МЯГКО ТЕБЯ В ГЕРМАНИИ ВОСПИТАЛИ, АНДРЮША! НАДО БЫЛО ЖЕСТЧЕ!

Андрей Лунев Карабах

На сайте haqqqin.az опубликовано интервью с вратарем «Карабаха» Андреем Луневым под заголовком «Вратарь «Карабаха» рассказал, что ему не понравилось в Германии». Конечно, лучше бы он рассказал, чем он не понравился немцам и поему его оттуда турнули. Но чох имеем, то имеем. В настоящее время верховный главнокомандующий Алиев яростно защищает азербайджанские ценности от Запада, поэтому такое интервью.

«Что не понравилось в Германии?»Жесткая пропаганда ЛГБТ», — говорит Лунев. Обратите внимание: не просто пропаганда, а жесткая. Если среди детей жесткая пропаганда, видимо, взрослых просто жестко принуждали к однополым сношениям. Лунев, видимо, испытал все это на себе.

Есть правила, приведу пример. Мальчик ударил девочку. Мама или папа приходят, вроде бы это было в садике, и воспитательница говорит: «Ваш мальчик дерется, он ударил эту девочку». И отец начинает ребенка ругать: «Ты что делаешь? Нельзя девочек трогать, они ведь девочки». А воспитатель ему отвечает: «Вы чему учите ребенка? У нас все дети равны. Почему вы разделяете мальчика и девочку?»

Для меня эти вещи — дичь. Есть гендерное разделение. Может ли женщина кого-то обидеть? У них что угодно делается, все равны. Ты можешь поменять пол, можешь ходить непризнанным полом. Кто я? Я — оно», — возмутился Лунёв.

Любой здравомыслящий человек скажет, что воспитатель совершенно правильно говорить. Другого ребенка нельзя бить не потому, что тот – девочка, нельзя бить вообще никого. Если бы утверждал обратное, получилось бы, что мальчики мальчиков бить могут.

На лексику обратите внимание: «Для меня эти вещи дичь». Конечно, в Германии все дичь. И немецкий футбол – дичь, и Мерседес дичь, и высокий уровень жизни дичь. И демократия – дичь. И журналистов не сажают в тюрьму, как в Азербайджане, тоже дичь. Молодых девушек –журналисток совсем-совсем не сажают, это дичь в квадрате.

 В Азербайджанской тюрьме за женщиной-оппозиционеркой мужчина–надзиратель надзирает, когда она посещает отхожее место. А потом это посещение такой журналюга как Эйнулла Фатуллаев, описывает  на сайте Haqqin.az, которым сам и руководит…

Это – Андрюша, дичь в кубе…

Мало и плохо тебя воспитали в Германии. Надо было жестче…

Мирза АЛИЛ

18. 03. 2024, Самара

P.S. Кстати, Андрюша, ты еще не встречался с Гаджи дайы? Знатный дядька, очень бы тебе понравился…

OSİP MANDELŞTAM. «SƏN MƏNƏ AĞALIQ GƏRƏK EDƏSƏN…»

мандельштам

Sən mənə ağalıq gərək edəsən,
Mənsə borcluyam ki, itaət edəm.

Ada və namusa tüpürmüşəm mən,
Xəstə böyümüşdüm, indi əfələm.

 +

Bir üsul uydurub sına onu sən,
Sına necə gəldi, qamçı kimi çək.

Partiyadankənar bolşevikəm mən,
Bütün dostlar kimi, o düşmənim tək.

 

1935

 ruscadan tərcümə

16. 03. 2024, Samara

 +++++++++++++

Осип МАНДЕЛБШТАМ

Ты должен мной повелевать,

А я обязан быть послушным.

На честь, на имя наплевать,

Я рос больным и стал тщедушным. Читать далее

ALLAHIN ƏLLƏRİ

İYUL 2023

“Səcdə eləmirsən, İblis, niyə bəs,
Yaratdığım kəsə öz əllərimlə?” —

Allah deyib – bilir, yəqin ki, hər kəs,

Otuz səkkizinci surədə belə.

