Архив тегов | AXP seçki boykotu

NİYƏ BU KİŞİLƏR QIÇLARINI BELƏ ARALAYIB OTURUBLAR?

AXCP qurultayının transliyasına xeyli baxdım. Açığını deyim: heç ləzzət eləmədi. Çünki, Şeyz Nəsrullah demişkən, xanımlardan gözə dəymirdi. Dal (türkün məsəli) sıraları görə bilmədim, qabaq sıralarda oturanların hamısı “qəssumlu”, qalstUklu kişiləri idi, hamısı da qıçlarını geniş aralamışdılar, yəqin ki, İlham Əliyevə oxşadırdılar. Bəlkə də polis zoruma hazırlıqlarını göstərirdilər….

Mənim fikrimcə, zalda qadınlar olsaydılar, özü də qabaqda otursaydılar, transliyasiyaya baxanların sayı çox olardı. Həm də qadının qabağa çəkilməyi demokratiyanın şərtidir. İlham Əliyevə baxın, görün arvadını hara çəkib!

Bəs cəbhəçilərin arvadları hardadırlar? Evdə dolma bükürlər ya xan plovu asıblar?

Bir şeyi də başa düşmədim: canlı danışır, yoxsa fonoqramdır? Çünki Sədrin danışdığındatəzə söz yox idi, elə beş il, on il, on beş-iyirmi il qabaq danışdıqları idi. Bəlkə də köhnə çıxışlarının birini qoşublar ki, boğazını ağrıtmasın…

Düzü, Əli Kərimlinin özünün olduğuna da şübhəm var. Bəlkə özü oturub arvadıyla dolma bükür, qurultaydakı onun dublyorudur?

Vallah, İlham Əliyev çox mərhəmətli və səbrli adamdır. Mən onun yerinə olsaydım, bilirsinizmi neylərdim? Qurultay keçirilən zalın qapılarını qıfıllayar, sonra yaxşı xarici sementlə suvatdırardım. Sonra işığı, suyu kəsər, kanalizasiyanı bağlatdırardım. Bəs necə? Mən ölkənin sahibi, bu qurumsaqlar qalstuklarını taxıb gəlib oturublar, qıçlarını aralayıb özlərini mənə oxşadaraq dalımca danışırlar. Mən buna dözərdimmi? Yox!

Vallah, gözəl tamaşa olardı… Xüsusilə bu kanalizasiya məsələsi…

Sizdən nə gizzlədim, mən İlham Əliyevə CV göndərmişəm, istəyirəm Məhərrəm Əliyevin yerinə baş hərbi müşavir keçəm. Bəli, mən əsgərlik eləməmişəm, ancaq Məhərrəm Əlityev də əsgərlik çəkmməmişdi, hərbdən qandığı bir şey yox idi. Həm də ki, indi biz xarici düşmənlərlə müharibə apamırıq, xarici düşmənlərimizlə dostluq qururuq. Biz indi öz xalqımızla mübürizə aparırırq. Bu mübarizəyə hərbi hazırlıq yox, baş lazımdır. Mən elə sabah Bakıya gəlib başımı aparatda yoxlatdırmağa hazıram. Prezidentə elə məsləhətlər verəcəyəm ki, müxalifət tavada ilanbalığı kimi qıvrılacaq…

Ümumiyyətlə, bu işıq, su, kanalizasiya məsələsi çox aktualdır. Onları çox qapalı saxlamaq olmaz. Çünki şəhəri iy götürərər başına. İki-üç gün saxlamaq olar. Onda bəlkə bu qurumsaqların arvadları, uşaqları onların dalınca gəlib  yığılarlar divarın dalına. Beş-altı min bəlkə yığıla…Bu da sənə mitinq, nümayiş. Demokratiya istəmirdiniz? Bu da sizə demokratiya…

Mən niyə qurultay nümayəndələrinə qurumsaq deyirəm? Çünki qurumsaqdırlar. Dünən Tofiq Yaqubluya divan tutulanda bunlardan onu, on beşi niyə məhkəmənin qabağına gəlməmişdi?

Mən Mirzə Əlil olaraq xəbərdarlıq edirəm ki, bir iş görmək fikirləri varsa, tələssinlər. Yoxsa mən baş hərbi müşavir olandan sonra qurultay-zad keçirəndə pampers tədarükü görsünlər…

 

16. 12. 2023, Samara