Архив тегов | ailə haqqında

ROBERT BERNS. NƏDİR AXI GÜNAHIM…

Robert Burns

1.

Varmı bir günahım? Günahım nədir?

Nədir suçum? Məni axı özü çağırdı!

Gəl, sağım yeinə gedək deyirdi,

Üzümə baxaraq yol qırağında.

Görəndə yox məndə bu işə cürət,

Gözümün içinə qorxağam dedi.

Bu halda nə Kilsə, nə də ki, Dövlət,
Hirsimi yatırda bilərdi indi.

2.

İtələyib güclə saldı  içəri,

Buyurdu olmasın gərək səs-səmir.

Dedi qaraqabaq və çox sərt əri,

Yoxdur evdə, uzaq bir səfərdədir.

Mən onu öpərək əzizləyərkən,

Matah tamahında olmuşam deyən,

Yerimdə olasan özün gərək sən,
Onda deyərsən ki, günahkaram mən.

3.

Bəlkə düşünərək bu iş ayıbdır,

Onu rədd edəydim qətiyyətlə mən?

O halda bəs şübhə yaranmazdımı,

Xalq içində mənim kişiliyimdən?

Tutub saçlarından sürüyür əri,

Üzünü göyərdir, həm də qanadır,

Əgər belə bir ev uzağa gedir,
Sizcə, neyləməli onun arvadı?

4.

Tünd göy gözlərini sildim onun mən,

Və lənət də dedim zalım alçağa,

Unuda bilmərəm ölən günəcən,

Necə şirin idi onun dodağı.

 Bazar ertəsində başladı bu iş,
Çıxdım ikinci gün mən ancaq ordan,

Gedirdim ki, vuram içim yanmamış,

Villinin yanında doyunca konyak.

 

ingiliscədən tərcümə

15-16.07. 2024, Samara

++++++++++++++

ROBERT BURNS

Had I The Wyte.


1.
Had I the wyte? had I the wyte?
Had I the wyte? she bade me!
She watch’d me by the hie-gate side,
And up the loan she shaw’d me;
And when I wadna venture in,
A coward loon she ca’d me!
Had Kirk and State been in the gate,
I’d lighted when she bade me.
Читать далее

    “ŞƏHƏRDƏ ƏJDAHA TƏBİƏTİ VAR…”

                       Seyfulla Süleymanlıya

Gəlmisən böyük bir şəhərə, kəndin,

Uzaq olmasa da, qalıb arxada.

Bir neçə milyonun birisən indi,
Hamı hərəkətdə, hər kəs axarda.

 +

Şəhərdə əjdaha təbiəti var,
Səni uda bilər başlı-ayaqlı.

Ya da ki, çeynəyər, gəvələr, atar,
Zədəli, ağrılı, ürəyi dağlı.

 +

Başla yubanmadan  mübarizəni,
Vermə rəqibinə zaman möhləti.

Dolsun enerjiylə əzələlərin,
İrəli addımla əzmli, qəti.

 +

Cəld və amansız ol bank yaran sayaq.
Mənimsə şəhərdə nə varsa yaxşı.

Elmə iti olsun tamahın ancaq,

Biliyin üstünə qırğı tək şığı.

 +

Ata hesabından pul çıxaran tək,
Özününkü elə mədəniyyəti,
Şubert havasıını ciyərinə çək,
Hopdur ürəyinə incəsənəti.

 +

Mahir detektiv tək dolaş şəhəri,
Onun sirləri var özü tək qədim.

Səylə tədqiq elə tikililəri,
Öyrən kərpic qoyan, suvaq çəkən kim.

 +

Ayaq izləri var səkilərində,
Barmaq izləri var divarlarında.

Öyrən bu izlərin sahibi kimdir,

Öyrən tarixini adamların da.

 +

Açıq ol dünyaya, dinlə, bax, oxu,

Nə duysan, anlasan, yaddaşına yığ.

Yaddaşdan qiymətli xəzinə yoxdur,

Yaddaş zəngindirsə — diriyik, sağıq.

 +

Mənimsə şəhəri qarış-qarış sən,
Özününkü elə yaxşı nəyi var.

Gününü qonaq tək əgər keçirsən,

Günlərin bir günü çeynəyib atar —

Şəhərdə əjdaha təbiəti var

24.12. 2022, Samara