Son günlər Azərbaycan polis qüvvələri analoqu olmayan əzm göstərərək Sabirabad, Şəki, Qəbələ, Ağstafa və Ağdaş şəhərlərini “cəbhəçilərdən təmizləmişlər. Azərbaycan prezidentinin fərmanıyla Sabirabad, Şəki, Qəbələ, Ağstafa, Ağdaş şəhərlərinə «Qəhrəman şıhər” adı verilmişdir.
Архивы
NƏ QƏDƏR İSTƏSƏZ, VASİF TALIBOV QATIQLAYACAQ
Naxçıvanlılar şikayətlənirlər ki, gömrük onları İrandan qatıq keçirməyə qoymur. Gömrük işçiləri deyirlər ki, Naxçıvanın İran qatığına etirazı yoxdur, Vasif müəllim kifayət qədər qatıqlayır.
YAŞASIN AZAD GƏNCLƏR DÖVLƏTİ!
Azərbaycanda siyasi dustaqların sayı get gedə artır. Bəlkə gənclərlə dolu türmələrin özünü müstəqil dözvlət elan edib Azərbaycanın tərkibindən çıxmaq vaxtı çatıb? Bu uşaqların Qarabağ ermənilərindən nəyi əskikdir?
ŞÜKÜR BU KƏLƏM BAŞLILARA…
İranda İslam komitəsi prezident seçilmək fikrinə düşmüş otuz qadının hamısına seçkilərdə iştirak etməyi qadağan etmişdir. İranlı xanımlar bir az məyus olsalar da, əllərin göyə qaldırıb Tanrıya şükür ediblər ki, İranda yaşayırlar, Azərbaycanda yaşamırlar, onlar Azərbaycanda prezident eşqinə düşsəydilər, çarşablarının altından narkotik maddələr və Kalaşnikov avtomatı çıxacaqdı, özləri türməyə düşəcəkdilər, qohumları işdən çıxarılacaqdılar və hələ bəlkə çılpaq şəkillərini AzTv-də göstərəcəkdilər…
AZƏRBAYCAN PEYKİNDƏN GÜL NAĞIL
11 may 2013. Bakının küçələrində quruyub zibilə dönmüş milyonlarla gül süpürülüb daşınır. Bunu görən Amerika peyki Azərbaycan peykindən soruşur:
— Şəhərinizdə o qədər zibil hardandır?
Azərbaycan peyki deyir:
— Bu zibili gecəynən bədnam qonşularımız ermənilər gətirib töküblər paytaxtımıza. Qardaş, bacara bilmirik onlarla. Beynəlxalq ictimaiyyət də dərdimizə inanmır. İndi özün gördün nə gündəyik?
XALQ SEVGİSİNİN GÜL KİMİ İFADƏSİ
Azərbaycanda keçirilən sorğulara görə, maya ayındaölkədə doğulmuş qızların doxsan faizinə valideynləri “Bayramgül” adı seçiblər. Təzə doğulan oğlan uşaqlarının doxsan iki faizi isə “Gülbayram” adlandırılıb.
UŞAQ DA TANIYIR…
Dörd-beş yaşlı bir uşaq İlham Əliyevə deyib ki, “mən sizi yaxşı tanıyıram, siz Heydər babanın oğlusunuz” və ağlayıb. Yəni Füzulinin dediy kimi: “Ol dəm ki bu xakdanə düşdü, Halını bilib fəğanə düşdü, Axır günün əvvəl eyləyib yad, Axıtdı sirişk, qıldı fəryad”.
ŞƏRƏFİ OLMAYANLAR ÜÇÜN ŞƏRƏFİN ORDENİ
Elçin Əfəndiyevə “Şərəf” ordeni verilib…
Azərbaycanda tamam itirilən şərəfin əvəzinə şərəfin ordeni verilir… Bu, ordeni olmayan adamın yaxasına orden lenti taxması kimidir…
ƏZİZİYƏM SARI GÜL, YARI ODUN, YARI KÜL…
Bu il Azərbaycan məktəblərinin bir hissəsi yanacaqdan korliuq çəkməyəcək. Heydər Əliyevin doğum gününə gətirilmiş milyonlarla gülü qurudub məktəblərə verəcəklər ki, çırpı kimi yandırsınlar.
ƏVVƏL MİLLƏTİ AĞLADIRLAR, SONRA HALINA AĞLAYIRLAR
Milli Məclisin mətbuat xidməti deyib ki, Zeynəb Xanlarova Mehriban Əliyevanı Jann D’Arka bənzətmətməklə bir balaca çaşıb. Zeynəb xanım prezidentin arvadını Tereza anaya bənzətmək istəyirmiş, çünki Mehriban xanım da Tereza ana kimi yetim-yesirə, kasıb-kusuba ana sevgisi, ana qayğısı göstərir.