Архив тегов | Əli Həsənov qaçqınkom

MOLLA NƏSRƏDDİN ƏLİ HƏSƏNOVA: MƏNİM EŞŞƏYİM SƏNİN NƏVƏNDƏN MƏRİFƏTLİDİR

Günlərin bir günü Molla Nəsrəddin düşür qaçqınkom Əli Həsənovun qəbuluna. Salam verib deyir:

  • Ağa, bir az kasıblıq üz verib, eşşəyin arpası qurtarıb, arvad da dükana borcludur. Yüz-yüz əlli manat yazıb qol çəksəydin, sənə çox duaçı olardıq.

Əli Həsənov elə oturduğu yerdən Mollaya acıqlı-acıqlı baxıb deyir:

  • Molla, sən qaçqınsan?
  • Yox, qadan qalım, qaçqın deyiləm.
  • Bəlkə köçgünsən?
  • Qadan alım, köçgün də deyiləm.

Bunu eşidəndə Əli Həsənov yerində bir az dikəlir.

  • A kişi, qaçqın deyilsən, köçgün deyilsən, bəs utanmırsan məndən pul istəyirsən? Mən götürüm yazıq qaçqınların, köçgünlərin pulunu verim sənə ki, yedirdəsən eşşəyinə?

Mollla deyir:

  • Ağa, indi mənim də sənə sualım var. Sən qaçqınsan?
  • Allah eləməsin, qaçqın deyiləm.
  • Bəlkə köçgünsən?
  • Köçgün də deyiləm, molla, sözünün canını de.
  • Yaxşı, sən qaçqın deyilsən, köçgün deyilsən, bəs niyə qaçqınların, köçgünlərin milyonlarını oğurlayıb balalarına, nəvələrinə xərcləyirsən? Cənab Həsənov, mənim eşşəyim heyvan olsa da, indiyəcən bir adama təpik də atmayıb, sənin nəvəndən min dəfə mərifətlidir…

Mirzə ƏLİL

QOHUMLARI PREZİDENTƏ MƏKTUB YAZARAQ NAİL ALLAHVERDİYEVDƏN İMTİNA EDİBLƏR

Nail Allahverdiyevin ailə üzvləri, yaxın və uzaq qohumları möhtərəm və möhtəşəm prezident İlham Əliyevə məktub yazaraq Naildən imtina etdklərini bildirmişlər. Məktubda deyilir:
“Möhtrəm və möhtəşəm prezident! Nail Allahverdiyev törətdiyi cinayətlə sizin daxili və xarici siyasətinizə, kadr siyasətinizə, yol-nəqliyyat siyasətinizə, qaçqın və köçkün siyasətinizə, işqal siyasətinizə kölgə salmışdır. Ona görə də biz kollektiv şəkildə Nail Allahverdiyevdən imtina edirik və hər birimiz deyirik:

Nail mənim heç zadım,

Basım suya isladım!”

Məktubu 159 adanm imzalamışdır və daha çox imza yığılacağı gözlənilir, çünki indiyəcən Nail Allahverdiyevlə qohum olduqlarını bilməyən çoxlu vətəndaş aşkara çıxıb.

Yeri gəlmişkən, Morderator.az saytının yazdığınıa görə adının çəkilməsini istəməyən xüsusi xidmət əməkdaşı bildirib ki, Nail Allahverdiyev erməni casusu olub və Yerevandan tapşırıq alıb ki, qabağına çıxan türkü vurub öldürsün. “Sən vur, biz sənə nə qədər istəyirsən Gelandewagen alarıq”, bunu güya Nailə onun erməni kuratoru deyib.

Mirzə ƏLİL

NAİL ALLAHVERDİYEV ERMƏNİ ORDENİ İLƏ TƏLTİF EDİLİB

allahverdiyev.jpeg

Ermənistan prezidenti Serj Sarqsyan Azərbaycan vətəndaşı Nail Allahverdiyevi iki azərbaycnlını öldürdüyünə və iki türkü ağır yaraladığına görə “Müqəddəs Mamikonyan ordeni” ilə təltif edib. Türklər xəstəxanada keçinsələr, Allahverdiyevə Ermənistanın milli qəhrəmanı adı veriləcək.