Архивы

ƏLİYEVİN DAVASI ERMƏNİLƏRLƏ DEYİL, AZƏRBAYCANLILARLADIR

Türkiyə hökuməti orda yaşayan azərbaycanlı jurlalist rauf Mirqədirlini tutub Azərbaycan hökumətinə verib. Azərbaycan hökuməti jurnalisti “vətən xaini” adlandırır.

Vətənə xəyanət nə deməkdir? Bu, vətəni satmaqdır – ya vətənin sirrini satırsan, ya özünü. Hissə hissə ya bütöv. Mirqədirli Azərbaycanın sirrini ya müəyyən bir hissəsini Türkiyədə kimə sata bilərdi? Türklərə sata bilməzdi. Çünki türklər bizə qardaşdırlar. Qalır Türkiyədə yaşayan ermənilər. Deməli, Mirqədirli sirrimizi ya vətənin özünü Türkiyə ermənilərinə satıb. Belədirsə, niyə Ərdoğan Mirqədirliylə alverə girmiş ermənilərdən bir-ikisini tutub Əliyevə vermir?  Ya bəlkə Ərdoğan verir, ancaq Əliyev istəmir? Çünki Əliyevin fdavası ermənilərlə yox, azərbaycanlılarladır.

Yoxsa belə deyil?

 

Mirzə Əlil. 20.04.2014

 

PREZİDENTLƏ BALTAÇININ NAĞILI

Prezident lham Əliyev, nəhayət, Bakıda qiymətli ağacları  kəsəni tutub.

Cənab prezident düz üç gecə dalbadal kolluqda gizlənib ağacları güdüb. İki gecə dalbadal səhərə yaxın zat-aliləri yuxu tutub, ayılanda görüb ki, yenə neçə ağac kəsilib. Üçüncü gecə barmağını kəsib yarasını duzla doldurub. İndi daha yuxu hardan gələr? Bur tərəfdən yara zoqquldayır, o biri tərəfdən ağcaqanadlar qan iyinə gəlib tölkülüşürlər prezidentin üstünə. Hə, səhərə yaxın prezident görər ki, bir nəfər əlində yekə balta gəldi, yaxınlaşdı ağacların birinə. Elə baltanı qaldırıb ağaca çalmaq istəyəndə prezident qalxar kolluqdan, daldan yaxınlaşıb buna bir yaxşı təpik vurar. Baltaçı dönüb baxar, görər ki, təpik vuran prezidentdir. Yıxıalr yerə, elə həmin təpik vuran ayağı qucaqlayıb deyər ki, məni çevir Mehriban xanımın başına, qələt eləmişəm. Prezident ona deyər: “Sən Amerikada bu ağcaları kəssəydin, Amerika prezident bilirsən neylərdi? Bu baltanı alardı, sapını soxardı… Ancaq bizim ölkəmiz demokratik ölkədir, humanist ölkədir, tolerant ölkədir. Ona görə də mən sənə yüngül cəza verirəm. Mən səni icra başçısı göndərirəm…”

Deyirlər ki, Ramiz Mehdiyev prezidentin yarasında üç dəfə öpüb, yara sağalıb-gedib…

 

Mirzə Əlil

AĞACI QORUYA BİLMƏYƏN RƏHBƏR ÖLKƏNİ NECƏ QORUYAR?

Cənab prezident İlham Əliyev deyib ki, Bakıda qiymətli ağacları kəsənlərlə bacara bilmir. “Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər”.

İndi özünüz deyin: gözünün qabağndakı və ya, şəkililər demişkən, ağzının içindəki ağacları kəsənlərlə bacarmayan rəhbər işğalçıları ölkədən qova bilərmi və ya yeni həmlələrin qabağında dura bilərmi?

LEYLA XANIM BİR SAÇINI QARA HÖRÜR, BİRİNİ AĞ…

ЛЕЙЛА 2«Allo! Neçə əsgərimiz ölüb? Beş? Ah, ürəyim parçalandı…»

ПИРУЮЩИЕ ВО ВРЕМЯ ЧУМЫ

ЛЕЙЛА 2

«Алло! Что? Что? Наши солдаты на мине подорвались? Как это печально…»

FƏTULLA VƏ FƏTULLAYEV

Azərbaycanda nurçulara qarşı geniş mübarizə başlanıb. Nəhayət, Lazım gəlib çıxıb Azərbaycana, ancaq prezidentə məsləhət görüb ki, erməni işğalçılarından qabaq nurçularla mübarizə lazımdır, çünki ermənilər nurçulara baxanda adam balasıdırlar, quzudurlar.

