Архив тегов | ərəb turistləri Bakıda

MÜƏLLİFİN ADI ƏRƏB ADIDIR, QANININ DA YARISI YƏQİN ƏRƏB QANI…

“Milli.az portalında Cəlil Cavanşir adlı müəllifin “Şahqulunun gətirdiyi bayquş, sevmədiyimiz ərəb turistlər” yazısını təsadüfən oxudum. Şərh yazdım, şərhim nəşr olunmadı. Ona görə öz bloquma qoyuram.

Bu yazının müəllifinin hə həmçinin onu nəşr edənlərin yeri türmədir. Çünki irqi zmində təhqir üçün Azərbaycan CM-nin 283-cü maddəsi cinayət məsuliyyəti nəzərdə tutur.

Cahil insanın qələmindən çıxmış bu yazı heyvani nifrrətlə diludur.

Ondan başlayaq ki, “ərəb xalqı” mövcud deyil, müxtəlif ərəb xalqları var. Və mpvcud olmayan “ərəb xalqının” “dünyaya qorxu saçması” yazı müəllifinin məhdud fantaziyasının məhjsuludur.

“Xalqımız bu qədər ərəbin paytaxtımıza, bölgələrimizə daraşmasından narahatdır”.

Xalqın narahatlığını cənab Cavanşir hardan bilir? Referendum keçirilib? Xalq polisdən, məhkəmədən, məmurdan, qumarxanalardan, fahişəxanalardan narahat deyil, bir dəstə turistdən narahatdır?

 

“Başkəsən, terrorçu kimi tanıdığımız ərəblərlə rastlaşmaq bizlərdə istər-istəməz diskomfort yaradır”.

Əgər Azərbaycanda qanuin olsaydı, bu cümləni yazmış adam məqalə çıxandan bir neçə saat əllləri qandallı “meymun qəfəsinə” salınardı.

 

“1374 il əvvəl üstümüzə qılıncla gəlib torpağımızı işğal edib, mədəniyyətimizə divan tutan ərəblər…”

 

1374 il əvvəl cənab Cavanşirin hansı mədəniyyəti olub? Olubsa, qoysun ortaya – kitablarını, məbədlərini, şəhər memarlığını. Yazımız, kitabımız, şəhərlərimiz ərəblərdən sonra yaranmayıbmı?

 

Sonda – yazı müəllifi ərəb adı daşıyır, yəni onun heç öz adı da yoxdur, onda qalmış mədəniyyərt ola… Qanının da yəqn xeyli hissəsi ərəb qanıdır. Şübhəniz olmasın…