Архивы

GƏDƏBİYYAT. SÖZÜN ÇÜRÜYNÜ ÇIXARMAQLA ÇÖRƏK VƏ ŞÖHRƏT QAZANMIŞ ŞAİR MƏMMƏD ARAZ -III

Məmməd Araz şeirləri

“Tikansız yazılar” şeiri “dostu İsaya» həsr olunb, ancaq hansı İsa olduğu bilinmir. Əvvəldə deyir ki, tikanlı yazmaqdan yozulub, indi tikansız yazmaq istəyir.

«Nə qızıl üzəngi, nə gümüş yəhər,

Yol hamar olmasa, könül oxşamaz.

Burda xəbər təsdiq halında olmalıdır, çünki iki inkar (nə üzəngi, nə yəhər) təsdiq verir. Şeir lap peyğəmbər İsaya həsr olunsun, Azərbaycan dilinin qanunu hələ ləğv olunmayıb.

Bəs kimdən «töhfədir» yolumda bu tir?

Demişdi ki, tikansız yazacaq. Bəs bu tir nədir?

Yolum, yol kəsəni kövrək görmədim.

Başa düşdünüz? Tir kövrək deyil? Kövrək olmalıymış?

“Çiçək talasında qanqal da bitir,

 Heç bundan darılan çiçək görmədim”.

Bu beytin yuxarıdakı beytlə əlaqəsi vat? «Çiçək talası» düz deyil, tala meşəyə aid olan yerdir. (Tala — meşənin ortasında çox da iri olmayan ağacsız açıq sahə — Vikipediya).Bəlkə çiçəkli tala olmalıdır? Şair deyir ki, çiçəklərin içində qanqal bitir, çiçəklər vecinə almır.

Necədir?

Sözə arğac elər söz bildiyini.

Başa düşmədim…

Tikanlı yazılar çax-çax yerində,

Zaman üyüdəcək öz bildiyini.

Şairin dostu İsa kimdirsə, çətin bunu başa düşə. Mənə belə şeir həsr eləsəydilər, inciyərdim, deyərdim yəqin məni dolayıb…

Bəlkə az düşünüm, dayaz düşünüm?

Aha! İndiyəcən düşündükləri dərin imiş! Ona görə başa düşə bilmirəm!

A kişi, insafın olaydı, bundan da dayaz?

Sonra şair keçir heyvanlar aləminə. Bəlkə dostu İsa zooloq olub?

Arı tikanıyla ilan dişinin

Bəlkə çəkisi bir, zəhəri birdi.

Gözəyarı ölçüb, ona görə bəlkə deyir…

Xəyanət caynaqlar didsə sinəmi,

 «Qarışqa tükümü gəmirdi», — deyim?

Xəyanət caynaqlar…Tükümü gəmirdi… Özü də qarışqa…

Molla Nəsrəddinin yanına biri gəlmişdi. Molla  soruşdu ki, şikayətin nədir. Cavab verdi ki, tüküm ağrıyır…

Şeir uzundur. Təsəvvür edirəm İsa nələr çəkib. Yazıq bəlkə lap ölüb də…

Heç düşmənimə də belə şeir həsr olunmasın…

Başqa bir şeir: “AĞLAMA, QORXURAM GÖZ YAŞLARINDAN

Gözündən ovcuna arx açdin, yetər”.

Keçmişlərdə göz yaşını selə bənzədirdilər. Məmməd Araz kolxoz tərbiyəsi aldığına görə arxa bənzədir.

“Əl atsan, çiçəklər solar, quruyar

Baxın, bəndin birinci misrasında kiminsə gözündəna arx axır. İkinci misrada şair o adama deyir ki, “əl atsan, çiçəklər solar, quruyar”.

Ağlayan adam əlini hara atacaq ki, bu qəza baş verəcək?

“Üzünün yanğısı ocaqdan betər,

Xanımın gözündən arx axır, üzündə isə ocaq yanır. Bu necə olur? Arx ocağı söndürmür?

Sonra deyir:

“Gözlərin varisi göz yaşlarıdır».

Bayaq arx olan göz yaşları gözün varisi oldu.

“Hələ dostlarım var — əli qolumda,.

Dostlarının əli şairin qolundadır. Bu nə pozadır belə? Vals oynayacaqlar?

Sonra şair ağlayanı ifşa edir.

“Duydum bir məqamda o ağlağanı,

 Gözü ağlayanda qəlbi gülürmüş!.

Ayıb olsun! Qəlbi gülürmüş… Fırıldaqçı…

Məmməd Araz ustad Şəhriyara da şeir həsr edib.

“Dönən döndü, yenən yendi dönməzliyə…

Kimsə desə ki, bu misranı başa düşür, tüpürün onun gözünün içinə, deyin Mirzə Əlil icazə verib.

Yeri gəlmişkən, Məmməd Arazın dönə-dönə “enmək” mənasında işlətdiyi “yenmək” heç də enmək deyil, dəf etmək, üstün gəlmək, qələbə qazanmaqdır. Azərbaycan dilinini başına  Məmməd Arazın gətirdiyi müsibəti bəlkə ancaq Səməd urğun gətirib. Nə gəldi, soxuşdurur, sonra da deyirdi “Aha!”…

Doğru yolun nərdivanı qalır hələ»

Aha!

Doğru yola nərdivanla çıxırlar? Harda satılır? İKEAda ucuz olar…

Dərdlə yarış meydanı da əlimdədir,

Dərdlə güləş meydanı da əlimdədir.

Dərdə atəş meydanı da əlimdədir,

Ehtiyatda söz mcydanım qalır hələ.

Vallah, utanmasan, oynamağa nə var…Həsən keçəl, keçəl Həsən… Bu boyda bənddə bu nə dedi? Görəsən, Şəhriyara bu cəfəngiyat çatıb? Kaş çatmayaydı, fikirləşərdi ki, bu Məmməd kimdirsə, onu lağa qoyub…KQB-nin tapşırığı ilə…

Son bəndə möhürünü vurub.

“Məmməd Araz, əzilsən də əzim-əzim

Əzim-əzim…

“Araz boyu meh olmazsan bircə əsim”.

 Əzim-əzim əzilən, əlbəttə, yel olmaz, …xa dönər…

Acığımdan delə deyirəm. Necə acıqlanmayasan?

Bunu qoyaq qırağa. Növbəti əsər:

 SİNƏM SƏHRA SİNƏSİ

“Səhra qumlarının hesabı varmı?..

Belə suallara Molla Nəsrəddinin bir cavabı vardı: “Eşşəyimin tükü qədər”.

“Təklərə hay verib, tənha qalmışam…

Çörəyinin duzu yox imiş…

Sinəmdən ay doğar — qaranlıq olsa.

Bəh-bəh! İndi şübhəm yoxdur ki, Məmməd Araz təvazökarlıqdan ölməyib… Sinəsindən ay doğur…

“Sonuncu qorumla od qalamışam,

Yanarlıq olacaq

Qanarlıq olsa.

Onurğa, bel yırtığı almaq riski ilə özümüzü gücə salıb birtəhər “yanarlığ”ı özümüzə başa salırıq.

Bəs “Qanarlıq” nədir?

Yüz il qulağımın dibində qışqır,

Ürək eşitməsə, qulaq eşitmir.

