Архив тегов | Asif Əfəndiyev

KEÇƏL HƏMZƏLƏR İNTERNETƏ DƏ DOLUŞUBLAR

Məni az-çox tanıyan bilir ki, pis-yaxşı bacardığım yeganə şey yazmaqdır. Və mənə Feysbukda “dost”luq göndərirsə, məqsədi mənim yazdıqlarımı oxumaqdır. Ancaq məlum olur ki, fikri məni oxumaq deyil, İnternetə zir-zibil yükləyib mənə göstərməkdir…

Vallah, ağsaqqal vaxtımda yaxam qalıb abırsız insanların əlində…

Zir-zibil yükləməkləri bir yana, bu zibildə hələ məni işarələyirlər də!

Belə zülm olar?

Bir ay qabaq on beş nəfəri sildim. Yenə “dost”olmaq istəyınlər çıxdı. Dünən yenə beşini sildim. İndi beş-altı nəfər saxlayacam. Çünki məni oxuyan beş-altı nəfərdir. Qalanları özləri yazırlar. Əlifbanı da düz-əməlli bilmədən döşəyirlər. Mən onların yerinə utanıram. Daha bezdim…

“Dost” gərək bir simpatiya ifadə edə. Mən bu “dost”lardan ancaq antipatiya görürəm. Elə bilirəm ki, Faysbuku açan kimi səhifəmə girib yağlı bir tüpürcək atırlar…

Xatırladıram ki, mənim peşəm yazmaqdır. Məni oxumaq fikriniz varsa, buyurun. Yoxdursa, başımı ağrıtmatyın.

Bir şəhərdə yaşayan iki azərbaycanlının Faysbukda nə dostluğu? “Dost” olarsan iki min kilometr aralıda yaşayanla. Yazışarsan, fikir bölüşərsən. Burda bir insanla qonşu küçədə illərlə yaşayırsan, qapısını tanımırsan, bir stəkan çayını içməmisən, səni heç qapıdan içəri də buraxmaz, qorxar ki, ya bir şey oğurlarsan, ya “uşaqlara” pis gözlə baxarsan. Və bu insan durur deyir ki, Faqsbukda “dost” olaq…
Bala, get tayını tap…

Mərhum Asif Əfəndiyev ağlı başında olan vaxtlar yaxşı bir söz demişdi: “Dünyanı keçəl Həmzlər bürüyüblər”..

O vaxtlar İnternet hələ yox idi. İndi keçəl həmzələr İnernetə də doluşublar…

08.04. 16

Samara

 

AZƏRBAYCANI KEÇƏL HƏMZƏLƏR BÜRÜYÜB…

ЛОШАДЬ 3

«Dünyanı keçəl Həmzələr bürüyüb». (Asif Əfəndiyev)