Əliyev: Ramil, təzə nə xəbər var?
Usubov: Ağcabədidə yüngül bir etiraz olub. Bahalıqdan narazıdırlar.
Əliyev. Ramil, Ermənistandan bahalıq milli problemdir.
Usubov: Zat-aliləri, ağcabədililər bizdəki bahalıqdan narazıdırlar.
Əliyev: Ramil, Ağcabədi ermənilərdə deyil?
Usubov: Möhtərəm prezident, Ağcadədi bizdədir.
Əliyev: Yəni deyirsən biz onu ermənilərdən almışıq? Mənə bəs niyə məruzə eləməmisiz?
Usubov: Zat-aliləri, Ağcabədi elə həmişə bizdə olub…
Əliyev: Ramil, mən indiyəcən elə bilirdim Ağcabədi ermənilərdədir, sən öl. Səhv eləmirsən ki?
Usubov: Zat aliləri, beş yüz faiz arxayınam.
Əliyev: Orda milli öndərin heykəli var?
Usubov: Orda milli öndərin çox heykəli var. Hamısı da biri digərindən göyçək.
Əliyev: Heydər parkı da var?
Usubov: Zat-aliləri, Ağcabədidə camaatın üzüm bağlarına da öndərin adı verilib…
Əliyev: İnternetdə gərək baxam…Deyirsən narazılıqları var?
Usubov: Bir balaca…
Əliyev: Nədən narazıdırlar? Bayraq meydanı var orda?
Usubov: Var, zat-aliləri.
Əliyev: Ramil, sən öl, bu ağcabədililər yəqin Ermənistandakı bahalıqdan narazıdırlar. Ürəkləri yanır. Mən özüm Serjlə görüşəndə ürəyim kabab olur. Sən öl, Ramil, rəngi kül kimidir…
26.01.2014