Архивы

QARACA ÇOBANIN KAFİRƏ DEDİYİ

U LENİ. KİNO

Bəsdir, itim kafir, boş danışdığın,

İtimlə bir yalaq yalayan azğın!

Altında alaca atını öymə,
O mənim ala baş keçimə dəyməz!

Öymə başındakı dəbilqəni də,
Mənim börküm ondan çox dəyərlidir!

Altmış tutamlı nizəni öymə,

Dəyməz bu qırmızı dəyənəyimə!

Kafir, qılıncını öymə çox da sən,
Ondan daha qolay məndəki çövkan!

Öymə belindəki doxsan oxunu,

Sapandım gözünün alar odunu!

Gəl, yaxındasan da, uzaqdasan da,
İgid zərbini gör, itil sonra da!

16.03. 2021, Samara

XATINININ DİRSƏ XANA DEDİYİ

U LENİ. KİNO

Səbr elə, Dirsə xan, qəzəb eləmə!

Bu acı sözləri mənə söyləmə!

Cinini cilovla, xan, ayağa dur!

Tikdir yer üzündə qırmızı çadır!

At, ayğır, buğa kəs, qoyun, qoç öldür!

Yığ Daş, İç Oğuzdan bəyləri bir-bir!

Don al yalıncığa, doydur acları!

Borclunun yerinə ödə borcları!

Ət təpəyə dönsün, ağ qımız gölə!

Toy elə, arzunu tanrıdan dilə!

Ağzı dualıdan alqış eşitsə,

Bəlkə tanrı bizə oğul bəxş edər.

15. 03. 2021, Samara