Qoydu özünü karlığa… Vallah, dəli əlində girinc qalmışıq…

Nəfəsimizi dərək…

29.05. 2024, Samara

ardı var

‘əvvəli burda: https://xeyrulla.com/2024/05/28/gedebiyyat-sozun-curuynu-cixarmaqla-corek-ve-sohret-qazanmis-sair-memmed-araz-ii/

RAZİ NURULLAYEV ÇIXIŞ EDƏRKƏN — PESSİMİST: «BUNDAN BÖYÜK OĞRAŞLIQ OLMAZ». OPTİMİST: «OLAR, OLAR…»

Razi Nurullayevin Milli Məclisdə son çıxışına baxan adam düşünə bilər ki, Beynəlxalq olimpiya oyunlarının proqramına yaltaqlıq üzrə yarış daxil edilib və Azərbaycanda lisenziya uğrunda ölüm-dirim mübarizəsi gedir.

Razi Nurullayevin hər çıxışı optimistlə pessimist arasındakı fərq haqqında lətifəni xatırladır. Pessimist deyir: «Bundan böyük oğraşlıq olmaz». Optimist: «Olar, olar…»

Mirzə ƏLİL

28. 05. 2024, Samara

QURBAN MƏMMƏDLİ NİYƏ QADINLARA QARŞI AQRESSİVDİR? BƏLKƏ NƏYƏSƏ TAMARZIDIR?

Qurban_Məmmədli

Qurban Məmmədli, universitet diplomlu gədə, Hollivud ulduzu sayılan bünüt qadınları «əxlaqsız» və «fahişə» alandırdı.

Qurban Məmmədli İngiltərədə yaşayır və ingilisin çörətini yeyir. Ancaq arxayınam ki, Britaniyanın fəxri Meqqi Smitin adını belə eşitməyib.  89 yaşlı Meqqi Smit iki dəfə Oskar, dörd dəfə Bafta laureatıdır. Atası Oksford professoru olub, özü də Oksfordda oxuyub. 1998-ci ildə əri öləndən sonra təkdir. Beş nəvəsi var.

Meqqi Smitin rolları dünya kinematoqrafiyasının zirvə nailiyyətləridir.

Dönə-dönə xeyruyyəçilik aktlarında iştirak edib.

Qurban Məmmədli öz anasını əxlaql qadın nümunəsi sayır.  Mən onun mərhum anası haqqında hörmətsiz danışmaq istəmirəm. Ancaq Meqqi Smit Qurban Məmmədlinin anasından təzəvvür edilməz dərəcədə üstündür. Çünki Qurban Məmmədlinin mərhim anası Qurban və Sərdar kimi gədələri dünyaya gətiribsə, Meqqi Smitin dünyaya gətirdiyi rolları insanlarda nəcib duyğular oyada bilir, bizi yaxşılığa doğru səsləməyə və dəyişdirməyə qadirdir, bütün dünyada yüz milyonlarla insanları ruhlandırır, yaşadıqları çətinlikləri dəf etməyə yardımçı olur.

Qurban Məmmədlidə bir qram vicdan olsa, gedib Londonda dörd yol ayrıcında diz çökər, Meqqi Smitdən və onun simasında bizim həyatımızı zənginləşdirən, yaratdığı surətlərlə bizə ümod, təsəlli və ilham verən bütün sənətçi qadınlardan üzr istəyər.

Qurban Məmmədli, əlbəttə, vəhşidir. Vəhşi olduğu qədər də bədbəxtdir. Dostoyevski bir qəhrəmanı haqqında deyirdi: “Sentimental və kinli”. Qurban isə bədbəxt və kinlidir.

Qadınlardan nə istəyir? Bələ nəyəsə tamarzıdır? Bəlkə oOna görə gah Cəmil Həsənlinin qızından yapışır, gah Kim Qardaşyandan?

Hə?

27. 05. 2024, Samara

P.S. Hollivud ulduzlarının «fahişə» olduqlarını Qurbana bəlkə Ərəstun Oruclu deyib? Deyər… Ona «Ərəstun» adından çox yaxşı rus sözü olan «svistun! sözü daha çox yaraşır…

GƏDƏBİYYAT. SABİR RÜSTƏMXANLIYA: BİLMİRSƏN «NİYƏ DOĞULDUN?» DƏDƏN ANANI ZAD ELƏDİ, ONA GÖRƏ…»

Xalq şairi Sabir Rüstəmxanlının adını haçan görsəm, eşitsəm, təzyiqim qalxır. Səbəb çoxdur. Biri odur ki, saxta mandatla ensefalit gənəsi kimi yapışıb mənim yerlilərimə, qopmur…

Bu gənənin… yox, gədənin şeirlərinə baxaq.


Günəşlə, işıqla, səhərlə birgə
Doğulur ömrümə hər gün bir şeir.

Aydındır? Gün çıxan kimi Rüstəmxanlının ömrünə şeir doğulur. Yazmır, doğulur. Yəni şeir ona nazil olur.

“Bəlkə də göylərdən əl üzdüyündən”

Başa düşdünüz? Mən də başa düşməyə çalışıram. Belə çıxır ki, o şeir göydəymiş, ancaq göylərdən əl üzüb. Niyəsi bilinmir.
“Mənim ürəyimə sürgün bir şeir”.

Bu misra azərbaycanca deyil. Burda xəbər çatmır. R.xanlı deməliydi ki, şeir gəlir. Ancaq misrada “gəlir”ə yer olmayıb. R. xanlı da basməmmədi eləyib. Kütlə udacaq!

Qrammatikasını qoyaq qırağa. Mənasını başa düşdünüz? Şeirin əli göylərdən üzülüb, R. xanlının ürəyinə sürgün gəlir!

Bəlkə sürgünə?

Bu adamın dəlilik  kağızı, əlbəttə, yoxdur, deputat mandatı var. Bu adam xalqı dəli, ən yaxşı halda avam və cahil sayır.
 
“O daim tələsir, o daim yanır.”

Şeir gəlibsə, daha hara tələsir? Tələsməklə yanmaq necə tutuşur?
“İnanır nəyinsə bitəcəyinə.”

Şeir inanır? Hamlet Poloniyə deyirdi ki, get evinin qapısını bağla, içəridəkiləri dola…

“Dilimdən qopantək bir yol başlayıb”

Dilindən qopub? Bəs demirdin göydən sürgünə gəlib?

“Özüm də bilmirəm niyə doğuldum”.

Aha! Bilmir niyə doğulub! Deyim: sən ona görə doğulmusan ki, dədən ananı zad eləyib! Başqa variantı var? Yeganə variant odur ki, ananı dədən yox, qonşu zad eləyib…

Yuli Sezarın, Napoleonun dilində “Niyə doğuldum” sualı ritorikdir. Onlar dünyaya niyə gəldiklərini, taleləri, sərhədləri, zehniyyətləri dəyişdirmək kimi missiyalarını anlayırlar. Bəs S. R. xanlı? Doğulub ki, ömrü boyu sovet məmuru, yalançı elmlər doktoru, qondarma millət vəkili olsun?

“Bəlkə ilahidən bir səsdir ömrüm”.

Bunu elmlərin doktoru yazır! Ömür – ilahidən səs? Gen-bol kabinetlərdə, yumşaq kreslolarda, zəhmətsiz qazancla keçən ömür “ilahi səs”dir?

“Bəlkə mən özüm də sürgün yeriyəm”

Başa düşdünüz? Mən – yox!
“Bülbül nəğmələrə qəfəsdir ömrüm.”

Bunu da elmlərin doktoru yazır! “Bülbül nəğməsi” var. “Bülbül nəğmələr”, “qaranquş nəğmələr” yoxdur, bunu deyən adam azərbaycanlı deyil!

Sənin “nəğmən” hardan qəfəsdədir ki, hər şeirini on beş kitabda çap elətdirmisən!
“Şeirin də taleyi bir sirrə bağlı,
Biri günahkardı, izləyəni var.”

