
Ümumilikdə Məhəmmədin on bir arvadı olduğu deyilir. İyirnmi beş yaşı olanda Xədicəyə evlənib. Xədicənin Məhəmmədə ərə getdiyi vaxt neçə yaşında olduğu dəqiq bilinmir, 28-dən 41-ə qədər müxtəlif rəqəmlər göstərilir.
Xədicə 519-cu ildə ölüb. Bundan sonra Məhəmməd on arvad alıb. Bunlardan başqa, Reyhanə bint Zeyd və Mariyya bint Şamun da var ki, onların statusu mübahisəlidir, islam ilahiyyatçıları bu iki qadının Məhəmmədin kəbinli arvadı ya onun cariyəsi olduqları barədə vahid fikrə gələ bilmirlər. Ayişəni çıxmaqla, bütün bu arvadlar Məhhəmmədə gedənə qədər ya dul, ya boşanmış olublar. Geniş yayılmış fikir belədir ki, Məhəmmədim yeddi bioloji övladı (üç oğlan, dörd qız) 598-ci ildən 611 ya 615-ci ilə qədər Xədicədən olub. 630-cu ildə Mariyya Məhəmmədə oğlan doğub, ancaq o da Məhəmmədin bütün oğlan övladları kimi körpəliyində ölüb.
Peyğəmbərin məsləkdaşlarından olan Ənas ibn Malik danışırmış ki, Məhəmməd arvadlarının yanına növbə ilə girirmiş. Ondan soruşurlar: “Buna peyğəmbərin gücü çatırdımı?” Ənas cavab verir: “Biz deyə bilərik ki, Məhəmmədə otuz kişinin gücü verilmişdi”. (Səhih əl Buxari).
Ramla bint Əbu Sufyan ibn Hərb Məhəmmədim arvadlarının ümumi siyahısında doqquzuncudur, ancaq buna qədər peyğəmbərini iki arvadının öldüyü nəzərə alınsa, yeddincidir. Doğum tarixi 589 ya 595-ci il kimi göstərilir. Daha çox kunyası ilə, yəni ilk oğlan övladına görə verilən adıyla, yəni Ümm Həbibə kimi tanınır.
Ümm Həbibə Əbu Süfyan ibn Hərb və Səfiyyə bint Abi əl Əsin qızıdır. Abi Süfyan Üməyyə klanının başçısı və 624-630-cu illərdə Məhəmmədin ən güclü opponenti olub. Sonralar İslamı qəbul etmiş və müsəlmanların tərəfində vuruşmuşdur. 1-ci Müaviyə Ramlanın atabir qardaşı, üçüncü səlif Osman xalası oğlu idi.
Ramlanın birinci əri Ubayd Allah ibn Cəhş, yəni əvvəl Məhəmmədin oğulluğunun, sonra özünün arvadı olmuş Zeynəb bint Cəhşin qardaşı idi.
(Belə çıxır ki, peyğəmbər həm oğulluğunun arvadını alıb, həm də qaynının arvadını? Bəlkə mən səhv başa düşdüm?)
Ubayd Allah İslamı ilk qəbul edənlərdən olub və Qureyşilərin düşmənçiliyindən qaçaraq Həbəşistana köçüb, burda Həbibə adlı qızı doğulub. Ubayd Həbəşistanda xristianlığı qəbul edir, Ramla isə müsəlmanlığından dönmür. Buna görə onlar ayrılırlar.
Gözləmə müddəti bitən gün Məhəmməd Ramlaya elçi göndərir. Toy mərasimi 628-ci ildə Həbəşistanda olur, ancaq Məhəmməd özü iştirak etmir. Ramla Məhəmmədə yaxın olan Xalid ibn Səidi mərasim üçün qanuni qəyyum seçir.Həbəşistan kralı Nequs guya özü xütbə oxuyur, Xalid ibn Səid buna cavab olaraq nitq deyir. Nequs Xalidə 400 dinar verir və toydan sonra bayram şənliyi düzəldir…
Məhəmmədin Ramlaya Hicrdən bir sonra evləndiyini iddia edənlər var.
Ümm Həbibə Mədinədə yaşayan vaxtlar atası Əbu Süfyanın ona qonaq gəldiyi barədə rəvayət var. “O, içəri girən girib nəbinin xalçasına sarı gedəndə qızı xalçanı bükür ki, o otura bilməsin. “Əziz qızım, — o deyir, — çətin ağlıma gələrdi ki, sən fikirləşəsən xalça mənə layiq deyil ya mən xalçaya layiq deyiləm!” Qızı cavab verir: “Bu, nəbinin xalçasıdır, sən isə natəmiz bütpərəstsən. Mən istəmirənm ki, sən nəbinin xalçasında oturasan”. “Allaha and olsun, — atası deyir, — mənim evimdən gedəndən sən xarab olmusan”…
Bütpərəstlik natəmizlikdir? Bəs bir ildə ikisini alıb arvadların sayını ondan aşırmaq yaxşıdır?
Məhəmməd 630-cu ildə Məkkəni ələ keçirın vaxt şəhərin təhvil verilməsində Əbu Süfyanın əsas rol oynadığı deyilir. O, başqa qureşi liderləri ilə birlikdə təhlükəsizlik təminatı alaraq təslim olur. Yəqin ki, o vaxt da islamı qəbul edir. Hunayn döyüşündə o artıq müsəlmanların tərəfində vuruşur . Gözünü itirir və könlünü almaq üçün qənimətin nisbətən yüksək faizi ilə mükafatlanır və Nəcranın valisi təyin edilir…
(ingilis Vikipediyasının materialları əsasında)
X.X.
14-15. 11. 2024, Samara