Архивы

ROBERT BERNS. KƏND QIZI

Robert Burns

1.

Yayda ot biçini başa çatınca,

Qarğıdalı hələ zəmidə yaşıl,
Ağappaq çiçəkdir örüşdə yonca,

Xəlvət hər bucaqda qızıgül açır —

Deyir süd damında sevimli Bessi:

“Ərə gesəcəyım, vermişəm qərar”.

Bu dəm eşidilir qarının səsi:

“Yaxşı məsləhətin nə ziyanı var?”

2.

Az deyil, əlbəttə, sevənlər səni,

Ancaq sən cavansan, bilirsən özün.

Gözlə, seç ağılla sən eləsini,
Yaxşı ev-eşiyi, mətbəxi olsun.
Biri elə Joni, Baski-Qlendən,

Ambarı, tövləsi onun doludur.

Götür, əziz cücəm, sən onu məndən,

Kişi varlıdırsa, canı odludur.

3.

“Az danış o Joni Baski-Qlendən,

O, milçək qədər də gözümdə deyil.

Sevdiyi tarladır, bir də mal-heyvan,

Məni sevə bilməz belə adam, bil.

Robinin baxışı mehriban, qəşəng,

Ürəkdən vurulub, bilirəm, mənə.

Bircə baxışıni  mən dəyişmərəm,
Coninin özünə və sərvətinə”.

4.

“Başıboş qızcığaz, həyat — savaşdır,

Bütün ömür boyu çəkişmələr var.

Ancaq dolu əlli savaşı udur,

Ac qarına döyüş fəlakət olar.

Kimsə qızırqanır, kimsə xərcləyir,

İradə sahibi olmalı insan.

Qəşəng balam, pivə bişirəndə bil,

Bunu içəcəcəksən sonra özün sən.”

5.

“Ah,  mənə pul torpaq qazandıracaq,

Pulla almaq olar qoyun, qaramal.

Qızıla, gümüşə alınmaz ancaq,

Məhəbbət ki, incə ürəkdə yaşar.

Biz kasıb olarıq, Robi ilə mən,

Yüngüldür, asandır sevginin yükü.

Sevgidir əminlik, sevinc gətirən,

Kraliçalarda başqa nə var ki?”

 

ingiliscədən tərcümə

07. 07. 2024, Samara

++++++++++++

Robert BURNS

Country Lassie

1.
In simmer, when the hay was mawn
And corn wav’d green in ilka field,
While claver blooms white o’er the ley,
And roses blaw in ilka bield,
Blythe Bessie in the milking shiel
Says:- ‘ I’ll be wed, come o’t what will!’
Out spake a dame in wrinkled eild:-
‘ O’ guid advisement comes nae ill.’
Читать далее

ATASI ÖLƏNDƏN SONRA DÜNYAYA GƏLMİŞ KÖRPƏYƏ

Robert Burns

ATASI ÖLƏNDƏN SONRA FÖVQƏLADƏ KASIB AİLƏDƏ  DÜNYAYA GƏLMİŞ KÖRPƏYƏ

1.

Böyük sevgi rəhni, sevimli çiçək,

Saysız dualarla sən qorunursan.

Önündə yumşalmaz hansı daş ürək? –

Nə gözəl, istəkli bala və barsan!

2.

Budur, taytıyaraq noyabr gəlir,

Səni soyudacaq, sevimli bala.

Daha ağaclar da yaydakı deyil,

Səni qasırğadan qoruya bilə.

3.

Bu leysan yağışı yağdırıan ki, var,

Və hökmüylə əsir küləklər kimin,
Səni bu yağmurdan bəlkə qoruyar,
Acı şaxtadan vı qardan həmçinin.

4.

Bəlkə o, Dərdıə və Arzuya həmdəm,
Həyatda cürbəcür yara sağaldan,
Qoruyar ananın körpəsini həm,
Qurtarar öznü həm yaralardan.

5.

Gec çiçəkləsə də, o, tez bərkidi,

Gözəldir necə də yay səhərində,

Külək güclənəndə əyilir indi,

Qayğı möhtacıdır, zavallı həm də.

