Архив тегов | Aydın Orucov

MÜXALİF JURNALİSTİN 20-Cİ SAHƏDƏ QANUNSUZ EV TİKMƏYİ İKİ STULDA OTURMAQ CƏHDİ KİMİDİR

İdeal adam, əlbəttə yoxdur, ancaq müxalif siyasətçi və özünü müstəqil sayan jurnalist qüsursuz olmalıdır – xüsusən maliyyə məsələlərində. Çünki Azərbaycanda iqtidara qarşı yürüdülən ən birinci və ən ciddi ittiham onun oğru olmasıdır.

Məmurlar müxtəlif yollarla varlanırlar – ölkənin təbii sərvətərini ələ keçirməklə, inhisarçı bizneslə və rüşvətlə. Yüksək rütbəli məmurlar ailədən ya ailəyə yaxın dairələrdəndirlər, təbii sərvətlər, iri biznes (orta biznes, Azərbaycanda demək olar ki, yoxdur) onlardadır. Orta və aşağı rütbəli məmurlar büdcə pulların mənimsəməklə və rüşvət almaqla varlanırlar.

Və Azərbaycan, əlbəttə, rüşvətxorlar ölkəsidir.

Ancaq müxalif siyasətçi və ya müstəqil jurnalist rüşvət verirsə, o da olur guya mübarizə apardığı məmurların tayı.

Anar Orucov, Kanal 13-ün rəhbəri, öz kanalındakı çıxışında “aşağı ranqlı məmurların” – rayonlarda təhsil və maliyyə şöbələrinin müdirlərinin, Bakıda “liftlər idarəsinin müdirinin” on milyonlarla rüşvət pulunu xaricə çıxardıqlarını deyir.

Anar Orucovun qardaşı jurnalist Əziz Orucovu 20-ci sahədə qanunsuz torpaq zəbt edib ev tikməkdə ittiham edirlər.

20-ci sahədə torpağı necə “zəbt edirlər”? Əlbəttə, heç kim, silahlı basqın edib bir neçə sot torpağı ələ keçirmr. Torpağı məmurlarla və inzibati orqanlarla əlbir adamlar satırlar. İnternetdə elanlar da var. Yəni Əziz Orucov torpağı rüşvətlə “zəbt edib”. Torpaq alınandan sonra üstündə tikinti aparılmağına, yəqin ki, yenə rüşvət verilib. Yəni Əziz Orucov bir ətək rüşvət verərək məmurları və polisləri varlandırıb. İndi deyirlər ki, qanunsuz tikilən yüz minlərlə ev var, niyə gözünüz ancaq Əziz Orucovu gördü?

20-ci sahə torpaq

Bu sualın cavabı çox sadədir: qanunsuz torpaq zəbt edib üstündə qanunsuz ev tikən on minlərlə insan, Əziz Orucovdan fəqli olaraq, İnternet televiziyasında rejimi ifşa eləmir, məmurların talançılığından danışmır. On minlərlə insan dilini qarnına qoyub başını girələyir. Sən əgər ölkəyə yiyəlik edənlərin oğurluğundan danışırsansa, onlar da cavab tədbirti görəcəklər. Burda gözlənilməz nə var? Qanunsuzluğa qarşı açıq mübarizə aparan gərək qanunu pozmaya. Həkimə rüşvət verməyi mən istisna edirəm, çünki verməsən, özünü və ya yaxınını əməliiyyat eləmək əvəzinə bıçaqlayıb öldürər. Ancaq torpaq “zəbt eləmədən”, üstündə mülk tikmədən yaşamaq olar. Məsələn, kirayə mənzildə. Xəncərinin qaşı düşəcək? Totalitar rejimlə mübarizəyə qalxmış adam gərək hər cür məhrumiyyətlərə tablaşa. Komfort həyat istəyirsənsə, get sığın rejimə, sən də daraş bir tərəfdən ye.

Əgər torpağın pulunu, məmura, polisə verilən rüşvəti, tikintiyə sərf edilən vəsaiti təxminən hesablasaq, ciddi məbləğ alınar. Bu qədər pulu çətin ki, İnternet kanalı ilə qazanmaq olar. İngilis seqmetində olan videolara cəmi 300-400 baxış olur. Bu nə qədər pul gətirər? Hələ ailənin dolanışığı da var.

Başqa bir çıxışında Anar Orucov onlara qarşı sürülən başqa bir ittihamı, avtomovil hissələrinin ölkəyə qanunsuz gətirilməsini  izah edərək deyirdi ki, hissələri dost-tanış üçün göndərib, qazanc olmayıb.

İnandınız? Mən yox.

Əlbəttə, avtomobil hissələri ilə alverdə pis heç nə yoxdur. Ancaq gərək əvvəlcə telekanalını bağlayasan, ya da Əliyevlərin tərifi kanalına çevirəsən.

Müxalif siyasətçi, jurnalist verdiyi hər bəyanatda, dediyi hr sözdə belə səliqəli və dəqiq olmalıdır. Tofiq Yaqublunun evində axtarışdan sonra arvadı deyirdi ki, evdə bir qəpik olmayıb, qızı deyirdi balışın altında 200 avro olub. Əlbəttə, ailə üçün 200 avro çox kiçik məbləğdir. Ancaq ailə üzvlərinin bir-birinə zdidd getməsi onları etibardan salır.

Anar Orucov bir şəhid anasını məmurun necə təhqir etdiyindən danışır. Məmur deyib ki, “sənin oğlun mənə görə ölməyib”. Jurnalist əlavə edr ki, ananın oğlu canını qurban verib, “dövlət ona bir manat yardım verməyib”.

Bu, doğrudurmu? Şəhid ailəsinə 11 min sığorta pulu verilmirmi? Başqa ödənişlər də var. Demirəm ki, bu, yaxşıdır ya çoxdur. Ancaq “bir manat da verməyib” ittihamı yalandır və bu, Anar Orucovun başqa iddialalrına da şübhə yaradır.

Üstəlik bu monoloqunda Anar Orucov cəsur, mübariz adamlar sırasında Rüfət Muradlının adını çəkir.

Rüfət Muradlı Qarabağın hansı hissəsində, hansı müharibəsində vuruşub və bədəninin hansı hissəsini itirib? Rüfət Muradlıın cəi bir itkisi olub – nədənsə türməyə bığlı girib, bığsız çıxıb. Bığın başına nə gəlib, məlum deyil…

X.X.

06.01. 2024, Samara