PREZİDENTLƏ BALTAÇININ NAĞILI

Prezident lham Əliyev, nəhayət, Bakıda qiymətli ağacları  kəsəni tutub.

Cənab prezident düz üç gecə dalbadal kolluqda gizlənib ağacları güdüb. İki gecə dalbadal səhərə yaxın zat-aliləri yuxu tutub, ayılanda görüb ki, yenə neçə ağac kəsilib. Üçüncü gecə barmağını kəsib yarasını duzla doldurub. İndi daha yuxu hardan gələr? Bur tərəfdən yara zoqquldayır, o biri tərəfdən ağcaqanadlar qan iyinə gəlib tölkülüşürlər prezidentin üstünə. Hə, səhərə yaxın prezident görər ki, bir nəfər əlində yekə balta gəldi, yaxınlaşdı ağacların birinə. Elə baltanı qaldırıb ağaca çalmaq istəyəndə prezident qalxar kolluqdan, daldan yaxınlaşıb buna bir yaxşı təpik vurar. Baltaçı dönüb baxar, görər ki, təpik vuran prezidentdir. Yıxıalr yerə, elə həmin təpik vuran ayağı qucaqlayıb deyər ki, məni çevir Mehriban xanımın başına, qələt eləmişəm. Prezident ona deyər: “Sən Amerikada bu ağcaları kəssəydin, Amerika prezident bilirsən neylərdi? Bu baltanı alardı, sapını soxardı… Ancaq bizim ölkəmiz demokratik ölkədir, humanist ölkədir, tolerant ölkədir. Ona görə də mən sənə yüngül cəza verirəm. Mən səni icra başçısı göndərirəm…”

Deyirlər ki, Ramiz Mehdiyev prezidentin yarasında üç dəfə öpüb, yara sağalıb-gedib…

 

Mirzə Əlil