Архив тегов | Aleksandr Aronovun şeirləri

ALEKSANDR ARONOV. 1956-CI İL

Александр Аронов

Nə gecə, nə də xəlvət —

Mənə qəbir qazarlar.

Sonra mənim bəraət,
Fərmanımı yazarlar.

 +

Qayışın toqqasıyla,
Apperkotla vuran tək,
Sifətimə «yoldaş»lar,

Zərbələr endirəcək.

 +

Rəqs edib sümük üstdə,
Arvadı zorlayarlar.

Sonradan üzr istəyər,

Əfv edərlər sonralar.

 +

Deyərlər ki, gedirsən,

Azadlıq bəxş edərlər.

Qoyar əngimə kimsə,

Bəlkə burda da elə.

 +

Müstəntiq ağlayacaq,
Baş qoyaraq çiynimə.

Pozuldu ardıcıllıq:

Bizdə nədən sonra nə.

ruscadan tərcümə

01. 09.2024, Samara

++++++++++++++++

Александр Аронов

1956-й

Среди бела дня

Мне могилу выроют.

А потом меня

Реабилитируют. Читать далее