 +

Əlbəttə, Allahın sözüdür Quran,

Tamam vasitəsiz nitqidir onun.

Hər sözü müqəddəs sayır müsəlman,
Dəyişməz ehkamdır, əbədi qanun.

 +

Əgər əlləriylə yaranıb insan,
Bəs nəyi yaratmış o, “”Kun!” deyərək?

Əllə nə yaranar, nə cana gələr?
İnsan yaradanda ruh, nəfəs gərək.

 +

Bizi əlləriyə o, yaradıbsa,

Deməli, Allahın əlləri vardır?!

Çiyin var, boyun var, əlləri varsa,
Təbii, başı var, ayaqları da…

 +

Əldən danışarmı əli olmayan?

Başqa üzvlər var, varsa əl əgər.

Ruh deyilmi Allah məkan bilməyən?

O ayəni insan deməyib məgər?

 +

Bu kitab oxunur min üç yüz ildir,
Şübhələrlə çaşan tək mən deyiləm.

Susur, öz içində hərə gizlədir,
İçindən üşənir, bayırından həm.
+

Bu böyük kitabın ziddiyyətləri,
Bir nədir, yüz nədir, min olar hətta.
Ömrün son həddinə çatandan bəri,
Susmağı doğru iş saymıram daha.

 +

Bu böyük kitabın müəllifliyi,
İnsana məxsusdur, buna əminəm.

Allah adından o, sözünü deyib,
Yaxşı çox söz deyib, pis də deib həm.

 +

Bircə şey var  bizə təsəlli olan:

Allah yaradıbdır o müəllifi.

Əllə yaranmamış ancaq o İnsan,
Tanrı qüdrətiylə dünyaya gəlib.

 

15. 03. 2024, Samara

ANNA AXMATOVA. “ÇİÇƏKLƏRİN, CANSIZ ŞEYLƏRİN HƏTTA…”

Anna_Axmatova

Çiçəklərin, cansız şeylərin hətta,

Necə də xoş gəlir bu evdə ətri,

Qaratorpaq üstdə, lək qırağında,
Əlvan tərəvəzlər qalaqla yatır.

 +

Soyuğun şırnağı axsa da hələ,
Həsir götürülüb istixanadan.

Orda, yaxında var gölməçə belə:
Parçaya bənzəyir lili, baxanda.

 +

Bir oğlansa mənəs öylədi ürkək,

Tamam həyəcanla, həm də astadan

Dabanbalığı var orda bir yekə,

Onunla yekə bir dişi hər zaman…

1911

ruscadan tərcümə

14. 03. 2024, Samara

+++++++++

Анна АХМАТОВА

 Цветов и неживых вещей
Приятен запах в этом доме.
У грядок груды овощей
Лежат, пестры, на черноземе.
Читать далее

İLHAM ASLANOĞLUNA: AMANDIR, O KİTABLARIN ALTINDA OTURMA, BAŞINA UÇAR, «СОВСЕМ МЕРТВЫЙ БУДЕШЬ…»

Hacı Abid Qafarov

Mən Mirzə Əlil olaraq bildirirəm ki, İlham Aslanoğluna böyük məhəbbətim var. Ayrı cür çıxmasın, bu kişini mənə sevdirən bu kişinin müstəsna cəsurluğu və fədakarlığıdır. Bir insanı sevəndə də o tez-tez yadına düşür, görməyəndə darıxırsan, həyatının təhlükəsizliyi üçün narahat olursan.