Şeirinin biri günahkardır. Əli Nağıyevlə Vilayət Eyvazov Şerlok Xolmsla doktor Vatson kimi izləyirlər…

“Birinin fikrimdə yetişdi sonu…

Biri də dilimin ucunda yanır,
Qorxur ki söyləsəm, öldürəcəklər…”

Şeir həm yanır, həm qorxur… Göydən nazil olan şeir? Şairi öldürəcəklərsə, şeir niyə qorxur?

Təsəvvür edirsiniz, Sabir Rüstəmxanlını şeir söylədiyinə görə öldürələr? Öldürsəydilər, saxtakarlıqla deputat mandatı aldığına görə öldürərdilər. Onun deputat olub zəli kimi xalqı sorduğunu bilən çoxdur. Şeir yazdığını yerlilərindən, qohumlarından başqa bilən var?

“Biri deyilməmiş sonunu bəklər”…

Bəklər! Bu, türkcə imiş, Quqlla tərcümə elədim. Azərbaycanca olanını Quql başa düşmədi… Dedi belkeyin, çalışanlarımız bunun üzerinde çalışıyor

Başqa bir «əsər”inə baxaq. “BOYASIZ MİSRALAR”

“Taxıl bir sapın üstə
dən tutub sünbül olur.”

Bunu yazan filologiya elmlərinin doktorudur! “Taxıl dən tutub sünbül oldu”. Taxıl və dən ayrı-ayrı şeylərdir? Taxıl “sapın üstə” dəni necə tutur?

Şeir 8 iklikdən ibarətdir. “Olur” rədifinin əvvəlində qafiyələr: sünbül, bülbül, gül, yel, sel, dil, əl, el, kül…

Kül axırdadır. “Millət şərə əyilsə, Alışmadan kül olur…”

Kant dincəlir… Şopenhauer də…


“Əsintilər birləşib
rüzgar olur, yel olur.”

Yelin necə yarandığını bilirdiniz? Yox? İndi bildiniz. Əsintilər birləşir…

Belə şairi olan xalq kül olmasa da, başına gərək kül sovura…


“Bulaqlar bir məcrada
qovuşanda sel olur.”

Yalançının lap…

“Kəlmə kəlmə dalınca
düzüləndə dil olur…”

Bildiniz dil necə yaranır? Kəlmə kəlmənin dalınca düzülür…

Min illərdir alimlər bunu üstündə baş sındırırlar. Yardımlı gədəsi daqdan enib iki misra ilə izah elədi…

Vallah, bu şeirləri oxuyanda fiilkirləşirsən ki, bu adam dağdan da enməyib, ağac budağından düşüb..

Bəs əl necə yaranır? Aha! Bilmirsiniz! S. Rüstəmxanlıya qulaq asın:

“Barmaqlar bir pəncədə
birləşəndə əl olur.”

İndi özünüzü yoxlayın. Barmaqlarınız bir pəncədə birləşibsə, əliniz var, birləşməyibsə, ikinci dərəcəli əlilsiniz, sosial müdafiəyə müraciət edin…

“İnsanlar bir qədəri
paylaşanda el olur.”

“Bir qədəri”? O “bir qədər” nə olan şeydir ki, payaşanda insanlar el olurlar?…

Şairin soyadına fikir cerin: Rüstəmxanlı. Yardımlıda Rüstəm xan olub? Yardımlıda xan olub?

Bu adam sovet hakimiyyəti dövründə həmişə məmur olub —  ədəbiyyat, mətbuat, nəşriyyat məmuru. Bir dəfə pıçıltı ilə olsa da deməyib ki, sovet hakimyyəti pisdir. Sovet hakimiyyəti dağılmağa üz qoyanda özünü verdi meydana, meymun cəldliyi ilə (ağacdan düşdüyünə sübut!) hamını qabaqladı, çıxdı tribunaya. Dönə-dönə cildini dəyişdi, kim başdadırsa, onun gümdəyməzini yalayıb deputat mandatı aldı, vəzifə aldı.

1906-cı ildə Rusiya imperiyasının ilk parlamenti işə başlayıb. Azərbaycandan olan cəmi bir neçə deputatın biri salyanlı Muradxanov olub, əfsanəvi pedaqogika dərsliyinin müəllifi Mərdan Muradxanovun atası. O vaxtdan 120 il keçib, salyanlıların bir bələdiyyə deputatı sçmək ixtiyarı da yoxdur, Milli Məclisdə isə Salyanı və Salyanın yarısı Neftçalanı Sabir Rüstəmxanlı və Fəzail Ağamalı ikimi şarlatanlar təmsil edirlər. Niyə? Niyə xalq belə külbaş və başıqapazlıdır? Bir əyri baxışa görə bir-birinin qarnına bıçaq soxan salyanlılar bu rüsvayçılığa necə dözürlər?

Aprel döyüşləri zamanı meyitlər hələ döyüş meydanından yığılb basdırılmamış S. Rüstəmxanlı qızına toy çaldırır, məclisdən selfi çəkib paylaşırdı…

Bunun eston inəyinə oxşayan arvadı Tənziləninin futbol meydançası boyda sinəsi ordenlə doludur. 44 günlük müharibə zamanı Əliyev ona Şöhrət ordeni verdi. Mənim 9 noyabrda Şuşada həlak olmuş qəhrəman kəndçimə dəmir medal veriblər. Buna necə dözəsən? Belə oğraşlıqla sakit necə yaşamaq olar?

X.X.

26. 05. 2024, Samara

P. S. Kobud ifadələrə görə heç kim məni qınamasın. S. Rüstəmxanlı və onun kimilər Meydanda Mütəllibovdan, Vəzirovdan, Qorbaçovdan incə danışırdılar? Yox! Onlar Mütəllibovu, Vəzirovu devirməyə çağırırılar? Bəli! Hərçənd o adamlr vəzifələrini o vaxtın qanunlarına görə legitim tuturdular. S. Rüstəmxanlınını mandatı saxtadır. O, legitim deyil, yəni bicbaladır, bastarddır. Niyə onunla xoş danışılmaıdır?

X.X.

 

ƏHMƏD CAVAD KAZUSU: «SİNƏMƏ DƏYİRDİ OXLAR ŞAQHAŞAQ…»

Əhməd Cavad Leyyla şeiri

Əhməd Cavadın lirik şeirlərindən biri. Adsızdır. Şair yuxusunu danışır. Oxucuya yox. Yuxusuna girmiş xanıma. Elə danışır ki, elə bil yenə yuxu görür ya sayıqlayır…

“Yuxuma gəlmişdin sən həzin-həzin…”

“Həzin-həzin gəlmək” necə olur? Kimsə yuxuna girəndə onun gəldiyini görmək olmur, elə bir də görürsən ki, yuxundadır…

“Işvəli, qəmzəli, nazlı nazənin.”

“Həzin-həzin” gələn xanımda bu qədər hoqqa? – işvə, naz, qəmzə…

“Sən coşqun bir bulaq, mən yazıq əzgin”.

“Həzin-həzin gələn” indi coşqun bulaq oldu. Şair, yəni şairin lirik qəhrəmanı isə “əzgin”. Yazıq və əzgin…

Bunlarınkı tutar?

Şairi nə ya kim əzib?
“Sən yanar bir dodaq, mən halsız, üzgün!”

