Архивы

Viktor HÜQO L. ÜÇÜN

kinopoisk.ru

kinopoisk.ru

                   L. ÜÇÜN

               Toute espérance, enfant, est un roseau…

Ümid küləyə bənd qamış kimidir.

Qümrim, günlərimiz tanrı ocunda,
Taleyin milinə sarılıb gedir.

Birdən sap qırılır – ölür sevinc də.

Bünövrələnir qəbir,

Hər beşiyin içində.

 —

Vaxt vardı qəlbimi işıqlandıran,

Saf bir şölə idi, gülüm, arzular.

Ulduzlar altında sular qanadlı,

Çiçəklər kölgədə durub nazlanar.

Hara dağıldı,

İndi bu xəyal?

 —

Fikirli ağlasa kimsə yanında
Dəymə, səbəbini heç soruşma həm.

Tale bir insanı sərt sınayanda

Ona ağlamaqda təsəlli, məlhəm.

Şeylər var göz yaşında,

Yalnız yuyular, balam.

 

tərcümə: 20-21 oktyabr 2014, Samara

ŞARL BODLER. PİŞİKLƏR

ŞARL BODLER

 PİŞİKLƏR

Les amoureux fervents et les savants austères

 Həyatının payız çağı yetcək,

Çılğın aşiq və ciddi alilmlər,

Mehir salar pişiklərə — evə fəxr,

Oturaq, istisevər  onlar tək.

 

Təklik həm xoşdur, həm toranlar da,

Həm elmə, həm kefə meyllidilər.

Onları sındıra bilsəydi əgər,

Ərəb yəhərləyər, cilovlardı.

 

Yatıb xumarlananda baxsan əgər,

Bir sfinksə qürurda bənzərlər.

Və bitməz heç zaman yuxu elə bil.

 

Qıvrılan belləri işvəylə yanar

Hansı əldənsə qızıl qum səpilib

Ağıllı gözləri daim qaynar.

fransızcadan tərcümə: 19.09. 2014 Samara