Məşhur şoumən, əhli-beyt və hicab fədaisi Qurban Məmmədlinin son verilişinə baxanda o dünyaya gedib-gəldim. Xomeyni aşiqi həci Abid Qafarovun evindən çəkilən süjetə qurtarınca bir neçə azarın dərmanını atdım. Hətta Allaha dua da elədim, hərçənd bilirəm ki, mənim kimilərin duasını Allah qəbul eləməz, hətta səsimi eşidib acığa düşər…

İlham Aslanoğlu oturmuşdu həci Abidin geniş kabinetində hündür divardan alt-alta asılmış kitab rəflərinin altında. Bu rəflərdə o qədər kitab var idi ki, ümumi çəkiləri yəqin ki, üç-dörd ton və hətta daha artıq olardı. Kitabların hamısının farsca yazılmış şiə ədəbiyyatı olduğunu nəzərə alsaq, çəki daha da artar. Çünki Xomeyni ilhiyyatçılarının dedikləri və yazıqları sözlərin çəkisi adi insanların dediyi sözlərdən qat-qat ağır olur. Aslanoğlu oturmuşdu lap divarın dibində və mən fikirləşdim ki, birdən o rəflər divardan qırılsa, o kitablar bir neçə ton ağırlıqla töküləcək İlham müəllimin başına və İlham müəllimi qalağın altından ancaq FHN-ni işçiləri, özü də cansız halda çıxara biləcəklər…

Müsibəti təsəvvür edirsiniz? Mən verilişə baxa-baxa ağlayırdım…

Çəkiliş bitdi. Allahın qüdrəti ilə rəflər divardan ayrılıb Aslanoğlunun başına düşmədi…

Sonra mən indi Avropalarda sərinlənən Abid Qafarovu düşündüm. Siz də düşünün. Düşünün ki, xomeyniçilərin yazdıqları və tonlarla ağırlığı olan kitablar həci Abidin başının içindədir. Yəni həci Abid başında mühəndis biliklərindən savayı bir neçə ton İran-İslam cəfəngiyatı gəzdirir…

Fikirləşirəm ki, bu baş o ağırlığa necə dözür…

Fikirləşirəm ki, hamısı fars dilində olan İran-İslam kitablarında nə yazıla bilər? Cənnətin təsviri? Cəhənnəmin? Dörd arvad almağın savabı? Siğədəki savab və gözəllik? 12 yaşlı qızcığazları ərə verməyin zəruriliyi və vacibliyi?

İlham Aslanoğlu üçün daha narahat deyiləm. Sağ-saılamat çoxtonluq kitabların altından çıxıb getdi ailəsinin üstünə. Ancaq həci Abid üçün narahatan. Çünki bir neçə tonluq şiə cəfəngiyyatını bu insan başının içində daşıyır…

Həci Abiudin şirin tat ləhcəsinə və avazına vurulub şiə cəfəngiyatına uyanlar üçün daha çox narahatam…

Ancaq İlham Aslanoğlunu çox sevdiyimə görə ona bir rus sovet kinokomediyasından Vasili Alibabayeviçin sözlərini xatırladıram:

Эй, гражданина! Ты туда не ходи, ты сюда ходи. А то снег в башка попадёт. Совсем мёртвый будешь!”

İlham müəllim, Xomeyni kitabları olan yerə getmə, ayatullanın dar ağaclarını gözünün qabağına gətir…

 

Mirzə Əlil

14. 03. 2024, Samara

P,S. Yeri gəlmişkən. Fikir verən varmı ki, Qurban Məmmədli son vaxtlar nə boyda buxaq bağlayıb? Maşallah! Allah yəqin bu kişinin orucunu, namazını qəbul edir, yoxsa o buxaqdan hər adama vermir…Mənim çənəmin sümükləri də görünür…

M.Ə.

«CƏNNƏTİN YERİNİ BİLƏN ADAM VAR?»…

Cənnətin yerini bilən adam var?

Yeddi qat səmanın üstdəsə əgər,

Onda necə bitər orda xurma, nar?

Çaylar necə axar, hara tökülər?

 +

Orda nə istisə, nə soyuqdusa,
Sərin kölgə vədi deyilmi əbəs?