Mübarizə şiddətli olduğu kimi həm də çətindir, çünki nurçu alnına yazmayıb ki, o, nurçudur, qoluna da əski parası bağlamayıb. Buna görə nurçunu şiədən, sünnüdən, namuslu-qeyrətli məmurlardan, şərəfli zabitlərdən, ölkə dayağı olan varlılardan və varlıların gül balalarından seçmək çətindir. Düzdür, deyirlər ki, nurçular körpə uşaqları oğurlayıb qanlarını içirlər, ancaq onları hadisə yerində tutmaq çətindir, çünki çox fəndgirdirlər. Bəzilərinin dediyinə görə, nurçuların quyruğu olur, ancaq bu quyruq da göz qabağında deyil, gərək insanı saxlayasan, cibinə tiryək atasan, soyundurasan. Bir sözlə, Azərbaycan dövləti çox mürəkkəb bir vəzifəni həyata keçirir və bu işdə yaxşı ki, jurnalistlər köməyə gəlirlər. Məlumdur ki, jurnalistlər çox nadir iy bilən olurlar. Nurçulardan isə xüsusi bir iy gəlir. Buna görə də poluis nurçu axtarışına çıxanda özüylə jurnalist götürür. Əvvəllər it götürürlərmiş, ancaq itlər çaş-baş qalıb nurçu yerinə şiə, vahhabi, cünnü, sələfi, oliqarx, gömrükçü  saxlayırmış. Jurnalistlər isə təsadüfi hallarda səhv edirlər. Ən yaxşı iy bilən jurlalist isə Eynulla Fətullayevdir. Nurçunun iyini bir neçə kilometrdən duyur və ipini qırıb götürülür. Polislər də onun dalınca. Eynulla bəy bir dəfə də çaşmayıb və tutduğu vətəndaşların hamısı nurçu çıxıb. İndi bütün Azərbaycan xalqının gözü Eynulla Fətullayevdədir. Eynulla bəyin himayəsinə xeyli jurnalasit verilib ki, onlarla təlim keçsin. Deyirlər ki, Azərbaycandakı bütün nurçular tutulandan sonra Eynulla Fətullayev Türkiyəyə gedəcək. Ərdoğan Bakıya gələndə İlham Əliyevə deyib: “Bu oğlanı ver bana bir-iki aylığa, İlham qardaş, yoxsa nurçular məni yıxıb sürüyəcək və bəlkə başıma pislik də gətirəcəklər”.

Uğurlar, Eynulla bəy! Ağart xalqımızın üzünü! Tanrı sənin burnunu bizə çox görməsin!

ƏZİZ MEHRİBAN XANIM, TƏZƏK YOLLA, YANDIRIM…

Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun qaz olmayan kəndlərdə təzəkdən istifadə etmək barədə müdrik  təklifi vətəndaşlar tərəfindən razılıqla qarşılanıb. İndi vətəndaşlar Mehriban xanıma yazdıqları məktublarda qaz yox, təzək istəyirlər.

ХОРОШЕЕ ЗВАНИЕ… ДЕНЕЖНОЕ…

Генералу Владимиру Васильеву Виктор Шендерович выплатит миллион рублей за то, что назвал его «негодяем». Оказывается, что звание «негодяй» приносит больше денег, чем звание  генерала армии…

BU MAŞINI ALAN ADAM NEÇƏ RAYON SATIB?

Bakının küçələrində Lamborghini avtomobili peyda olub. Belə maşını almaq üçün gərək beş-on quyunun neftini, yada bir-iki rayonu satasan. Bizdə nefti dövlət satır, dövlət də belə israfçılıq eləyib neftin puluna kef  avtomobili almaz. Deməli, kimsə rayonlardan xəlvəti satıb. Və yəqin ki, bir iki-aya həmin rayonların əsil sahibi üzə çıxacaq. Təəccüblənməyin. Yeddi reyon necə satılmışdı?

BAKIDA TAKSİYƏ MİN, HƏM GƏZ, HƏM ARTSIN ELMİN

Bakıda taksi sürücülərinə sərnişinlərlə siyasi söhbətlər etmək və hökuməti tənqid etmək qadağan olunub. Taksi sürücələri sərnişinlərlə aşağıda göstərilən mövzularda çıxış edə bilərlər:

1.Azərbaycan reqional liderdir.

2. İlham Əliyevə alternativ yoxdur.

3. Heydər Əliyevin SovİKP-nin  24-cü, 25-ci qurultaylarında çıxışı.

4. L. Brejnevin 1982-ci ildə Bakıda çıxışı

5. Emin Ağalarovun yaradıcılığı.

6. Leyla Əliyevanın şerləri.

7. Bədii gimnastika üzrə dünya çempionatının açılışında Mehriban Əliyevanın çıxışı.

8. K. Marksın “Kapital” əsəri

9. Qarabağ bizimdir.

10. Azərbaycan xalqı və Kama-Sutra.

11. AzTV dünya televiziyasının lideridir.

12. Hər bir azərbaycanlı müxalifətçi narkomandır.

 

Hər bir taksi sürücüsü sərnişinlə bu mövzularda söhbət keçirdiyi barədə sərnişindən qəbz almalıdır.