6.

Bəxtəvər olasan,  gözəl inci, sən,

Bədəməl əllərdən dəyməsin ziyan!
Yenilər boy atsın sənin kökündən,

Bəzək olasınız yurda bir zaman!

ingiliscədən tərcümə

05- 06. 07. 2024, Samara

++++++++

ROBRTT BURNS


On The Birth Of A Posthumous Child

BORN IN PECULIAR CIRCUMSTANCES OF FAMILY DISTRESS

1.

Sweet flow’ret, pledge o’ meikle love,
And ward o’ monie a prayer,
What heart o’ stane wad thou na move,
Sae helpless, sweet, and fair!
Читать далее

ROBERT BERNS. ROBERT RUSSONUN ÖLÜMÜNƏ ELEGİYA

Robert Burns

1.

Robin son mənzildə dincəlir artıq,

Bitdi nəğmə demək, qafiyəbazlıq.

Ac baxışlarıyla soyuq Kasıblıq,

Qorxutmaz onu daha;

Təlaşdan, qayğıdan sarsılmaz yazıq,

Yatar əbədi rahat.

2.

Onu az narahat bunlar edərdi,

Hərçənd vaxtaşırı əzirdilər də.

Endirirdi Tale ya Şans zərbə də,

Qısa müddətə ancaq.

O da şeir qoşub məzələnirdi,
Hökmən qalib çıxaraq.

3.

Onun səriştəsi kənd işinəydi,
Güclü sayılırdı, davamlı həm də,

Ancaq fərqi çoxdu kənd kişisindən,

Buna əmindi özü.

Ona alim ya da mirzə desəydin,

Görərdin gülür gözü.

 ++++++++++++

ROBERT BURNS

Elegy On The Death Of Robert Ruisseaux

1.
Now, Robin lies in his last lair,
He’ll gabble rhyme, nor sing nae mair;
Cauld Poverty wi’ hungry stare
Nae mair shall fear him;
Nor anxious Fear, nor cankert Care,
E’er mair come near him.
Читать далее

ROBERT BERNS. ÖTƏN MAY BİR ADAXLI…

Robert Burns

1.

Ötən may bir adaxlı gəldi bizim düzənə,

“Dəli tək sevir məni” deyərək içdi and da.

Söylədim “zəhləm gedir kişilərdən” mən ona:

Lənət şeytana, niyə axı mənə inandı,

Niyə, lənət şeytana, mənə axı inandı!

2.

Qara gözlərimdəki oxlardan söz açaraq,

And içdi  sevgi dərdi üzüb öldürər onu.

Dedim ki, ölür ölsün, bir ayrısıyçın ancaq

Tanrı, keç günahımdan, yalan deyirdim bunu,

Tanrı qoy bağışlasın, yalan deyirdim bunu.

3.

Dedi təsərrüfatı var səliqəli, qaydalı,

Hazırdır toy eləyə lap elə günü sabah.

Mənsə gizlətdim məni bunlar maraqlandırır,

Düşündüm hərçənd çətin ondan yaxşısı gəlsin,

Ancaq düşündüm çətin ondan yaxşısı gəlsin.

4.

İndi görün nə oldu! İki həftə keçmədən,

(Şeytanın iştirakı olub bu işdə hökmən!)

Əmiqızım Besslə o, ara düzəltdi birdən.

Nənə, gör ona necə nifrət eləyirəm mən –

Əmim qızına necə nifrət eləyirəm mən!

5.

Sığallanıb yaxşıca gələn həftəsə ancaq,

Getdim mən Dlaqanroka, mal-heyvan bazarına.

Vəfasız sevgilimi  gördüm mən ora çatcaq,

Canıma yanğı düşdü orda baxanda ona,

Ruh görürdüm elə bil baxan zaman mən ona.

6.

Sol çiynim üstdən ancaq saldım ona mən nəzər,

Qonşular deməsinlər üzlüyəm, utanmazam.

Adaxlı sıçrayırdı, içkili adam sayaq.

And içdi ki, təkcə mən qəlbi istəyən qızam.

