Не искушай меня без нужды
Возвратом нежности твоей…
Məni oyatma sən hədər yerə, gəl,
Salıb işə o keçmiş işvələri.
Bütün əfsunları qaytarsan əgər,
Bir yol aldanmişa olmaz əsəri.
Yox inam əhdinə, ilqarına da,
Qalmayıb eşqə daha məndə inam.
Qapılmaram daha boş xülyalara,
Aldanıb onları gerçək də sanam.
Bir də dərd qoyma dərdimin üstə,
Nə bircə sözlə ötən dəmləri an.
Qayğıkeş dost! Nə gərəkdir xəstə,
İncisin, qəlbinə dolsun həyəcan.
Unut, unut ötən xəyalları, bil,
Yatıram, ah, nə şirindir uyumaq…
İndi qəlbimdə daha sevgi deyil,
Bir təlatüm oyadarsan ancaq.
1821