Архив | 16.03.2026

AĞ ÜZLÜ, MAVİ GÖZLÜ QAZAXLAR VƏ MÜSƏLMAN-TÜRK ZEHNİYYƏTİ HAQQINDA

Təxminən on beş il  əvvəl qazaxların tədbirində oldum. Təntənəli və çox dəbdəbəli tədbirin təşkilatçısı, yerli diaspor təşkilatının rəhbəri, ən azı o vaxtlar uğurlu biznesmen, yəni pullu adam olan Toktarbay içən adam idi və hələ tədbir başlanmamış yaxşı “vurmuşdu”, kefi kök idi, mənimlə də hal-əhval tutdu, qazax millətinin böyüklüyünü, nadirliyini atüstü qeyd edib dedi ki, qədim qazaxlar ağüzlü və mavi gözlü olublar… Tədbirin fasiləsində furşet olacaqdı, tədbirdən sonra isə seçilmiş adamlar restorana gedəcəkdilər. Yəni güman edirəm ki, restoranda tuluğunu doldurandan sonra Toktarbay deyəcəkdi ki, qədimdə Londonda və ya Parisdə hamı qazax dilində danışırmış…

İndi qazaxların referendumda qəbul elədikləri Konstitusiyaya baxıram, görürəm ki, bu Konstitusiya ağ üzlü, mavi gözlü insanların konstitusiyası deyil, bu Konstitusiya ən yaxşı halda çinlilərin konstitusiyasına bənzəyəyir, çinlilərin üzünün və gözlərin nə rəngdə və nə formada olduğu isə məlumdur… Əfqanların konstitisiyası ilə tanış deyiləm, heç onlarda konstitusiyanın olub-olmadığını da bilmirəm. Əgər varsa, qazaxların təzə qanununa oxşamalıdır. Əfqanların nə rəngdə olduğunu demək çətindir. Arvadların başına kisə keçirilib, kişilərin üzünü isə saqal və kir basıb…

Və, əlbəttə, parlamenti öldürmək üçün yaradılan “Xalq şurası” kifayətdir ki, qazaxlarını üzünün və gözünün qədimdə də, indi də eyni rəngdə olduğuna şübhən qalmaya.

Göz rəngi, üz rəngi dəyişmir.

Necə ki, türk xalqalarının, daha dəqiq desək, müsəlman türk xalqlarının zehniyyəti dəyişməyən kimi…

 

 16. 03. 2026, Samara