And-aman etdi tək mən qəlbi istəyən qızam.

7.

Əmiqızımdan sual verdim ədəblə ona,

Açılıbmı, nəhayət, dedim, kar qulaqları,

Ayaqqabı tapırmı əyri ayaqlarına?

İlahi, dizi üstdə, o necə də yalvarir –

Düşərək disi üstdə, ah, necə də yalvarır!

8.

Tanrıya and verdi ki, ona ərə gedim mən,

Onu öldürəcəyəm, yoxsa salıb azara;

Qurtarmaq xatirinə zavallını ölümdən,
Gərək ona gedəm mən lap elə günü sabah —

Ona getməliyəmlap elə günü sabah!

1795

ingiliscədən tərcümə

04.07. 2024, Samara

++++++++++++

ROBERT BURNS

Last May A Braw Wooer

1.
Last May a braw wooer cam down the lang glen,
And sair wi’ his love he did deave me.
I said there was naething I hated like men:
The deuce gae wi’ him to believe me, believe me —
The deuce gae wi’ him to believe me!
Читать далее

ROBERT BERNS. İCAZƏ VER GİRİM BU GECƏLİYƏ    

Robert Burns

XOR

Ah, icazə ver ki, bir gecəliyə,

Bircə gecəliyə, bu gecəliyə.

Ah, icazə ver ki, girim içəri,

Bircə gecəliyə, bu gecəliyə!

1.

Əzizim, sən bəlkə yatırsan artıq,
Bəlkə də oyaqsan, danış ki, bilim.

Bağlanıb sevgiylə əlim-ayağım,

Həsrətindəyəm, aç qapını, gəlim.

2.

Çöldə qış küləyi, islanıb əynim,

Göydə ulduzlar da sönübdür yəqin!

Rəhm elə, qıçlarım üzülür mənim,

Qoru bu qar-yağışdan məni, gözəlim.

3.

Qışın sərt küləyi məni döyəclər,

Yıxılsan, haraya gəlməz bir nəfər.

Bütün dərdlərimə səsəb, ey gözəl,
Sənin ürəyinin soyuqluğudur.

                  QIZIN CAVABI

                  XOR

Sənə deməliyəm bu bircə gecə,

Bax, bu bircə gecə, bu bircə gecə,

Bütün gecələr də elə beləcə,
Qoymaram içəri səni, əzizim.

1.

Küləkdən, yağışdan nağıllar demə,

Soyuqürək deyib məni qınama.

Gəldiyin yolla da geri dön yenə,

Qoymaram içəri səni, əzizim.

2.

Zülmət saatlarda vıyıldar külək,

Sərsəri islanar iliyinədək —

Bu nədir? Vəfasız kişiyə aldanıb ürək,
Verən qız bəs nələr çəkir əzizim?

3.

Çəməni bəzəyən ən qəşəng çiçək,

İndi tapdalanıb rəzil alaq tək —

Adi qızdan sən dərs alasan gərək,

Daha özünündür qərar, əzizim.

4.

Qəlbini yay günü alan quş indi,

Zalım bir ovçunun qənimətidir,

“Onunla taleyim mənim eynidir” –

Səfeh qadın sənə deyər, əzizim.

1795

ingiliscədən tərcümə

02-03. 07. 2024, Samara

++++++++++++++++

ROBERT BURNS

O, Let Me In This Ae Night

Chorus
O, let me in this ae night,
This ae, ae, ae night!
O, let me in this ae night,
And rise, and let me in! Читать далее

ROBERT BERNS. GEDƏN 1788-Cİ İL ÜÇÜN ELEGİYA

Robert Burns

Yas saxlayan deyiləm lord ya da kral ölə;

Bir gün doğulub onlar, bir gün ölməlidirlər.

Dəhşət bürüyür ancaq bunu düşündüyün an:

On iki ay, ağalar, köçüb getdi dünyadan!

Səksən səkkiz, ah, sənin kiçik olsa da fəzan,

Neçə müdhiş hadisə baş veribdir bu zaman!