Bayaq bulaq idi, indi dodaq oldu. İnsafla deyin: bütöv bir xanımı dodağa bənzətmək düzdürmü? – şairanəliyi bir yana. Başa düşürük ki, şair dodağı bulağa qafiyə götürüb, ancaq hər şeyin təhəri var…

Dodaq yanar dodaqdır, indiki silikon dodaqlardan deyil. Şair isə “halsız, üzgün”. Xanım ünvanı dəyişik salıb, gərək hallı, özü kimi “yanar” bir oğlanın yuxusuna girəydi…

“Onbeşdən az idi, yaşım o zaman…”

Aha! Lirik qəhrəman azyaşlı imiş! Bu yaşda yuxuda “yanar dodaqlı” qadın görmək, deyərdim ki, heç də yaxşı deyil. Qadın da məsuliyyət daşıyır. Azyaşlının yuxuda olmasından istifadə edib ona qarşı seksual xarakterli, yəni nazlı, işvəli hərəkətlər və. S Bugünkü Azərbaycan polisi elə iş yaradardı ki, hər ikisi əlli-ayaqlı gedərdi…

“Axırdı qəlbimə yaşım o zaman.”

Şair burda cinas  yaradır, yəni yaş o yaş deyil, göz yaşıdır. Yaş, əlbəttə, içəri axmaz, buna göz yumaq.
“Daşdan-daşa dəydi başım o zaman”

On dörd yaşında “yanar dodaq”lı xanımıarı yuxuda görəndə baş daşdan-daşa dəyər də…

“Yazda başlamışdı qışım o zaman!”

Bu necə olur?

Şair misranın sonunda heybətli bir nida işarəsi qoyub ki, sual verən olmasın.

“Sən sevda buludu, mən təşnə dodaq”

Bayaq əzgin idi, üzgün idi, indi özü də “yanar dodağa” döndü, indi gör yuxuda nə mərəkə qoparacaqlar, yorğan-döşəyi dağıdacaqlar…

“Sən pək iyi bir sərv, mən solğun yarpaq.”

Cəlil Məmmədquluzadənin “Pək iyi” felyetonunu oxumusunuz? Yox? Oxuyun.

“Pık iyi bir sərv”. Mirzə Cəlilin köməyi ilə azərbaycancaya çevirirəm: çox yaxşı bir sərv.

“Mən quru bir ağac, sən gül ağappaq”,

On dörd yaşında oğlan niyə quru ağaca dönüb? Bundan əvvəlki misrada özünü “solğun yarpaq” adlandırmışdı. İndi oldu ağac.

“Sən gül ağappaq” – nədir? “Ağappaq gül” olar, ancaq “gül ağappaq” olmaz. Bu yerdə olmaz. Qafiyə xatirinə şair nəinki dil qanunlarını pozmağa, hətta qətl törətməyə hazırdır. “Ağappaq” sözünə sonrakı misrada qafiyə var:

“Sinəmə dəyirdi oxlar şaqhaşaq!”

Ekspert lazımdır! Kimdən soruşasan? Kimin sinəsinə oxlar dəyib? “Şaqhaşaq” dəyir?

“Oxlar şaqhaşaq”…

“Baxışın şimşəkdi, duruşun ceyran;”

Şimşəkli baxış necə olur? “Nazlı, qəmzəli, işvəli”, “ceyran duruşlu”  xanımın baxışı ayrı cür olar…

“Dodağın lalədir, ətirin reyhan”.

Reyhan bəzi yeməklərin yanında əvəzsisdir. Kababın… Ancaq qadından başdan-ayağa reyhan ətri gələ — gərək burnunu tutasan…

“Onsuz da qurbanam, mən sana qurban!”

Pafosu artırmaq üçün Əhməd Cavad keçir qalın saitə. “Sana qurban”. Səməd Vurğun sonra bunu şakərə çevirir: “Odur ki, bağlıyam sana…”

“Sən canlı mələksən, mən quru şəkil”

Yanar dodaqlı, işvəli, qəmzəli, nazlı xanım indi oldu “canlı mələk”. Şair özü isə “quru şəkil”dir.

Quru şəkil?

Sonra ritorik sual:
“Bən sana tayammı, ay saçı sünbül?”

Yuxuya gəlmiş qadın haqqında təsəvvürümüz genişləndi: saçı sünbül imiş…

Əvəzliyə baxın: bən. “Mən” yox, “bən”. Biz salyanlılar heç vaxt “bən” demərik, elə “mən” deyərik. Hətta ağ, qara istemal edən  də çaşmır, “mən” deyir”…

“Bağrımın başında sızlayan bülbül,
Deyir: çəkil yoldan, bu yoldan, çəkil!…”

Yazıq bülbül…Gedib oturub gecənin bir aləmi on dörd yaşlı erotomanın bağrının başında, sızıldayaraq onu “bu yoldan” çəkindirir…

Hansı yoldan? Başa düşmədim…

Siz başa düşdünüz?

X.X.

25.05. 2024, Samara

GƏDƏBİYYAT: XƏLİL RZA ULUTÜRK. «GERBİMİZ -QƏLBİMİZ»

6-cı sinfin Ədəbiyyat dərsliyində “Gerbimiz-qəlbimiz” şeirini görəndə başa düşdüm ki, mənim xoşbəxt uşaqlığım olub. Birincisi, 1965-66-cı dərs ilində Azərbyacanın padşahının kim olduğunu uşaqlar bilmirdilər, Vəli Axundovun məktəbdə şəkli yox idi, bəlkə televizorda hərdən göstərirdilər, ancaq kənddə o vaxt bir ya iki televizor vardı. İkincisi, yöndəmsiz onaltı hecalıqla yazılmış o boyda şeiri o vaxt əzbərləsəydim, sonralar rus zavodunda aldığım zədələri elə onda alardım və bəlkə canım da çıxardı. Yəni ki, bəxtim gətirib. İndikilərin halına acıyıram.

Şeiri oxuyaq.

Sən şəkil yox, nəfəsimsən, axan qansan varlığımda…” 

Yəni gerb Xəlil Rzanın həm nəfəsi, həm “varlığında qanı” olub. Gerb necə nəfəs, qan olur – mən başa düşmürəm. Ancaq bu absurd bəyanatı 16 yox, 11 heca ilə ifadə etmək olar – uşaqlar yazıqdırlar!

“Sən şəkil yox, nəfəsimsən, qanımsan…”

“Yaşıl rəngim – yaşıl bahar, müsəlmanlıq timsalımdır”.

Məlumat üçün deyirəm ki, katolik İrlandiyanın bütün rəmzləri yaşıldır.

Və sual: bəs Azərbaycanda dövlət dindən ayrılmayıb?

Və əgər ayrılmayıbsa, müsəlmanlıq gerbə həkk olunubsa, niyə müsəlman dövləti arzulayanları türmələrdə çürüdürlər?

“Göy rəngimdə türklük yaşar — millətimin amalıdır”.

Türklük amaldır ya etniklik? Amal – hüquqi, ədalətli dövlət, abad, firavan ölkə ola bilər, amalı türklük olan millətin başını Türkmənbaşı kimi, Nazarbayev kimi, İslam Kərimov kimi, İham Əliyev kimi müstəbid və korrupsioner padşahlar  əzirlər.

 “Qırmızılıq — simvoludur çağdaşlığın, yüksəlişin..”

Gerbdə ya bayraqda çağdaşlıq nədir? Bir neçə əsrlik tarixi olan bayraqlar hansı çağdaşlığı əks etdirir? Məsələn, Britaniyanın bayrağı. 

“Vətənimə can verməli mənim əzmim, mənim işim”.

Bir şey başa düşdünüz? Mersedes avtomobilini qayıran alman Almaniyaya can verir?

Sonra qəfildən Ulukürk özünü çəkir ön plana.

