Архив тегов | Əbdürrəhim bəy haqverdiyev

RAMİZ MEHDİYEV RUS OLACAQ…

Əbdürrəhim bəy Haqverdiyevim gözəl bir əhvalatı var.

 Bir kənddə rus böyüklərindən biri iki kəndlini atın quyruğuna bağladıb sürütdürür.  Sonra kənd camaatı eşidir ki, elə o hadisənin səhəri günü kəndin bəyi o rusla oturub yeyib-içib. Kəndlilər söz qoyurlar ki, bəyə bayquş elan eləsinlər, yəni boykot. Bəyə ot satmırlar, ət-yağ satmırlar… Bəy bir az ehtiyatından yeyir, deyir ki, tüpürürəm sizin bayquşunuza. Ehtiyat tükənəndə bəyin vəziyyəti ağırlaşır. Çıxır bir damın üstünə, camaatı çağırırı ki, bəs, sizə sözüm var. Camaat əvvəlcə qulaq asmaq istəmir, ağsaqqallar deyirlər ki, gəlin görək bu qurumsaq nə deyir. Bəy deyir ki, camaat, bu bayquşu mənim üstümdən götürün, götürməsəniz, gedib, urus olacam. Camaat deyinir ki, bəs cəhənnəmə ol, gora ol. Ağsaqqallar yenə qarışıb deyirlər ki, bayquşu götürsək yaxşıdır, çünki bu, müsəlman idi, başımıza oyun gətirirdi, görün urus olsa, bizə nə qan uddurar…

İndi də Ramiz Mehdiyev. Deyir ki, dönüb urus olacaq. O da, ondan yuxarıdakılar da, yanındakılar da. İndi görün bundan sonra bunlar camaata nə toy tutacaqlar…

ЛОШАДЬ