Gəzir ağbəniz adam çiçəklənən çəməndə,
Qara geyimli, siqar dişləri arasında.
Tyüilri güllərini görür sanki önündə —
Sönükmüş baxışları alovlanır bu anda.
İmperator sərxoşu iyirmi illik kefin!
O söyləmişdi: gərək söndürm azadlığı.
Həm də çox incəliklə, şamı söndürən kimi!”
Azadlıqsa dirilir! Monarxı azar yıxır!
Yaxalandı. – Nə addır bu, lal dodaqlarında
Titrəyən? Nə qınaqdır gəmirən içdən onu?
Bilmərik…Baxışları İmperatorun sönür.
Eynəkli aşnasını salır bəlkə o yada.
— Və siqarından çıxan tüstüsə xatırladır,
Sen-Klu axşamları zərif, göy buludları.
1870
fransızcadan tərcümə
06-07. 03. 2026, Samara
+++++++++++++++++++++++++++
QEYDLƏR:
Sonet formasında yazılmış şeirdə təsvir olunan şəxs imperator (1852-1870) III Napoleondur.
Sonuncu üçlüyün birinci misrasında “Compère en lunettes” (“eynəkli aşna” “eynəkli əlbir” ya “tərəfdar” mənasında) ifadəsi ) III Napoleonun naziri olmuş Emil Olivyeyə aiddir. Rembo, 1870-ci ildə müharibə elan etməklə imperatorun süqutunda Olivyenin mühüm rol oynadığını xatırladır.
+++++++++++++++++++++++++++++++
Arthur Rimbaud
RAGES DE CÉSARS
L’Homme pâle, le long des pelouses fleuries,
Chemine, en habit noir, et le cigare aux dents:
L’Homme pâle repense aux fleurs des Tuileries—
Et parfois son œil terne a des regards ardents…! Читать далее