“Cavan palıd mən özüməm, kökü ərzin mərkəzində “

Ərzin mərkəzi hardadır? Yəni yer kürəsinin mərkəzi? Kök dərindədirsə, yerin özəyində olmalıdır.

Sonrakı misrada Xəlil Rza cızığından çıxdığını başa düşüb çevrəni daraldır, məlum olur ki, kök “ərzin mərkəzində” deyilmiş.

“Kökü burda, budaqları xan Arazın o üzündə…”

Əlbəttə, Arazın o üzündə (“o tayında» olmalıdır, ancaq qafiyə xatirinə X. R. “üzündə” yazır). Yaşıl budaqlar, əlbəttə ki, Arazın “o üzündə, yəni İran İslam Respublikasında olmalıdır. Budaqlar müsəlmanlığın harda olduğunu yaxşı duyurlar. Arazın “bu üzündə” nə müsəlmanlıq? Bu üzdə dövlət allahşükürçülüyü var.

 “Səkkizguşə ulduzumda səkkiz cənnət qapısı var…”

Hörmətli oxucu! Razı olun ki, burda Xəlil Rza bizi dolayıb. A kişi, səkkizguşəli ulduz harda, türklük harda, cənnət harda… Cənnət istidən qovrulan ərəbin təxəyyülündən doğulub…Ümumiyyətlə, bu nə eybəcər dildir – ulduzda qapı? Özü də səkkizi birdən?

“Qızıl sünbül soraq verir, xırman-xırman bərəkətdən
Ərzə bəhrə-bar gedəcək bu müqəddəs məmləkətdən”. 

Başa düşdünüz? Ərzə, yəni bütün yer kürəsinə “müqəddəs məmləkətdən” (əslində quldurxanadan), yəni Azərbaycandan “bəhrə-bar” gedəcək? 

Vallah, mən fikirləşirəm ki, Xəlil Rza xalqı dolayırmış. A kişi, Azərbaycan özünü dolandırsın, qalsın “ərzi” yedirtməyi…


“Əvvəl-axır qıracağız qart düşmənin belini biz…”

Bunu 11 heca ilə demək olar: “Düşmənin belini qıracağıq biz”. Uşağa 16 hecalıq misra yükləmək elə onun belini qırmaq deyil?

“Alovlarda, çovğunlarda daim yaşa dolasıyıq,..”

Sadalanan sözlərdə ya məna yaxınlığı, ya əksliyi – təzad üçün – olmalıdır. Alovla çovğun arasında heç nə yoxdur. “Daim yaşa dolasıyıq” – bu, Xəlil Rzanın kəşfidir ya təbiətin qanunu?

“Aləm üçün, bəşər üçün məşəl tutduq qəlbimizi”

Yəni azərbaycanlılar qəlblərini bütün dünya üçün məşəl tutublar…Vay-vay… Bilnirsən güləsən ya başına qapaz salasan…
“Dedik: — Bu Yer kürəsində nə qan, nə bir məzar olsun,”.

Yaxşı, qan olmadı, insanlar hamısı yataqlarında, təbəssümlü dodaqlarında öndərin adı öldülər. Bəs basdırılmaq məsələsi? Yandırıb külü göyə sovrulacaq?

Sonrakı misra:

“Məzarlara gül qoymayaq, cahan özü gülzar olsun!”

İndi gördünüz mən deyəndir? Ya Xəlil Rza bunu yazanda kefli olub, ya da bizi dolayıb. Əvvəl deyir məzar olmasın, sonra deyir məzara gül qoymayaq…


“Od yurdunda od tükənsə, özümüz od olasıyıq…”

Yəni neft, qaz tükənsə, Əliyevlər azərbaycanlıları sobaya qoyacaqlar?

Vallah, düzünü desək, keçən əsrin 60-cı illərinin uşaqlığı da çox xoşbəxt olmayıb. Sentyabırn 1-dən basırdılar pambığa, ta noyabrın 7-nə ya 15-nə qədər. DDT ilə zəhərlənmiş pambıq tarlaları sütül Azərbaycan uşaqlarını yaman günə qoyurdu. Rübün biri gedirdi pambığa. Ancaq bunun bir müsbət tərəfi oludru, məsələn, Leninə, kommunist partiyasına, komsomola, Şaumyana Səməd Vurğunun ya Rəsul Rzanın həsr etdiyi şeirlər də gedirdi pambığın hesabına, yəni keçilmirdi…

Və bəlkə də Xəlil Rzanın bu şeirini əzbərləməkdənsə, pambıq və hətta tütün yığmaq faydalı olar…

Yazıq azırbaycanlı uşaqlar…

x.x.

25. 04. 2024, Samara

GƏDƏBİYYAT: BƏXTİYAR VAHABZADƏ. «ŞƏHİDLƏR»

Sovet vaxtında da yumor var idi. Əlli ya da altmış il bundan qabaq “Azərbaycan gəncləri” qəzetində uğurlu sayıla biləcək bir zarafat oxumuşdum: “Anasına məktub yazmağa şairin vaxtı yox idi, çünki, o, ana haqqında poema yazırdı”.

Şəhidlərə həsr olunan kitabları, filmləri görəndə bu zarafat yadıma düşür və eyni zamanda acı ironiyaya çevrilir. Özləri, övladları, yaxınları müharibədən yayınanlar, fəhlə-kəndli balalırını, kimsəsizləri qabağa verənlər intensiv şəkildə şəhidlərin xatirəsini istismar edir, çörək pulu qazanırlar. Belə adamları “ölüsoyan” ( ingiliscə: “marauder”) adlandırmaq doğru olmazmı? Viktor Hüqonun “Səfillər” romanında maradörlərin yaxşı təsviri var. Qaranlıq düşəndə döyüş dayandırılır, rəqiblər səhər açılanacan öz mövqelərinə çəkilirlər. Döyüş meydanına maradörlər çıxır və başlayırlar götürülüməmiş əsgər zə zabit meyitlərini soymağa…

11-ci sinfin Ədəbiyyat dərsliyində Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeirini oxuyanda müəllifi, yəni xalq şairi, professor və akademik titulları daşımış Bəxtiyar Vahabzadəni maradör kimi rəsəvvür etdim…

“Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi Şəhidlər”.

Bu blirsiniz nəyə oxşayır? Rusiyanın keçmiş müdafiə naziri Qraçov 1-ci Çeçen müharibəsində minlərlə rus əsgər və zabiti Qroznıda qıırılanda demişdi ki, “rus əsgəri dodaqlarında təbəssüm ölür”.

Vahabzadənin sağlığına deyirəm: A kişi, vicdanın olsun, sabah nədir, güllə qabağına gedən sabah hayındaydı?

Dalı lap ayıbdır:
“Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına çəkdi Şəhidlər…”

Yəni akademik-deputat şair demək istəyir ki, şəhid qanıyla torpağa Azərbaycan bayrağının şəklini çəkib. Yalançının lap…Qanla üçrəngli bayrağı necə çəkmək olar? Qanla keçmiş sovet bayrağını, indiki Çin bayrağını çəkmək olar, üçrəngli bayrağı yox…

Bəxtiyar Vahabzadə şəhidləri lağa qoyub?

“Həqiqət uğrunda ölümləriylə,
Ölümü kamına çəkdi Şəhidlər…”

 Akademik şairin bu beytindən bir şey başa düşdünüz? Ölümü necə kama çəkmək olar? “Kam almaq”, “kama yetmək” – bunu bilirik. “Ölümü kamına çəkmək” nə deməkdir və ya hansı dildədir?

