Архив тегов | Ələkbər Tağıyev

ZEYNƏB XANLAROVA. KİŞİ QIZI 4

Üstündən qadağan götürüləndən sonra Zeynəb Xanlrova müğənilik fəaliyyətini əvvəlki qaydada davam etdirdi, bir fərqlə ki, o daha Ələkbər Tağıyevin mahnıların oxumurdu. Prokuror bəstəkarın mahnılarının indi yeni ifaçısı vardı: Nisə Qasımova. Nisəni, indi dəbdə olan ifadədən istifadə etsək, “kaslıblar üçün Zeynb Xanlarova” da adlandlrmq olardı, bu müğənnidə orijinal heç nə yox idi. O ki qaldı Zeynəbin özünə, məcburi fasilə dövründə onun səsi xarablaşmışdı. Əslində Zeynəb xanımın yaxşı səsi 60—cı illərdə olub, keyfiyyətli studiya yazıları da o dövrə aiddir, indi You Tube-a qoyulmuş yazıların əksəriyyətinə qulaq asmaq mümkün deyil – mahnılrın musiqi mterialı keyfiyyətsizdir, müğənninin səsi xarabdır və açıq-aşkar xaric oxuyur. Ancaq Heydər Əliyev tərəfindən bağışlanmış müğənni xanım səhnəyə ikiqat expresssiya ilə qayıtdı və bu expressiya bir tərəfdən musiqi ifaçılığını üstələyən, digər tərəfdən səsin keyfiyyətsizliyini ört-basdır etməyə çalışan aqressiyaya çevrilirdi. Səhnədə atılıb düşməklə, parlaq paltarlarla, mahnılar arasında vətənpərvər ritorika ilə səhnəydən tamaşaçılara müraciətlə Zeynəb Xanlarova xoşbəxt həyat və işıqlı perspektivlər illyziyası yaradırdı: səhnədəki belə karnavaldan sonra kim şübhə edərdi ki, ölkədə həyat pisdir?

Ələkbər Tağıyev 1981-ci ildə ölüb, 59 yaşında. Zeynəb xanımla bağlı kriminal əhvalat (şayiələrə görə) nə dərəcədə onun ölümünü yaxınlaşdırıb, demək çətindir. Yazırlar ki, 200-dən çox mahnısı var. Güman edirəm ki, bunlardan ən azı beşi yüksək keyfiyyətli musuqi əsəridir ki, bu özü peşəkar bəstəkarlar üçün də az deyil. Və bu mənada cənab Tağıyev öz xalqının minnətdarlığına layiqdir. Və Ələkbər Tağıyevin yaradıcılığın yaxşı dövrü əllinci illərin axırında və 60-cı illərdə olub – o vaxt Azərbaycanda hələ Əliyev və Əliyev antiestetikası hökmranlıq eləmirdi. İndi az adam fikirləşir ki, Əliyevə qədər Tofiq Quliyev olub, Rəşid Behbudov olub, Müslim Maqomayev olub, “Qaya” olub, Flora Kərimova olub, Əli Kərim olub, Hökumə Qurbanova olub, “Neftçi” SSRİ çempionatında bürünc medal alıb…

80-ci illərin əvvəllərində mənim elmi rəhbərim mərhum Xalıq Koroğlu Bakı alimlərinin süni şəkildə 12-ci əsi Azərbaycan ədəbiyyatını Avropa İntibahı fenomeninə bağlamaq cəhdlərinə gülərək deyirdi: şair hökmdara müraciət edərək deyir ki, mən sənin qapının itiyəm. Yaradıcı insanla  hökmdar arasında bu cür kölə-ağa münasibəti halında hansı İntibahdan danışmq olar?

Eləcə də Zeynəb Xalarovanın özünü “kişi qızı” adlandırmağı gülməlidir. Səhnədə döşlərini ata-ata “Partiymın eşqilə sən, Güləcəksən hər bir zaman, Azərbaycan, Azərbaycn”, oxuyan adamın özünü “kişi qızı” adlandırmağa haqqı varmı? Ümumiyytələ, o dövrdə yaşamış və fəaliyyətini  Əliyevin Moskvada şərəfləməsinə hərsr etmiş hansı sənətkar özünü “kişi oğlu” y “kişi qızı” adlandıra bilər? Onların hansının tarla gözətçisindən tutmuş raykom katibinə qədər bütün hakimiyyrət nümayəndələrinin tapdağı altında olan xalqdan xəbəri vardı?

Bəxriyar Vahabzadə (1980-cı il) deyirdi ki, Əliyevin azərbaycanlı qocaları Brejnevin qabağında oynatmağı onu dəhşətə gətirir. “Yaxşı, sizi yığıb gətiriblər Brejnevin pişvazına, boynunuza lent atıblar. Daha oynamaq niyə?”