Yorulmaz —  insanın işi yoxdusa,

Nədən dincələcək cənnət əhli bəs?

+

Baxıb həyatına, həndəvərinə,
Ərəb bu cənnəti yaratdı bəlkə?

Yemişdi xurmadan axı başqa nə?

İstəyi, arzusu sərin su, kölgə…

 +

Arvad cavansa da, çirkin, əfəldir,
Həyatın, rəftarın ağırlığından.

Huri xəyalıyla tapıb təsəlli,
Ərəbi ehtiras incidən zaman…

 +

Təşnənin suyudur, acınsa yemi,
Cənnət əfsanəsi yaşar əbədi.

 Sübutu, dəlili yox onun elmi,

Sağlam düşüncəyə o həm də ziddir.

 +

Orda hurilər var, uşaq yox ancaq,
Yoxdur ata, ana, yox bacı, qardaş,

Orda nə it, pişik, nə at olacaq,
Nə sığal çəkməyə doğma, əziz baş…

 +

Əbədi yox işin, məşğuliyyətin,
Ağac da əkmirsən, çünki bağdasan.

Nədir bu həyatın bəs məziyyəti?

Doğrudan bunumu arzular insan?

 + 

Xurma kölgəsində, mütəkkə üstdə,

Min il oturarsan, milyon, milyard il,
Ağıl başdan çıxar çox belə getsə —

Ya cənnətə gedən ağılsız gedir?..

13. 03. 2024, Samara

ALİ BAŞ KOMANDANIN ÇASTUŞKALARI — 20

İlham Əliyev 4

Bağdadda kor xəlifəyəm,
Həm də Ağanəzərəm,
Mənə qarşı söz deyəni,
dama basıb əzərəm!

Eyy! Uxx!

 

Sərhədləri bağlamışam,
Cibimdədir açarlar.

Hərdən-birdən beş-on adam,
Gedir-gəlir uçarla.

 

Bağlamışam qəzetləri,

Yutubu dağıdıram.

Kim mənim ağzımı əyir,

Tuturam, bağırdıram.

Eyy! Uxx!

 

Avropadan uzaqlaşdım,
Abırsız ora yerdir.

Kişi ilə orda qadın,
Tualetə bir gedir.

 

Kişi kişiyə evlənir,
Dişini alır dişi.

Biz sevirik ənənəni,

Bəyənmirik bu işi!

Eyy! Uxx!

 

Orda saysız narkoman var,

Orda qumarbaz hamı.

Pozar, başdan çıxararlar,

Orda bizim adamı.

Xalqım dəmir yumruq altda,
Yüz faiz bəxtəvərdir.

Kişi evlənir arvada,
Arvad kişiyə gedir.

Eyy! Uxx!

 

Bizdə yoxdur heç bilən də,
Nədir qumar oynamaq.

Narkotiki işlədən də,
Müxalifətdir ancaq!

 

Xalq ömür sürür firavan,
Çörəyi var bir tikə.

Məni sevir hər bir insan,

Yəni ki, bütün ölkə.

 

Bizim Leyla bu işlərdən,
Yazıb gözəl bir şeir.

İndi onu Ramiz Rövşən,
Sizin dilə çevirir!

Eyy! Uxx!

 

Mirzə TƏBİL

12. 03. 2024, Samara

ANNA AXMATOVA. SEVGİ

Anna_Axmatova

 Qıvrılıb ilan tək yumağa dönür,
Ürəyin başında cadu edir gah,
Gah ağ pəncərəyə günlər uzunu,

Qonur  göyərçin tək, quruldayaraq.

 

Gah bənzər qırovda parıltılara,

Şəbbünun ətri tək mürgüyə hopar.

Hökmən o, gizlicə ancaq aparar,
Bil ki, nə sevincin, rahatlığın var.

 

Qüssəli skripka yalvarışında,

Elə şirin-şirin hönkürə bilir,

Hələ ki, naməlum gülüşdə hətta,

Onu kim sezirsə, dəhşətə gəlir.