“O şənbə gecəsi, o qətl günü…”

Aha, deyəsən, şeir yanvar  qırğınının qurbanlarına yazılıb. Maraqlıdır, Meydan tribuynasında nitqlər deyib xalqı “rus imperializmi” ilə mübarizəyə çağıran cənab Vahabzadə niyə rus tanklarının qabağına özü çıxmadı? Niyə 20 yanvarda qırılınlanrın içində Meydan liderlərindən, natiqlərindən bir nəfər də olmadı?

Dalına baxın. Heyrət, ey…söz! 

“O şənbə gecəsi, o qətl günü,-
Mümkünə döndərdik çox namümkünü…”

“O gecə döndərdik…” Vahabzadə birinci şəxsin cəmi ilə özünü qatır qırılanlara. Bu, heç. Sözə baxın: “namümkün”. Belə söz eşitmisiniz? Bir köpəkoğlu bu sözü Azərbaycanın harasındasa eşidib? Yox, eşitməyib, belə söz yoxdur. Nakişi var, namümkün yoxdur. “Qeyri-mümkün” var, “namümkünü” Vahabzadə qondarıb ki, “mülkünü” sözünə qafiyə olsun. Xalqı tanklar gülləbaran edib, bu lotu da gücənib qafiyə qondarır ki, bazara çıxarmalı şeir təşkil eləsin…

“Tarixi yaşadıb diləyimizdə…”

Diləkdə yaşayan tarix necə olur? Görən, bilən var?

Yuxarıda deyir ki, “qorxu mülkünü dağıdıb tökdü şəhidlər”. Ürəyi soyumur, sonrakı bənddə deyir “Cəsarət mülkünü tikdilər”…
Cəsarət mülkünü tikdilər… Bu eybəcər misra daş dövründə yox, iyriminci əsrin sonunda Bakıda yazılıb…

Cəsarət mülkünü görən var? Olubsa da, onu çoxdan polis dəyənəyi dağıdıb…

 “Şəhidlər” həmişə böyük hərflə yazılır, Vahabzadə fəhə-kəndli balaları üçün böyük hərfi əsirgəmir…

 “Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər”.

Haqqı dindirmək olmaz, haqqı susdurulan, tapdanan insanı dilə gətirmək olar, hərçənd Azərbaycanda bu, çətin işdir. Bu da heç. İkinci misraya baxın.

“Qaraca torpağı qiymətləndirər…”

Yəni şəhidlər torpağı qiymətləndirər… Yəqin 20 yanvardan sonra Bakıda torpağın sotunun qiyməti on dəfə qalxıb. Hə? Bunu acığımdan deyirəm. Çünki bu lotu Vahabzadə abır-həya bilmir, misranı doldurmaq üçün “qara” əvəzinə” “qaraca” yazır!

İndi deyin: bir köpəkoğlunun ağzından indiyəcən “qaraca torpaq” ifadəsi çıxıb? Torpaq qara olur, qaraca olmur. Qaraca — qız olar, inanmayan Süleyman Sani Axundovu oxusun…

“Donan vicdanları qeyrətləndirər…”

Vicdan donur?

Vicdan və qeyrət insana aid əxlaqi keyfiyyətlərdir, mənaca yaxın məfhumlardır.  Bu, elə “vicdan vicdanlanır” ya “qeyrət qeyrətlənir” kimi bir şeydir…

Bu savadda adama akademik adı verən ölkə dağılsın!

“Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi Şəhidlər…”

Bir şey başa düşdünüz?  Deyək ki, qoca qurd “rus imperiyası”dır, hərçənd rus dövlətini ayıya bənzədirlər. “Qurdun doğru, düz cildini çəkdi Şəhidlər”.

Cildi hara və necə çəkdilər? Bunun tərcüməsi var?

Şeirdə çoxlu fəlsəfə var, gəl apar, ay kasıb!

“Millət, millət olur xeyri, şəriylə…”

Yəni manıslı toylar, allahşükürlü yaslar bizi millət eləyir? Manıslı toyların, sünnətlərin, allahşükürlü yasların sayı-hesab yoxdur. Bəs niyə millət olmuruq? Niyə bəs biz İlham Əlievin çomağından it kimi qorxuruq?

“Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi Şəhidlər…”

Başa düşdünüz? Yəni hər şəhid cəsədi azadlıq toxumudur, bunu akademik xalq şairi, millət vəkili, Bəxtiyar Vahabzadə deyir…

Bu, həmin Bəxtiyardır ki, rus tankları Bakıda fəhlə-kəndli balalarını gülləbaran eləməmidən beş-on il qabaq kommunist rus imperiyasının banisi, 1920-ci ildə Azərbaycan Cümhuriyyətini məhv etmiş  Leninə poema yazmış və Heydər Əliyevin dəstəyi ilə SSRİ Dövlət mükafatı alıb debil oğullarının kefinə xərc eləmişdi. Vahabzadənin oğullarının, ən azı birinin, deyəsən adı İsfəndiyardır, debilliyinə şübhəniz varsa, YouTube-da çıxışlarına qulaq asın…

Bəxtiyar Vahabzadə ömrü boyu lotu və manipulyator olub, onun bütün  yaşayış tərzi, yazısı, nitqi – poza idi. 20 yanvar qırğınında bu lotunun 65 yaşı olub, yəni o vaxt həm ata, həm baba idi. Ancaq arasında uşaqlar da olan şəhidlər üçün bir damla yaş axıtmır. Kütləvi ölümlərdə fayda görür, çünki şeiri bazar üçün yazır. Azərbaycan, məktəbi daxil olmaqla, böyük bir bazardır…

Bu şeiri 11-ci sinif uşaqlarına tədris edən müəllim haqqında nə deyəsən? Ədəbiyyat müəllimlərinin əksəriyəti savadsızdır. Notarius sənədinə, polis protokoluna şeir adı qoyub dərsliyə sal – rəhim və rəhman öndərin adıyla uşaqların başına yeridəcəklər. Bu, fəlakətdir. Ən azı üç nəfər, beş nəfər adam olmalıdır ki, Azərbaycan mənəviyyatını leninçi, şaumyançı Səməd Vurğunun, leninçi, əliyevçi Bəxtiyar Vahabzadənin əsarətindən qurtarsın.

Özümüzün yaxşı şairlərimiz yoxdur? Onda dərsliklərə yunanları, latınları, fransızları, ingilisləri, italyanları salın. İyirmi il, otuz il keçər, bizdə də əsl şeirin nə olduğu başa düşülər və əsl poeziya yaranar.

Mən Tsarskoye Selo litseyində Puşkinin yaşadığı kiçik otaqda olmuşam. Rəflərdəki iyirmi ya otuz kitabın hamısı Avropa dillərindədir. Yunanı, latını, fransızı iliyinə keçənəcən öyrənən Puşkin sonra rus poeziyasının qızıl nümunələrini yaratdı…

 X.X.

16. 04 2024, Samara

P.S. 1943-cü ildə, 2-ci dünya müharibəsinin qızğın vaxtı, Bəxtiyar Vahabzadənin 18 yaşı olub, yaşıdlarından fərqli olaraq cəbhəyə getməyib.

Səhv etmirəmsə, iki oğlu var, onların heç biri nə Meydanda olub, nə də Qarabağ döyüşlərində. Belə adamın ümumiyyətlə şəhid mövzusuna hətta yaxın getməyə haqqı vardımı?

X.X.

ƏLAHƏZRƏT ŞTATLARI AYIRIR VƏ ABŞ-I LƏĞV EDİR…

1310676371_0_0_1124_612_600x0_80_0_1_4cd69ae89745bcc8ecbd9f91f2a1c89e

        VODEVİL

Hikmət Hacıyev: Əlahəzrət, ABŞ-dan zəng var, calaşdırım?