Almısan əlimizdən nə qədər sevinci sən!

Necə yaman bir halda bizi qoyub getmisən!

+

İspan imperiyası vidalaşdı başıyla,

Öldü itim Bouti, qalmışam gözü yaşlı.

Pittlə Foks arasında elə qovğa yarandı,

Bizim arvad bəsləyən beçələr də yalandı!

Birisi çox cəsurdur, cini çıxır, dəlidir,

Toyuqlarla rəftarı amma çox ədəblidir.

Biri də var ki, tərsdir, tərbiyəsizdir bir az,

Peyinliyi eşməyən yaxşılar da deyil az.

+

Yenə qalxın minbərə, qışqırın, ruhanilər,

Səsiniz xırıldayıb tamam batana qədər.
Səksən səkkizin sizə xoş arzuları vardı,
Sərvət də sizə verdi, bollu yemək də verdi.

Kalan pulunuz oldu, yedinizz-içdiniz siz,

Sizdən xeyir görənsə, az oldu, bilirsiniz.

+

Gözlərinizi silin, sizsə, sevimli qızlar,

Çünki aranızda çox dostunu itirən var

Səksən səkkizdə sizin çox alub aldığınız,

Qaytarmazsınız heç vaxt onları geriyə siz.

Nəzər sal naxırlara, sürülərə nəzər sal,

Necə başıaşağı və küt sürünür onlar!

Yox, yox, torpağın özü ağlayır indi hətta,

Yaş axıb, su qalmayıb Embro quyularında.

+

Səksən doqquz, körpə bir uşaqsan hələ ki, sən,

Yəni qoca deyilsən öyrənə bilməyəsən.

Ehtiyatlı olasan gərək, saqqaıllı oğlan,
Dədənin kürsüsündə çünki sən oturmusan.

+

Regent olma qandallı, buruntaqlı və bağlı,

Onun kimi azad ol və qoru istiqlalı.

Arxayln ol ki, atan planlayan yolda sən,
Onun elədiyindən piz eləmə, saf insan!

Əksinə yaxşı elə nə qədər bacarırsan.

ingiliscədən tərcümə

02. 07. 2024, Samara

+++++++++++++++++++++

ROBERT BURNS

Elegy On The Departed Year, 1788.

For lords or kings I dinna mourn;
E’en let them die — for that they’re born;
But O, prodigious to reflect,
A towmont, sirs, is gane to wreck!
O Eighty-Eight, in thy sma’ space
What dire events hae taken place!
Of what enjoyments thou hast reft us!
In what a pickle thou hast left us! Читать далее

ROBERT BURNS. ÇÖL SİÇANINA

Robert Burns

Kotanla onu yuvasından qaldırarkən, noyabr 1785

 

Xırda, hamar, büzük və ürkək heyvan,

Axı nədir səni belə qorxudan?

Niyə tələsirsən qaçmağa burdan,

Baxmadan arxana sən?

Dalınca düşmərəm vurmağa ziyan,

Bu qatil kotanla mən.

+

Hegemonluğuyla, heyf ki, insan,

Pozub təbiətdə birliyi çoxdan.

Və məni qarşında gördüyün zaman,

Qorxaraq titrəyirsən.
Hərçənd taleyimiz eynidir, inan,
Sən tək öləriyəm mən.

+

Oğurluq edirsən vaxtaşırı sən,

Nə olsun? Sən axı yaşamalısan!

İyirmi dörd dərzdən əgər aparsan

Bir qıça – nə olar ki?

Şükrlü olardım qalanıyla mən,

Görməzdim ki, var itki.

+

Xırdaca evin də daha virandır,

Zəif divarları külək dağıdır.

Eybi yox, təzəsi tikilər indi,

Qalın və yaşıl otdan!

Soyuq dekabrın küləyi öndə,

O, sərt, acıdır yaman!

+

Gördün çılpaq və boş tarlaları sən,
Və yorucu qışı tələsib gələn.

Rahatca burada, külək əsərkən,

Dedin daldalanarsan.

Fəlakət! Çataraq yuvaya birdən,

 Dağıtdı onu kotan.