1911

ruscadan tərcümə

11.03. 2024, Samara

++++++++++++++

Анна АХМАТОВА

Любовь

То змейкой, свернувшись клубком,
У самого сердца колдует,
То целые дни голубком
На белом окошке воркует,
Читать далее

ABİD QAFAROVA: İRAN FAHİŞƏLƏRİNİ SON DƏFƏ NƏ VAXT SAYMISAN?

abid qafarovabid qafarov

Napoleona aid edilən buir ifadə var: “Hər hansı rusu qaşısan, altdan tatar çıxar”.

Azərbaycanda hər hansı şiə məzhəbli din xadimini, ruhanini “qaşısan”, Xomeyni aşiqi, molla dövləti tərəfdarı aşkara çıxar.

Cənab Abid Qafarov İranda fahişəliyi təsadüfən şah dövrü ilə bağlamadı, fahişəliyin ləğvini 1979-cu ildən götürməyi də təsadüfi deyil: 1979-cu ildə Xomeyni hakimiyyətə gəldi. Az keçməmiş bütün demokratlara, liberallara divan tutulmağa başladı. Qaça bilənlər canlarını qurtardılar, qaça bilməyənlər dar ağaclarından asıldılar ya türmələrdə çürüdülər.

Fahişəlik ləğv olundumu?

İki sitat. Rus dilindədir, tərcüməsini də verirəm.

«В 2002 года иранская газета Entekhab подсчитала, что только в Teгеране находится 85,000 проституток».

(https://ru.wikisexguide.com/wiki/%D0%98%D1%80%D0%B0%D0%BD)

Entehab qəzetinin hesablamasına görə, 2002-ci ildə Tehranda 85 000 fahişə olub.

“Точное количество проституток, работающих в Иране, приблизительно на 2017 год в Иране было 228,7 тысяч проституток[103].

(https://ru.wikipedia.org/wiki/%D0%96%D0%B5%D0%BD%D1%89%D0%B8%D0%BD%D1%8B_%D0%B2_%D0%98%D1%80%D0%B0%D0%BD%D0%B5)

Vikipediyaya inansaq, 2027-ci ildə İranda 228, 7 min fahişə olub.

İrana gedib-gələnlər, əgər obyektiv və gözüaçıq insanlardırsa, bunu təsdiq edərlər.

Siğəni  də fahişəlik saysaq, fahişələrin sayı milyonu keçər…

Mənim baxdığım mənbələrdə Azərbaycandan (bizim Azərbaycandan) müxtəlif yollarla aparılan qızlar və qadınlar da İranda fahişəliklə məşğul olurlar.

Mən Abid Qafarovun “Tərtər işindəki” fəaliyyətini qiymətləndirirəm, ancaq onu təhlükəli insan sayıram. Müstəbid rejimə müqavimət zəruridir. Ancaq bu cür cinayətləri açmaq üçün islamçıların fitvasına uymamalıyıq. Abidlər hakimiyyət başına gəlsələr, əlbəttə, beş-on adamı məsuliyyətə cəlb edib cəzalandırarlar. Sonra nə olar? Sonra Xomeyni İranda nə etmişdisə, o olar. Dar ağacları, zindanlar, qonşu ölkələrdə terrorçuluq işləri, sanksiyalar, şəxsi azadlıqların boğulması, sayı milyonlar olan milli azlıqların hüquqsuzluğu və s. Tərtər cinayətinin üstü Xomeyni aşiqlərinin yardımı və iştirakı olmadan da açılmalıdır, cəmiyyətdə belə potensial var. Bir vaxt İran demokratları, liberalları Xomeyni aşiqi olub onu hakimiyyətə gətirdilər. Xomeyni ilk növbədə elə o adamlara divan tutdu.

Xomeyni zəngin, ecazkar İran musiqisini, İran ədəbiyyatını, kinosunu məhv etdi. Qüdrətli tarixi olan, özəl sivilizasiya yaratmış xalq əbalıların, çalmalıların girovu və qurbanıdır.

