İkinci Aleksandr ağır səctə olan Tyütçevi yoluxmağa gəlir. Çar gedəndən sonra şair deyir: “İndi mən ölməsəm, ayıb olacaq…”
Tural Mustafayev də, abrı varsa, gərək özünü öldürə. Ayıbdır axı, prokurorluq o boyda iş qaldırıb…
Olimpiya çempionu Elnur Məmmədlidən bir məktub almışam. Çempion yazır: “Hörmətli Mirzə! Azərbaycanın müxalifət mediası tökülüb mənim üstümə ki, mən müsavat mitinqinə polis kimi getmişəm. Mirzə, müxalifətin gözü elə məni görür? Mənim 2008-ci il Olimpiadasında komanda yoldaşım olmuş və bir neçə milyon dollara alınmış yabı da həmin mitinqdə olub və düz İsa Qəmbərin dalında dayanıb. Bu yabının Olimpiadada axırıncı gəlməyi bəs deyil, indi əziz-girami olub, ona gözün üstündə qaşın var deyən yoxdur. Bəlkə bu yabı müxalifətə qoşulub, hə? Qoşulubsa, hökumət də bilsin, göndərsin onu sallaqxanaya, ətindən yaxşı halal kolbasa çıxar. Mirzə, acıqca mən bu yabının mitinqdə çəkilmiş şəklini sənə göndərirəm. Bəlkə müxalifət məndən əl çəkə. Hörmətlə: sizin Elnur”.
Mirzə ƏLİL
16.12. 2014
Bakıda bir yaxşı tarzən var, bura bir neçə dəfə gəlib. Mənə deyirdi ki, “müəllim, yazdıqlarınızı həmişə oxuyuram, ancaq bağışlayın ki, “layk” qoya bilmirəm, özünüz başa düşürsünüz…” Mən də dedim ki, oxumağınız elə bəsdir, layk-mayk lazım deyil…
İnsan öz ölkəsində barmağını basıb bəyəndiyi bir sözə “yaxşıdır” deməyə qorxur. Faciə budur, qondarma “Qarabağ” komandasının uduzmağı yox!
İlqar Məmmədov kimi insan türmədədir – faciə budur!
Xədicə İsmayılova tutulub – faciə budur!
Azərbaycanın şərəf və ləyaqətini qondarma, ətlənib-yağlanmış, xalqın malına zəli kimi yapışmış futbol komandaları yox, Xədicə İsmayıl, İlqar Məmmədov kimi insanlar xilas edə bilərlər. Bu insanların şücaəti nümunədir və bu şücaət numunələri bizim üçün mənəviyyət tarixi, yəni, nə gizlədək, bizdə hələlik olmayan tarixi yaradır. Bu kök və bəlkə də indiki gözəllik standartları baxımından yöndəmsiz qadının şücaəti ondan bilinir ki, böyük türməyə çevrilməkdə olan ölkəni çoxdan tərk edə bilərdi. Leyla Yunus da, əri də gedə bilərdilər. Ancaq getmədilər. Ona görə də kimin vətənpərvər, kimin isə vətənsoyan olduğu barədə söhbətlər artıqdır.
Xədicə İsmayıl tutulub – heç kim “faciə!” deyib qışqırmır. Ancaq əsil faciə budur! Heç bir cinatət törətməmiş insanın, özü də qadının zindana salınması ölkədəki deqradasiyanın sarsıdıcı səviyyəsini göstərir. Bu ölkədə, kişilərin hər gözəgəlmli qadın görəndə ağız suyu axıtdığı ölkədə, qadına qarşı zorakılıq normadır – hər gün qadınlar doğranılır, güllələnir, yumruq altında öldürülürlər. Vətəndaşların, ilk növbədə uşaqların, qocaların, qadınların təhlükəsizliyini qorumalı olan dövlət özü qadına qarşı cəzasız zorakılıq nümunəsi göstərir. Faciə budur!
Futbol yarışları yaranan gündən hakimlər səhv edirlər. 1966-cı ildə həmvətənimizim köməyi ilə Almaniya finalda uduzub, indi əksəriyyət bu fikirdədir ki, həmin qol səhvən sayılıb. Bizdə isə Tofiiq Bəhramova heykəl qoyulur. Hakimlər çox vaxt səhvi bilərəkdən eləmirlər. Hakimlik də işdir, hansı işdə səhv olmur? Cərrah bıçağı altında nə qədər insan ölür!
Bizim faciəmiz sayılan ya sayılmayan topda deyil. Faciəmiz odur ki, insanlar öz ölkəsində çağırılmamış qomaq kimi yaşayırlar, fikirləşdiklərini deməyə qorxurlar, buna görə də heç fikirləşmək də istəmirlər və get-gedə qoyuna çevrilirlər… Bulvarda Argentinadan gətirilib əkilmiş əcayib baobabların hörməti Azərbaycan övladlarının hörmtindən çoxdur…
Faciə budur!
13. 12. 2014
Samara
20 yanvar faciəsi, Xocalı faciəsi, Məhərrəmlik, Gül bayramı, Qurban bayramı, Muğam müsabiqəsi, Bülbül bayramı, “Qarabağ” komandasının faciəsi…
Bir axşam lham Əliyev yaxşı yeyib-içəndən sonra zəng edib Lazımı çağırır. Lazım gəlib deyir:
Prezident deyir:
Lazım baş əyib deyir:
— İlham məllim, bizə limit qoyublar. Bir dəfəyə iki işi görə bilmərik. Hansı vacidbir?