+

Yarpaqdan, qıçadan xırdaca qalaq

Vurmağa min zəhmət çəkmisən, qoçaq!

İndisə yığdığın məhv olub ancaq,

Nə əmlak, nə də ev var,

Qışda qar yağacaq, çamır olacaq,

Və qırovlu şaxtalar.

+

Fəqət tək deyilsən heç də sən, Siçan,

Gələcəyi görmək deyildir asan.

Necə plan cıza siçan ya insan,

Çıxır çox vaxt tərsinə.

Sevinc əvəzinə bizəsə qalan,

Ağrı və dərddir yenə!

+

Yenə bəxtəvərsən mənə baxanda,

Sənin müsibətin tək bu zamanda.

Mənsə, ah! Keçmişə nəzər salanda,

Bürüyür məni qüssə,

Gələcək günü də düşünən anda,

Qorxuram hökmən nəsə!

 

ingiliscədən tərcümə

30.06-01. 2024. Samara

===========

Robert BURNS

To A Mouse.
On turning her up in her nest with the plough, November 1785.

 

Wee, sleekit, cowrin, tim’rous beastie,
O, what a panic’s in thy breastie!
Thou need na start awa sae hasty
Wi bickering brattle!
I wad be laith to rin an’ chase thee,
Wi’ murdering pattle.
Читать далее

ROBERT BERNS. KOTANIIN AĞZIYLA KƏSİLƏN QIZÇİÇƏYİNƏ. 1 APREL 1786

Robert Burns

1.

Xırda, zirvəsi al, sadəcə çiçək,

Önümə çıxaydın pis anda gərək.

Toz-torpaq içində məcburam qıram,

İncə saplağını mən.

Daha mənlik deyil sənə qıymayam,

Hərçənd sən bir incisən.

2.

Bu, qonşun torağay, mehriban qəşəng,

Deyil ki, səninlə hər görüşərkən,

Çilli sinəsiylə səni əyərdi,

Şehli torpağa,

Süzərdi, allanan şərqə gedərdi,

Sübhü salamlamağa.

3.

Üşütdü şaxtalı şimal küləyi,

Sənin erkən, həqir körpəliyini,

Sənsə qorxmayaraq fırtınalrdan,

Gülümsədin sevinclə.

Ana torpaq üstdə boylanan andan

Kövrəkdin o vaxt hələ.

4.

Bağ çiçəklərini qorumağa var,

Uca meşələr və uca divarlar.

Sənın təsadüfi müdafiənsə,

Ya daşdır ya kəsəkdir.

Biçilmiş lüt çölə bəzək idin sən,

Görünməzdin və təkdin.

 

5.

Sısqa örtüyünə orda bürünüb,

Günəşə yönəldinqarlı qış günü.

Sadə görkəminlə başını yerdən,
Qaldırırdın həqir sən.

Ancaq kotan ağzı dağıdar indiŞ

Yıxılarsan yerə sən.

6.

Sadəlövh qızın da taleyi belə,

Ucqar kölgəlikdə boy atan çiçək!

Kimə könül verir, xəyanət görür,

Atılır aldanaraq,

Torpağa atılır, torpağa dönür,

O gözəl də sən sayaq.

7.

Seçilmir şairin taleyi bundan,

Yanır coşqun həyat okeanında!

Nə səriştəsi var, nə biliyi var,

Baş aça xəritədən.

Külək şiddətiylə coşar dalğalar,

Və Şairi qərq edər.

8.

Taleyi belədir kim əzab çəkir,

Açılmır bəladan başı kimin ki.

Kim ki, təkəbbürdən, məkrdən ya da,

Səfalət içindədir,
Qalmır Göydən özgə bir dayağı da,

Tmam məhv olub gedir!

 

Bu qızçiçəyinə yas tutan insan,

Bu tale sənindir, fərqi yox, inan;

Gavahın hazırdır, yaz çağı ömrün,
Həyat çiçəkləyərkən,

Şumlayır, səni də torpağa gömür,

Tozsan özün indi sən!