Abid Qafarovdan elə tünd Xomeyi qoxusu gəlir ki, hətta televiziya ekranından da adamı vurur. İslam fəallarının demokratiya qurmaq iddiası Əzrailin uşaq paylaması haqqında lətifəni xatırladır…

Bunəqədi polisini, Nərimanov məhkəməsini, Kürdəxanı türməsini müsəlman İranın dar ağaclarına dəyişmək arzusu nə dərəcədə rasionaldır?

Abid Qafarovun arzuladığı «əxlaqi dövlət» yaransa, dar ağacları hökmən olacaq. Necə ki, İranda, Əfqanıstanda, Pakistanda var. Rafiq Tağını şiə qoçular bıçaqlayıb öldürəndə Hacı Tale Bağırzadə məsciddə sevinclə elan edirdi ki, «Rafiq Tağı cəhənnəmə vasil oldu». Məscid əhli «ləbbeyk» deyirdi. (https://xeyrulla.com/2016/05/06/haci-tale-bagirzad%C9%99-c%C9%99h%C9%99nn%C9%99m%C9%99-vasil-olmus-rafiq-tagi/
Abiq Qafarovu Tale Bağırzadəni qınamışdı?

Demokratiya və İslam bir araya sığan şeylər deyil. Demokratiya – prosedurdur. İslam isə heç bir prosedur tanımır. İslamın Konstitusiyası Qurandır. Quran həm Konstitusiyadır, həm cinayət məcəlləsidir, həm mülki məcəllə. Demokratiya seçmək və seçilə bilməkdir, bütün insanlar bərabərdir, hər kəsin bir səsi var. Quranla tanış olanlar bilirlər ki, İslam qadını kişiyə bərabər saymır, hətta vərəsəlikdə də qadın kişi ilə bərabər deyil. Dörd arvad ala bilən kişi qadınla bərabərdirmi?  Quranın cinayət məcəlləsi olan hissəsi qisas buyurur, oğurluq edənin əlini kəsməyi buyurur. Quran buyurur ki, ər vaxtaşırı arvadı kötəkləsin. Avropa demokratiyasının mərkəzlərindən biri, anqlo-sakson hüquq sisteminin beşiyi olan ölkədə oturan Qurban Məmmədli nə istədiyini özü bilirmi? Və ya özü çoxdan dolaşıb, ona etibar edənləri də dolaşdırır?

İslam yarandığı gündən dini təlim olmaqla bərabər dövlət ideologiyası olub. Quranıdakı bir sözü belə dəyişməyi mümkün saymayan insan ancaq müsəlman dövləti arzulaya bilər. İslam dövlətinin nə və necə olduğunu isə İranda, Əfqanıstanda görürük. Dini dövlət isə — fəlakətdir, insana doğuluşdan məxsus azadlıqdan mərhum olması deməkdsir. Abid Qafarov da, Qurban Məmmədli də bunu görürlər. Ancaq sadəlövh insanların beynində və qəlbində xaos yaratmaqda davam edirlər.

Geydiyi virtual moizəçi əbasında Qurban Məmmədli elə havalanır ki, çatda onun fikrinə ürkək şəkildə də olsa etiraz edənləri aqressiv formada təhqir edir, onları «rejimin nökəri» adlandırır. Belə bir adam yüksək vəzifə başında özünü necə aparar? Ağanəzərəm, Ağanəzər…