Azərbaycanlıların qocalı-cavanlı rusların qabağında yallı getməyini Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekəyəsində yaxşı təsvir edib. Əliyevə təzə ssenari yazmaq lazım deyildi… ancaq qəribə burasıdır ki, deyilənlərə görə, Bəxtiyar Vahabzadə özü də qoca vaxtında oynayırmış. Əliyevin qabağında…

 

 

ZEYNƏB XANLAROVA. KİŞİ QIZI 2

Sonrakı şayiələrlə Zeynəb Xanlarovanın ölüm xəbəri gəldi, özü də deyirdilər ki, xəstəlikdən ölməyib, “iksus” içib özünü öldürüb…

Biz azərbaycanlıların sirkə turşusunu niyə rusca adlandırmağımız aydındır, o vaxt Rusiyadan gələn malların çoxunun adları təhrif olunmuş şəkildə rusca deyilirdi. Ancaq bizim adamların “uksus” yox, “iksus” deməyi təəccüblüdür, çünki, “uksus” bizim ahəng qanununa uyğundur, “iksus”da isə incə saitdən sonra qalın, özü də dodaqlanan sait gəlir…Mənim yanımda Rusiyada satıcıdan “iksus” soruşublar və  soruşanın azərbaycanlı olduğunu səhvsiz bilmişəm…

Hə, nədənsə o vaxtlar kəndə tanınmış müğənnilərin ölüm xəbəri gəlirdi. İntihar – ölüm səbəblərindən birincisiydi. Zeynəb xanımın niyə “iksus” içdiyi barədə danışıqlar çox idi. Bu danışıqlarda Ələkbər Tağıyevin adı çəkilirdi. Çünki Zeynəb xanım “Qonşu qız” mahnısıyla tanınan gündən söhbət gəzirdi ki, müğənni xanım Ələkbər Tağıyevin “adamıdır”, “adamıdır” sözü isə, məlum olduğu kimi, bizim abır-həyalı azərbaycanlıların dilində “məşuqə” “oynaş” deməkdir…

Ümumiyyətlə, Azərbaycanda yalnız kommunust ya komsomol qəzetlərinin çıxdığı vaxtda insanlar sevimli artistlərin şəxsi həyatından bütün bildikləri şaiyələrdən ibarət idi. Bu şayiələri kimin birinci uydurmağı və necə sürətlə yayılmağı sirdir. İnsanlara sevgi tarixləri, sevgi intruqaları lazım idi və cəmi iki dəfə televiziyada görünən müğənni şifahi “leyliməcnun”un qəhrəmanına çevrilirdi. Əlbəttə, musiqiçilərin həyatı barəsində gedən söhbətlərin bir qismində həqiqət payı da vardı. Çünki by artistlər adi insan həyatı yaşayırdılar, onların qonşuları vardı, ünsiyyətdə olduqları adamlar vardı, bir də ki, o vaxt qapalı qəsrlər də yox idi və adi insanlarla “yarlmallahlar” bir-birlərini  bazarda, poliklinikada, nəqliyattda da görə bilərdilər. Zeynəb Xanlarovanın cavan qız vaxtından Ələkbər Tağıyevin məşuqəsi olduğuna mənim heç bir sübutim yoxdur, mən uşaq vaxtı camaatın ağzından eşitdiklərimi xatırlayıram. Ancaq şifahi Xanlarova-Tağıyev dastanı elə düyünlərlə inkişaf edirdi ki, onun uydurma olduğunu güman etmək çətindir… Bəlkə də Zeynəbin efirdən itməyi 1972-ci ildə olub və ən azı il yarım davam edid. Müxtəlif şayiələri bir yerə yığsaq. sonralar kriminala və detektivə çevrilmiş bu sənət və eşq ittifaqının inkişafını və qalmaqallı iflasını təxminən bu cür ifadə etmək olar:

Əlbəttə, yenə deilənlərə görə, prokuror Ələkbər Tağıyevlə Bakı rayonlarının, deyəsən, Abşeron rayonunun, rəhbəri arasında ədavət yaranır. Bəstəkarın tapşırığı ilə Zeynəb Xanlarova  həmin məmurla tanışlıq qurur, sonra bu tanışlıq intim yaxınlığa çevrilir. Şayiələrə görə, Zeynəb xanım çarpayının altına maqnitafon qoyurmuş və məmurla aralırında olanların səsli hissəsini yazırmış. Sonra guya Ələkbər Tağıyev maqnitafon yazısıyla başlayıb məmuru şantaja…Qalmaqal çatır Heydər Əliyevin qulağına və o da “eşq” üçbucağının hər üç tərəfini cəzalandırır. Abşeron (ya da ayrı rayon) rəhbərinin başına nə gəldiyini deyə bilmərəm. Ancaq Ələkbər Tağıyev və Zeynəb Xanlarova təxminən il yarıma (mən, əlbəttə, səhv edə bilərəm) qadağan altında qaldılar. Bu qadağanı Heydər Əliyevin necə götürdüyünü, hansı mülahizələrlə götürdüyünü dəqiq demək çətindir. Ancaq Heydər Əliyev ustedadlı olanı istedadlı olmayandan ayırmağı bacarırdı. Və öz janrlarında Ələkbər Tağıyevin və Zeynəb Xanlarovanın bərabərləri yox idi. Bir də ki, Heydər Əliyev onları niyə bağışlamayaydı ki? Bu iki sənətkarın “çarpayı” əməliyyatı əsil KGB üslubunda həyata keçirilmişdi və bu da Heydər Əliyevdə, ola bilsin ki, rəğbət də doğura bilərdi…