İlham Əliyev:  ABŞ? Nə ABŞ? ABŞ Holdinq? Paşa Holdinqin filialıdır?

H.H. Yox, əlahəzrət. ABŞ – yəni SŞA, Amerika Birləşmiş Ştatları.

İ. Ə. Onlar ermənilərlə birləşiblər? Mənim acığıma eləyirlər. Calaşdır görüm.

Entoni Blinken: Salam, əlahəzrət müzəffər komandan! Sizi natahat edən nökəriniz  Blinkendir. ABŞ-ın dövlət katibi.

İ.Ə. ABŞ-da dövlət katibi var? Burda antimilli cəbhə-müsavat vaxtı dövlət katibi olub. Ləğv elədik. Katibin pasportunu almışam, iyirmi ildir dərviş kimi gəzir…

EB. Əlahəzrət, əminəm ki, müdrik qərar vermisiniz. Təkid eləsəniz, mən də ləğv olunmağa hazıram, sizin avtoritetiniz ABŞ-da çox yüksəkdir. ABŞ xalqı sizə öz prezidentindən çox hörmət edir…

İ.Ə. Ancaq məni bir şy nrahat edir. Köməkçim deyir ki, siz birləşmiş ştatlarsınız. Bu birləşməkdə məqsədiniz nədir? Bu birləşməkdə mən özümə qarşı düşmənçilik görürəm.

E.B. Əlahəzrət Əliyyev, bu birləşmə indi olmayıb. Sizdən çox qabaq olub.

İ.Ə. Onda yəqin  xain cəbhə ilə müsavatın, ya da xain Məmmədəminin vaxtında olub. Atamın vaxtında olsaydı, qoymazdı. Mən də qoymazdım.

E.B. Əlahəzrət Əliyev, əgər bu məsələ sizi narahat edirsə, “birləşmiş” sözünü ləğv edərik. Qalar Amerika Ştatları, özümüz də keçərik İsrailin yurisdiksiyası altına. Mən özüm yüz faiz yəhidiyəm, siz də yəhudi dövlətini sevirsiniz, yəqin etirazınız olmaz.

İ. Ə. Mən bu məsələni Mehriban xanımla müzakirə edib fikrimi deyərəm. O, yəhudiləri lap çox sevir.

E.B. Əlahəzrət, mən sizə prezident Baydenin tapşırığı ilə zəng vururam. O, xahiş edir ki, vaxtınız olanda ona seçkilərlə bağlı məsləhət versiniz. Siz bu yaxınlarda 96 faiz yığmısınız. Baydenə bunun yarısı da bəsdir.

İ.Ə. Məsləhət verərrəm. Baydenin yerində mən 150 faiz yığardım, onun cəmi bir rəqibi var. Mənim altı zırpı rəqibimvar idi. Hikmət, o gədələrin adı yadındadır?

HH. Yadımdaddır, əlahəzrət: İsa, Musa, Mustafa, iki kosa, bir həmşəri…

Mirzə Əlil

07. 04. 2024, Samara

ATATÜRK VƏ ATAKÜRK: TÜRK SEÇKİLƏRİNİN AZƏRBAYCANA MÜSBƏT TƏSİRİ OLA BİLƏRMİ? YOX!

Türkiyədəki son seçkilərin nəticələri Azərbaycana təsir edə bilərmi?

Yox!

Yəni ölkənin demokratikləşdirliməsi nəzərdə tutulursa, Yox!

Türkiyədə demokratik qüvvələrin qələbəsinin Azərbaycana mənfi təsirini isə istisna etmk olmaz. Yəni Erdoğanın məğlubiyyətini görən İlham Əliyev qapı-bacanı daha da bərkidəcək, bütün dəlmə-deşiyi suvayacaq ki, içəri demokratik hava belə keçməsin.

İlham Əliyevin demokratiya yolunu tutması onun öz həyati proyektyindən əl çəkməsinə bərabər olardı. Bu proyekt hakimiyyəti nəyin bahasna-olursa olsun saxlamaq və oğluna verməkdir.

Türkiyədəki seçkilərdən sonra Əliyevin xalqa azadlıq verəcəyini düşünənlər Sabirin şeirindəki iranlını xatırladırlar:

Ah, bu məşrutəni şah neçin verməyir,
Gah verir filməsəl, gah neçin verməyir…

Azərbaycanda Türkiyəni sevənlər çoxdur. Ancaq, məsələn, Madridin Real komandasını sevənlər də az deyil. Deyək ki, sabah Real növbəti dəfə Çempionlar Liqasının qalibi oldu. Bunun Azərbaycan futboluna təsiri ola bilərmi? Yox, ola bilməz. Çünki Azərbaycanda futbol yoxdur. Yəni Azərbaycandakı futbol Avropadakı, Cənubi Amerikaakı, Afrikadakı futboldan deyil. Azərbaycandkı  futbol dövlətin ideoloji proyektidir, komandaların necə yarandığını, necə maliyyələşdirildiyini heç kim bilmir, oyunlar boş stadionlarda keçirilir, futbol müstəqil inkişaf edən  industriya deyil, futbol xalq oyunu da deyil, çünki Azərbaycan rayonlarının əksəriyyətində futbol oynamağa yer və şərairt yoxdur. Azərbaycanda dövlətdən asılı olmayan özəl biznes də yoxdur ki, müstəqil futbol proyektlərini həyata keçirsin. Yəni Azərbaycanda futbol da Əliyevin zoğal dəyənəyi ilə idarə olunur, ona görə əsl futbol deyil.

Təkcə dilimizin, özü də onun məişəti əhatə edən layının türk dili ilə yaxınlığına görə “biz də türkük” deyənlər avam ya cahildirlər. Baxın Türkiyənin tarixinə. Sonra baxın… Burda “baxın Azərbaycan tarixinə” demək yerinə düşmür, çünki Türkiyənin tarixi ilə müqayisədə bizim tariximiz yoxdur. Bizim dövlətimiz  1918-ci ildə, özü də təsadüfən, yəni Rusiyada çarın devrilməsi, burjua inqilabı nəticəsində yaranıb. 1918-ci ilə qədər azərbaycanlılarda milli şüur, dövlətçilik anlayışı olmayıb. Bizim ulu babalarımız şiə bayraqları altında osmanlılara qarşı vuruşublar. Əsrlərlə. Şimali Azərbaycan Rusiyanın tərkibinə keçəndən sonra bizim babalarımız Rusiya ordusunun tərkibində yenə türklərlə vuruşublar: Krımda, Balkanlarda..

Mən köhnə adamam, atam isə 19-cu əsrdən gəlmişdi, o da, onun yaşıdları da heç vaxt özlərinə “türk” demirdilər, onlar özlərini “müsürman” kimi tanıyrdılar…

İndi qayıdaq yuxarıdakı təklifə. Yəni baxaq Türkiyənin tarixinə. Türklər əsrlər ərzində böyük dövlət quruculuğu proyekti həyata keçiriblər, on milyonlarla insan bu proyektə qatılıb, yəni böyük türk tarixinin subyekti olub.

Kamal Atattürk – xoşbəxt təsadüf deyil. Kamal Atatürkün reformaları Pakistan və ya Əfqanıstan kimi ölkədə baş tuta bilməzdi. Türkiyə Atatürk reformalarına hazır olub, çünki Türkiyə “Avropanın xəstə adamı” adlandırılsa da, Asiya olduğu qədər, bəlkə daha çox Avropa olub. Türklərin Avropada öz imperiyalarına qatdığı əraziləri və bu ərazilərdə yaşayan Avropa mentalitetli əhalinin sayını və intellektual, mədəni potensialınnı nəzərə alsaq, aydın olar ki, əsrlərlə işğal olunmuşun işğalçıya təsiri daha çox olub.