 

İngiliscədən tərcümə

  1. 06. 2024, Samara

+++++++++++++++

ROBERT BURNS

To A Mountain Daisy.
On Turning One Down With The Plough. In April 1786

1.
Wee, modest, crimson-tipped flow’r,
Thou’s met me in an evil hour;
For I maun crush amang the stoure
Thy slender stem:
To spare thee now is past my pow’r,
Thou bonie gem.
Читать далее

ROBERT BERNS. “ŞİKAYƏT  ETMƏSİN QADINLAR GƏRƏK…”

Robert Burns

1.

Şikayət edərək qadın boş yerə,
Deməsin kişiyə yoxdur etibar.

Şikayət etməyə qadın heç gərək,

Kişi dəyişkəndir, gəzməyi xoşlar.

Bütün təbiətə yaxşı nəzər sal,

Dəyişməkdir onun əsas qanunu.

Qəribə olardı, əziz xanımlar,

Poza bilsəydilər kişilər onu.

2.

Qabarma, çəkilmə okeanda var,

Küləyə diqqət et, göyləri öyrən.

Günəş çıxar səhər, axşam ay doğar,

Ardıcıl fəsillər dəyişir hökmən.

Deyin, pozmalıdır əbləh kişilər,
Bu təbii ali qanunu nədən?

Sabit olacağıq bacarsaq əgər,

Sizə də sabitlik xas deyil hərçənd.

1794

İingiliscədən təecümə

29.06. 2024, Samaea

+++++++++++++++++

1.
Let not women e’er complain
Of inconstancy in love!
Let not women e’er complain
Fickle man is apt to rove!
Look abroad thro’ Nature’s range,
Nature’s mighty law is change:
Ladies, would it not be strange
Man should then a monster prove?
2.
Mark the winds, and mark the skies,
Ocean’s ebb and ocean’s flow.
Sun and moon but set to rise.
Round and round the seasons go.
Why then, ask of silly man
To oppose great Nature’s plan?
We’ll be constant, while we can —
You can do no more, you know!

ROBERT BERNS. MƏNİM ZAVALLI EŞQİM          

      Robert Burns    

XOR

Yanımda olaydın, sevgilim, indi,

Yanımda, yanımda, yanımda ancaq.

Məni, mehribanım, sevindirərdin,

Nəfəsi nəfəsə qarışdıraraq.

            1.

Gəzirəm uzaqda mən indi sənsiz,

Ah, zavallı eşqim, gedib dincliyim,

Səndən çox uzağam, tale amansız,

Ən çox da taledir gileyləndiyim.

             2.

Yığıb qış səması qaşqabağını,

Qönçə ümidləri soyuq sarsıdır.

Yeganə mənzilim, sığınacağım,

Eşqim, qollarıının arasındadır.

               3.

Dostluq soyuyaraq dəyişən zaman,

Tale oxlarını zəhərlər yəqin.

Sadiq ürəyini qırmayım, aman,
Söylə ki, bu tale mənimdir, eşqim.

             4.

Fəqət ötüb keçər qüssəli anlar,

Ümid ver ki, yenə biz görüşərik

Tək bu xoş təsəlli şüası ancaq,
Yansın başın üstdə, Xloris, eşqim.

 

ingiliscədən tərcümə

25-26.06. 2024, Samara

+++++++++++

Robert BURNS

Forlorn My Love

 

Chorus

O, wert thou, love, but near me,
But near, near, near me,
How kindly thou would cheer me,
And mingle sighs with mine, love!


1.
Forlorn my love, no comfort near,
Far, far from thee I wander here;
Far, far from thee, the fate severe,
At which I most repine, love.

 


2.
Around me scowls a wintry sky,
Blasting each bud of hope and joy,
And shelter, shade, nor home have I
Save in these arms of thine, love.


3.
Cold, alter’d friendship’s cruel part,
To poison Fortune’s ruthless dart!
Let me not break thy faithful heart,
And say that fate is mine, love!

 


4.
But, dreary tho’ the moments fleet,
O, let me think we yet shall meet!
That only ray of solace sweet
Can on thy Chloris shine, love!