Архив тегов | Axar.az

BU NƏ İŞDİR, AY AMAN, ERMƏNİ ÇIXDI QURBAN…

qurban məmmədli erməni

Qurban Məmmədli Londonda şad xəbər alıb: DTX uzun səylərdən sonra onun erməni babasını tapıb. DTX sədri Əli Nağıyev şəxsən Sankt-Peterburqa gedib Qurbanın erməni babasına aid sənədləri Putinin icazəsi ilə arxivdən götürüb Azərbaycana gətirib. Demək olar ki, Qurban Məmmədli  babasının sənədləri Pyotr şəhərində saxlanılan yeganə azərbaycanlıdır. Yəni demək olar da, olmaz da. Çünki indi Əli Nağıyev mühüm sənədlərin tapandan sonra Qurban Məmmədli azərbaycanlı olmur, olur erməni…

Əli Nağıyev Londona teleqram vurub Qurban Məmmədlini təbrik edib. Məsələ burasındadır ki, Qurban Məmmədli neçə ildir ki, qürbət həyatı yaşayır, Azərbaycana gələ bilmir, çünki törətdiyi ağır cinayətlərə görə onu həbs gözləyir. Əli Nağıyev Qurban Məmmədliyə deyib ki, daha həbsdən qorxmasın, çünki indi o, azərbaycanlı kimi yox, erməni kimi həbs olunacaq. Erməni dustaqlar isə  türmədə kef çəkirlər, lüks kameralarda qalırlar, restoran yeməkləri yeyirlər. Şairimizin adaşı Xaçatryanın yanına həftədə iki-üç dəfə Siyavuş Novruzovun arvadı, dombalsman Səbinə Əliyeva gəlir, evdə erməni dolması bişirtdirib gətirir, yanında təzə camış qatığı, erməni konyakı və s. keflər. Dumanlı-yağışlı Londondan sonra Qurban Məmmədli, nəhayət, işıqlı günə çıxar…

İndi Azərbaycanda çox insan təəccüblənir ki, niyə bu eksklüziv sənədləri birinci dəfə Axar-az nəşr edib. Şayiələrə görə, bu məsələnin də müzakirəsi olub. Əli Nağıyev deyib ki, mən bu işi Axar.az-a tapşırıram, çünki, onun jurnalistlərinin əsli mənə yaxşı məlumdur, hamısnın anasını ermənilər zad eləyib, hamısı mozerfakerdir…

İndi mən bilirəm ki, Qurban Məmmədli özünü naza qoyacaq, çəm-xəm elyəcək, deyəcək mənim haram ermənidir, mənim burnuma baxın, İlham Əliyevin burnuna baxın…Əslində erməni babasının tapılması ürəyindəndir. İndi istəsə, gəlib Bakı türməsində dustaq kimi kef çəkər, istəsə, həmin kefi Ermənistana gedib azad adam kimi çəkər…

Deyilənlərə görə, indi Azərbaycandan çox adam Peterburq arxivinə müraciət edib erməni babasını axtarır. Peterburq rəsmiləri and içib deyirlər ki, bizdə belə sənəd ola bilməz, heç Azərbaycan bəylərinin, xanlarının 100 il qabaqkı sənədləri yoxdur, onda qalmış kəndçi-küdçünün kağızları ola. Peterburq qubernatoru, keçmiş bakılı Beqlov hətta Əli Nağıyevi fırıldaqçı və dələduz adlandırıb…

Mən də Mirzə Əlil olaraq Qurban Məmmədliyə məsləhət vermək istəyirəm. A kişi, az ona-buna sataş, birinin arvadını, digərinin qızını fahişə adlandırırsan, rəqib bildiklərinə erməni deyirsən. Ağzına yiyəlik elə. Allahına şükür elə ki, Əli Nağıyev sənin babanı erməni çıxarıb. Birdən türkmən çıxaraydı? Onda axı Britaniya hökuməti səni Türkmənistana deportasiya da eləyə bilərdi. Ora çatan kimi ağzına bir ovuc qum töküb həmişəlik susdurardılar. Ya da Ruandaya. Ruandada əvvəl şalvarını çıxarardılar, çünki orda lüt çoxdur. Lüt qalandan sonra başına hər iş gələ bilərdi. Ona görə, ingilis demişkən, mind your language…

Bu qədər. Təbriklər və Ցտեսություն!

Mirzə Əlil

06. 12. 2023, Samara

MİNLƏRLƏ AZƏRBAYCANLI QAN AĞLAYIR… İNANAN DAŞA DÖNSÜN…

İl yarımlıq körpənin ölümü  münasibətiylə sosial şəbəkələrdə və mətbuatda azərbaycanlıların  — “deputat”ların, nazirlərin, prezident ailəsinin, prezident köməkçilərinin, hər cür qələm və klaviatura qəhrəmanlarının və dil pəhləvanlarının qurduğu vurçatlasın davam edir. Hamı yaxasını cırır, başına kül sovurur, şerlər, hekayələr yazılır, mahnılar qoşulur… Hərçənd Azərbaycanda toy məclisləri təxirə salınmayıb, restoranlar bağlanmayıb, yəqin indi Bakının hər küncündə əvvəlki kimi vurhavurdur…

Minlərlə insanın birdən yasa batdığına inanmaq omur. İnanan daşa dönsün…

Mən bir saytda 2014-cü il mayın 22-dən 23-nə keçən gecə qoyulmuş bir material tapdım. (http://axar.az/news/gundem/18764.html). Burada Alxanlı kəndindən söhbət gedir. Yəni məlum olur ki, kənd camaatı daim erməni tərəfdən atəşə məruz qalır  və sakinlərin həyatlarına hər dəqiqə təhlükə var. “Atışma olanda evdən çıxıb divarın dibində, çöldə dururuq. Ermənilər tez-tez atırlar», — bunu kənd sakinlərindən biri deyib.

«Sakinlərin sözlərinə görə, son bir həftədər ki, hər gün kənd qarşı tərəfin atəşinə məruz qalır».

Gec-tez atılan güllələr, mərmilər adamları öldürməliydi.

Bu materialın çapo olunduğu vaxtdan üç ildən çox vaxt keçib. Elə çap olunan vaxt indi guya Zəhra üçün yas tutan insanlar niyə haray qaldırmırdılar? Niyə hökumətə, müdafiə nazirliyinə üz tutub kəndin etirbarlı müdafiəsini tələb etmirdilər. Niyə Alxanlı sakinlərinə bir nəfər kömək əlini uzatmırdı?

Və ona görə də kiminsə Zəhranın ölümündən həqiqətən sarsıldığına inanmaq mümkün deyil…

Özünüzü yırtmayın, teatr çıxarmaqla ölənlərin xatirəsini təhqir edirsiniz!

O ki qaldı Müdafiə nazirliyinə…

“Müdafiə Nazirliyi isə erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyətin nəzarətdə olduğunu deyir. /ANS/”…