               BİR NEÇƏ SİTAT

1847-ci ildə Semyuel Morze Sultan Əbdülməciddən teleqrafa patent aldı. 9 avqust 1847-ci ildə türklər birinci İstambul-Ədirnə-Şumen teleqraf xəttinin tikintisinə başladılar..

1861-ci ildə Osman imperiyasında xristianlar üçün 571 ibtidai, 94 orta məktəb var idi ki, onlarda 14 min uşaq oxuyurdu… xristianların təhsilinin daha yüksək səviyyədə olması onlaraiqtisadiyyatda böyük rol oynamağa imkan verirdi. 1911-ci ildə İstambuldakı 511 topdansatış çirkətindən 528-i ətnik yunanlara məxsus idi….

 1826-cı ildə sultan Mahmud II yanıçar korpusunu  ləğv edib müasir osmanlı ordusunu yaratdı. Osman imperiyasınn ordusu xarici instruktorlar cəlb edən öz zabitlərini Qərbi Avropaya oxumağa göndərən lk ordu isi. Məhz bu zabitlər vətənə qayıdandan sonra Osmanlı imperiyasında gənctürklər hərəkatı təşəkkül tapdı….

 Fransız dili xüsusi yer tuturdu. 19-cu əsrin əvvəlində İmperiyanın 3 milyondan çox vətəndaşı fransız dilini bilirdi. 20-ci əsrin vəllərində fransız dilində onlarla qəzet çıxırdı, bütün bürokratlar bu dili bilirdilər…

1734-cü ildə Türkiyədə artilleriya məktəbi yaradılmışdır ki, burda Fransadan olan instruktorlar dərs deyirdilər…

Vikipediyadan götürülmüş bu sitatların sonuncusunda dərin simvolizm yoxdurmu? Azərbaycanın kişili-arvadlı lakeyliyi boynuna götürmüş “jurnalustləri”nin zoğal dəyənəyin himi ilə bu gün Fransanı, onun prezidentini lağa qoymaqlarını görəndə gülməyin gəlmir, ancaq xəcalət çəkirsən…

Kamal Atatürk sözün bütün mənalarında avropalıdır – həm doğulduğu məkana, həm təhsilinə, həm mentalitetinə görə. O, Türkiyəyə atadan çox oğul və əsgər idi. O, Türkiyəni ailə sərvəti saymırdı ki, öz övladlarına ötürsün. O, həyatını Türkiyəni və türk insanını qaldırmağa həsr edirdi.

İham Əliyev Azərbaycan insanının başından basır, onun şəxsi ləyaqət hüququnu tanımır. İlham Əliyev özünü məhəllə, məhəl Tanrısı hesab edərək təbəələrindən danışıqsız itaət istəyir.

Mustafa Kamal Atatürk...

İlham Atakürk… Nə seçki, na parlament… Vəzifə ata kürküdür…

Türk əsgəri əsrlərdir ki, Türkiyənin şərəfi uğrunda vuruşur.

Bizim əsgərin başına yeridiblər ki, o, Ali  Baş komandan və onun milyarder xanımı üçün canını verməlidir, şərəf ona aid şey deyil, onun borcu can və qan verməkdir…

Qanını axıtmış Azırbaycan əsgəri yaxasına beş-altı dəmir medalı taxıb Bakıda məmur qapılarını döyür, dərman pulu, uşaq pulu istəyir…

Çox təəssüf ki, Azərbaycanın Şimali Koreyaya çevrilmə perspektivi gündəın-günə daha da gerçək olur. Türkiytədəki seçkilərin, demokratların böyük uğurunun bizə heç dəxli yoxdur. Bizim sadəlövh insanlar türk seriallarını az-maz başa düşdüklərinə görə özlərini türk sayırlar. Yox, siz türk deyilsiniz. Siz hələ də qismən şiə, qismən rus-bolşevik bayrağı altındasınız. Taleyinizi öz əlinizə almağa, öz tarixinizi, demokratik tarixinizi yaratmağa isə əzminiz yoxdur.

Bir vaxt Türkiyəyə “Avropanın xəstə adamı” deyirdilər. Xəstəlik bu gün var, sabah yoxdur. Əsas məsələ Türkiyənin “Avropa adamı” kimi tanınmasıdır. Azərbaycan isə bu statusdan da işıq ili məsafəsindədir. Azərbaycan “Asiya adamıdır”. “Xəstə” sözünü buraxıram, çünki Asiyada, “yapon” istisna olmaqla, xəstə olmayan yoxdur…

X.X.

05. 04. 2024, Samara

İLHAM ƏLİYEV YUMOR HİSSİNİ ARTIQ İTİRİB, QURBAN MƏMMƏDLİDƏ İSƏ BU HİSS HƏLƏ YOXDUR…

İlham Əliyev qumar

Qurban Məmmədli İlham Əliyevin çox köhnə bir müsahibəsindən bir fraqmenti göstərərək diktatorun bir vaxt qumarbaz olduğunu dolayısı ilə boynuna aldığını iddia edir. Jurnalist İlham Əliyevdən onun guya Türkiyədə kazino borcları olması barədə sual verir. Diktator cavab verir ki, heç vaxt qumar oynamayıb, onun kazino sərgüzəştlərini Rəsul Quliyev uydurub yayır ki, onu ləkələyib gözdən salsın. Sonra deyir: “Həmişə mənim uduzduğumdan danışırlar. Yəni mənimudan vaxtım olmayıb?”

Qurban Məmmədli bu son ritorik sualdan yapışır və deyir ki, bu, dəmir kimi və ya daşdan keçən süburtdur, İlham Əliyevin qumarbaz olduğuna heç bir şübhə ola bilməz.

Əslində İlham Əliyev hələ sovet dövründə qumar mövzusunda yayılmış çoxlu  rus-yəhudi lətifələrindən buirini sitat gətirir: qumar oynayıramsa, udan vaxtım da olmalı idi…

Doğrudan da peşəkar qumarbazların həmişə uduzanı olmur…

İlham Əliyevdə, görünür ki, cavanlıqda yumor hissi olub. Ancaq məhdudiyyətsiz hakimiyyət, ölkəyə feodal ağalığı  onun bu hissini də elə transformasiya edib ki, ind bu hiss özünü gülməli ifadələr, zarafatlar şəklində yox, sadist hərəkətlər, qərarlar şəklində büruzə verir. Məsələn Qubad İbadoğlunun tutulub pul kəsmək ittihamı ilə şərlənməsi. Gülməlidir? Bir gün Londonda mühazirə oxuyur, səhəri gün Bəkıda pul kəsir… Bəlkə kimsə qeyzindən dəlilik həddinə gəlib qəhqəhə də çəkə bilər. Gülməyi gəlməyən yaxasını  cırsın, başını qapının tininə vursun. Əlimizdən başqa nə gəlir?

Yeri gəlmişkən, özünəməxsus yumor Kaliqulada da olub. Filosof Seneka təsdiq edir ki, o, Kaliqulanın Yupiteri, yəni Tanrını hədələdiyinin şahidi olub. Qasırğa başladığıdan balet tamaşası dayandırıldığına görə Kaliqula qəzəblənib Yupiteri kötəkləyəcəyinə and içir…

Qurban Məmmədli vəkil  kimi özünü çox yüksək qiymətləndirir. Ancaq rus-yəhudi lətifəsinin parafrazını ciddi sübut sayan vəkilin səviyyəsi şübhə doğurur…

 

25. 03. 2024, Samara