
4-cü surənin 43(46)-cı ayəsində möminlərə müraciətlə deyilir ki, sərxoş halda, nə danışdığınızı başa düşməyənə qədər namaz qılmayın (namaza yaxın durmayın).
Sonra deyilir ki, əgər ayaqyolundan gəlmisiniuzsə ya qadınla yaxın olmusunuzsa və su tapmırsınızsa, tayammum edin, yəni özünüzü qumla təmizləyin.
Bunu guya Allah namaz qılmağa hazırlaşan müsəlmana deyir. Yaxşı, sərxoşu başa düşdük. Deyək ki, bu ayə spirtli iççkiyə qəti qadağan qoyulandan sonra gəllib. Ayaqyolunu da başa düşmək olar – hər bir müsəlmanın başına gələ bilər, yəni namaz ərəfəsində qarınağrısı tutar. Ancaq namazına beş-on dəqiqə qalmış müsəlman hansı zərurətdən arvadla sevişməlidir? Özü də bilə-bilə ki, su yoxdur! Belə çıxır ki, Allah ehtirasları beyinlərini dağıdan ərəblərin nazı ilə oynayır?
Arvadla sevişəndən sonra ayıb yerlərini qumla sürtən müsəlman təmizə çıxarmı? Belə adama kim əl vermək, onunla bir süfrədə oturmaq istəyər?
Və bu cür çox qəribə tövsiyəni Allahın adına yazmaq Tanrını alçaltmaq, aşağılamaq deyilmi? Baxıin: yeri, göyü, günəşi, ayı, onlardan o yana nə varsa hər şeyi yaratmış Allahı, evində bir damcı suyu olmayan, namazdan qabaq qızışıb arvadının ya kənizinin üstünnə atılan müsəlmana gigiyena məsləhətləri verəcək dərəcədə endirmək, onu intim mövzuda şou aparan həkimlərə bənzətmək ayıb deyilmi?
Yaxşı, deyək ki, Allah bu cür qızğın ərəblərin intim həyatını xüsusi nəzarətə götürüb. Elədirsə, onu niyə su ilə təchiz eləmir? Axı yox yerdən su çıxarmaq Allah üçün su kimi asandır. Allah üçün hər şey asandır!
2-ci surə, 60-cı ayədə Musa öz tayfası üçün su istəyəndə Allah deyir ki, ağacını qayaya vur. Və qayadan on iki bulaq açılır.
O bulaqlardan birini Allah niyə o dəstəmaz suyu tapmayan ərəb üçün açmırdı?
Mən şübhə etmirəm ki, tayammum kimi söhbətlərin ilahi mənşəyi yoxdur, bunu peyğəmbər, mənsub olduğu tayfada gigiyeniyanın nə vəziyyətdə olduğunu gözəl bilərək öz tərəfdaşlarına, əsgərlərinə buyurub. Və bu tövsiyəni pozulmaz qanun normasına çevirmək üçün onu Alllahın adı ilə bağlayıb.Və əsrlərlə bilavasitə seksual həyatla bağlı bu ayələr İslam ruhaniləri üçün ən sevimli mövzulardır, onlar saatlarla yorulmadan bu barədə danışır, danışdıqca qızışırlar…
Auditoriya da qızır və qızışır…
Bu söhbətlərdən sonra qılınan namazın nə faydası?
X.X.
19. 03. 2024, Samara
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَقْرَبُواْ الصَّلاَةَ وَأَنتُمْ سُكَارَى حَتَّىَ تَعْلَمُواْ مَا تَقُولُونَ وَلاَ جُنُبًا إِلاَّ عَابِرِي سَبِيلٍ حَتَّىَ تَغْتَسِلُواْ وَإِن كُنتُم مَّرْضَى أَوْ عَلَى سَفَرٍ أَوْ جَاء أَحَدٌ مِّنكُم مِّن الْغَآئِطِ أَوْ لاَمَسْتُمُ النِّسَاء فَلَمْ تَجِدُواْ مَاء فَتَيَمَّمُواْ صَعِيدًا طَيِّبًا فَامْسَحُواْ بِوُجُوهِكُمْ وَأَيْدِيكُمْ إِنَّ اللّهَ كَانَ عَفُوًّا غَفُورًا