə elə kürü yedirdəcəyəm ki, bir ayın içində Bəylərinkindən də yekə quyruq bağlayacaqsan
Belə-belə işlər, dostlar. Deyə bilərsiniz ki, mən bunları necə öyrəndim. Bəziləri deyirlər ki, guya bunları mənə Ərəstun Oruclu deyir. Yalandır. Bunların hamısını şəxsən mən özüm axtarış aparıb üzə çıxarmışam. Qabaqda sizi hələ çoxlu şok ifşalar gözləyir. Bilirəm, hamınız məni bəyənirsisiniz, paylaşmağı da unutmayın. Qoy Qız qalasının, yəni Deviçi zamkın faciəsini bütün millət bilsin…»
Mİrzə ƏLİL
03. 02. 2026, Samara
