MARİNA TSVETAYEVA. «YAXŞI Kİ, MƏN DEYİLƏM SİZİ AZARA SALAN…»

Yaxşı ki, mən deyiləm sizi azara salan,
Siz də mənim dərdimi, yaxşı ki, çəkmirsiniz.

Ayağımız altlndan, beləliklə heç zaman,
Ağır yer kürəsini yəqin itirmərik biz.

Yaxşı ki, yox gülməli olmağı ayıb sayan,

Həm də açıq – birbaşa deyilə bilə hər söz.

Paltarlarımız hətta toxunanda bircə an,

Boğucu dalğa ilə yanmayaq hər ikimiz.

 

Nə yaxşıdır ki, elə siz mənim yanımdaca,
Başqasını ağuşa alırsınız, görürəm.

Qarğımırsınız məni odunda cəhənnəmin,

Yanım ki, mən siz yox, özgəsini öpürəm.

Mənim əziz adımı, mehribanım, siz yəqin,

Çəkmirsiniz nə gecə, nə gündüz, boşa hər dəm.

Nə yaxşı ki, heç zaman sükutunda kilsənin,
Oxunmaz təntənəylə bizə “Alilluya!” həm.

 

Sağ ol deyirəm sizə ürəyimlə, əlimlə,

Ondan ötrü ki, məni özünüz də bilmədən,

Siz belə sevirsiniz: gecələrimin hələ,

Rahatlığından ötrü, ki, görüşürdük hərdən,

Qürubda, çıxmasaq da ay altında biz çölə,

Ki, doğurdu, batırdı günəş də görünmədən,

Sağ olun ki, dərdimdən deyilsiniz siz dəli,

Nə də ki, dərdinizdən, yaxşı ki, dəliyəm mən.

3 may 1915

ruscadan tərcümə

24. 02. 2026, Samara

++++++++++++++++

Марина ЦВЕТАЕВА

МНЕ НРАВИТСЯ…

 

Мне нравится, что вы больны не мной,
Мне нравится, что я больна не вами,
Что никогда тяжелый шар земной
Не уплывет под нашими ногами.
Мне нравится, что можно быть смешной —
Распущенной — и не играть словами,
И не краснеть удушливой волной,
Слегка соприкоснувшись рукавами.

Мне нравится еще, что вы при мне
Спокойно обнимаете другую,
Не прочите мне в адовом огне
Гореть за то, что я не вас целую.

Что имя нежное мое, мой нежный, не
Упоминаете ни днем, ни ночью — всуе…
Что никогда в церковной тишине
Не пропоют над нами: аллилуйя!

 

Спасибо вам и сердцем и рукой
За то, что вы меня — не зная сами! —
Так любите: за мой ночной покой,
За редкость встреч закатными часами,
За наши не-гулянья под луной,
За солнце, не у нас над головами, —
За то, что вы больны — увы! — не мной,
За то, что я больна — увы! — не вами!

3 мая 1915