Qurban Məmmədli başa düşmür ki, müsəlman əbası geyməklə, dini ritorikanı silaha çevirməklə on minlərlə, bəlkə yüz minlərlə potensial həmfikrini özündən narazı və hətta qaçaq salır. Qurban Məmmədli müasir Azərbaycan cəmiyyətini yaxşı tanıyırmı? Gənclərin, gəncliyin dinlə münasibəti barədə sosial tədqiqatlara əsaslanan təsəvvürü varmı? Mənə elə gəlir ki, yoxdur. Qurban Məmmədlinin auditoriyasının əsas hissəsi azsavadlı insanlardır, bunu yazılan şərhlərdən görmək olar. Bu, faktdır və Qurban Məmmədlinin öz abunəçiləri barədə bol tərifləri onu inkar edə bilməz. O ki qaldı xaricdəki, əsasən Rusiyadakı azərbaycanlılara, onların (yaşlılarının) arasında müasir təhsilli, demokratik baxışlı insanlar tapmaq çətindir. Gənclərin əksəriyyəti isə ya tamam, ya qismən ruslaşıb, Azərbaycan siyasəti ilə maraqlananlar yox kimidir, onlar üçün Azərbaycan müasir kefxanaları, geniş çeşidli əyləncələri olan Bakıdır…

Gördüyü işi son vaxtlar izləyib tənqidi, hərdən isə çox tənqidi yanaşdığım Tural Sadıqlının izləyicilərinin sayı Q. Məmmədlinin abunəçilərinin sayından 5 (beş!) dəfə çoxdur. Sabah Tural da mollalığa başlasa, izləyicilərinin yarısı qaçmazmı?

Abid Qafarov hardadır? İranda? Əfqanıstanda? Səudiyyə Ərəbistanında?

Təsadüfən, lövbərini Avropada atmayıb ki?

X.X.

11. 03. 2024, Samara

P.S. Abid Qafarovun Qafqaz müzəlmanları idarəsinin korrupsioner və lotu rəhbərliyinə qarşı haçansa çıxış etdiyini bilən varmı?

X.X.

P,S,S. Maraqlananlar üçün Tale Bağırzadınin dedikləri:

“And olsun Allaha, İmam-Zaman gəlsə, Bu gün Yəmən hazırdır ağanı qəbul eləməyə!”

“Bu gün İran İslam Respublikası Başda Rəhbərimiz ayatulla Xamanei olmaqla hazırdır ağanı qəbul eləməyə!”

“Bu gün Azərbaycanda o şəraiti yaratmışıq  ki, İmam-zaman təşrif gətirsin bura?”

“O şərait yaranmalıdır Azərbaycanda. O ruhiyyə yaranmalıdır ki, imam zaman təşrif gətirsin bura!”

“Şükür olsun ki, bu ruhiyyə bu kənddə var”.

“Bu ruhiyyə bu kəndlə məhdudlaşmamalıdır”

“2002-ci il deyil ki Nardaranda təkbaşına mübarizə aparsın”.

“Kəndlərimizdə çoxlu Hüseyn təfəkkürlü gənclərimiz var!”

“Ağanın gəlişinə hazırlaşmağın çoxdan vaxtıdır!”

«CƏBHƏ»ÇİLƏR DƏ AZƏRBAYCANI «İMAM-ZAMAN»IN GƏLİŞİNƏ HAZIRLAYIRLAR?

ANNA AXMATOVA. «SÜKUTDUR HƏMİŞƏ YALNIZ HAY VERƏN…»

Anna_Axmatova

Haçan çağırıram adəti üzrə,

Əziz adlarını dostlarımın mən,

Cavab gözləyirəm mən hədər yerə,

Sükutdur həmişə yalnız hay verən.

1943

 

Когда я называю по привычке
Моих друзей заветных имена,
Всегда на этой странной перекличке
Мне отвечает только тишина.

+++++++++++++++++++++++

 

Qəlbin ki zəngindir – təkrar eləmə,

Haçansa və kimsə deyəni heç vaxt.

Poeziya, ola bilər ki, amma,
Özü bir sitatdır – möhtəşəm sitat.
1956

Не повторяй — душа твоя богата —
Того, что было сказано когда-то,
Но, может быть, поэзия сама —
Одна великолепная цитата.

 ruscadan tərcümə

10. 03. 2024, Samara