Архив тегов | Ayişənin yaşı

ELŞAD MİRİ: İLAHİYYATÇI YA MANİPULYATOR VƏ ÜSKÜKOYNADAN?

Elşad Miri

Mənə ilhahiyyatçı Elşad Mirinin “yaradıcılığı” ilə tanış olmağı tövsiyə elədilər.  Bu cənabın müxtəlif illərdə tv-də və Youtube-da elədiyi çıxışlara baxdım. Gəldyim nəticəni baş ağrıtmadan deyim: bu adam bişmiş manipulyator və üskükoynadandır.

Elşad Miri özünü “ilahiyyatçı” adlandırır və ilahiyyatçıları “molla” sayanlardan inciyir. Deyir ki, bu, təhqirdir…

Vikipediyada oxuyuruq: “Molla (fars. ملا‎) İslam ilahiyyat və din qanun (fiqh) üzrə təhsil almış din alimidir. Ərəb dilində əfəndi, sahib kimi mənalara gələn mövlan (Ərəbcə:مولی).

Bəs onda ilahiyyatçının molladan fərqi nədir? İlhahiyyatçı ölünü qəbrə qoymur və televiziya şoularında performans ifa edir?

Mən başa düşürəm ki, Elşad Miri özünü alim sayır. İranda olan on minlərlə, bəlkə yüz minlərlə çalmalı ilahiyyatçı da özünü alim sayır. Ancaq onlar alimdirlərmi? Yox. Alimlər İranın atom bombasını yaradanlardır. İran alimləri “şəhid” aparatlarlnı yaradırlar. Bildiyiniz kimi, bu aparatları İran Rusiyaya verir və Rusiya onlarla Ukraynanı bombalayır. Yəni İran alimlərinin fəaliyyəti dağıdıcılıq sahəsindədir, ancaq bu onların alimliyini inkar etmir.

İlahiyyatçı isə alim deyil, ilahiyyatçı manipulyatordur, yeri gələndə şeytanın vəkilidir.

Elşad Miridən islamda möcüzənin olub-olmadığını soruşurlar. Elşad Miri deyir ki, Quranda möcüzə yoxdur. Bəs Musanın qabağında dənizin aralanıb quruması? Miri deyir ki, bunu su anbarlarında şlyuzdan keçmək kimi başa düşmək lazımdır…

Şlyuz…

A kişi, nə şlyuz? Necə möcüzə yoxdur? Bəs  Musanın Allahla üzbəüz durub onunla danışmağı? Sən Tövratı inkar edirsən? Tövratı müqəddəs, səmavi kitab sayan Qurana qarşı çıxırsan?

Bəs Lotun evinə iki mələyin göndərilməyi? Möcüzə deyil? İndi kimin evinə mələk göndərilir? Bəs Lotun arvadının duz sütununa çevrilməyi? Bəs Lotun öz doğma qızları ilə yatmağı? Molla Elşad, öz xeyrinədir ki, bunu möcüzə sayasan, əks halda Lotun öz qızları ilə yatmağına gərək insest, cinsi zəmində cinayət və s. deyəsən…

Elşad Miridən Məhəmmədin öz oğulluğunun arvadını niyə aldığını soruşurlar. Elşad Miri ağzını marçıldada-marçıldada deyir ki, oğulluq oğul deyil.

Bunu maariflənmiş, maarifçi adam deyə bilməz. Bunu manipulyator və üskükoynadan, bunu şeytanın vəkili deyə bilər.

Əgır bir uşaq, oğlan, gənc oğulluğa götürülürsə, oğula xas bütün hüquqi, əxlaqi statusa yiyələnir. Əks halda niyə oğulluğa götürülürdü?

Bütün mədəni dünyada övladlığa götürülənlərlə, onların arvadları (ərləri), uşaqları ilə cinsi əlaqə insest sayılır.

Elşad Miri çoxlu pul alıb ümidsiz iş götürmüş vəkillər kimi dəridən-qabıqdan çıxır, ancaq gətirdiyi arqumetlərin biri digərindən daha yöndəmsiz olur.

Elşad Miri Zeydlə arvadınının arasındakı intellektual fərqə çox maraqlı müqayisə tapır: deyir ki, elə bilin traktorçu Harvard məzununu alıb…

Yəni peyğəmbər oğulluğunun arvadını almaqla “Harvard məzununu” intellektual məşəqqətdən xilas edir…

Elşad Miri peyğəmbərin bu hərəkətində fövqəladə şəxsiyyətin fövqəladə nəcibliyinin təzahürünü görür…

Soruşuram: peyğəmbr oğulluğunun arvadını alandan sonra onunla neyləyirdi? Xəlvətə çəkilib Platonu ya Senekanı oxuyurdular?

Və əgər Məhəmmədin öz oğulluğunun arvadını ala bilməsi üçün Allah əl-ayağa düşüb ayə göndərirdisə, buna ya möcüzə dmək lazımdır ya da ayrı şey. Müsəlmanları qəzəbləndirməkdən qorxub ayrı şeyi adı ilə demək istəmirəm. M.F. Axundov, deyəsən, bunu aradüzəltmək adlandırırdı…

Elşad Miri deiyir: peyğəmbərimiz arvad tamarzısı deyildi, onun arvadı çox idi, biri elə bizim anamız gənc Ayişə…

Elşad Miridən çox xahiş edərdim ki, “anamız” deməsin”, “anam” desin”, çünki mən yalnız bir arvadı ana sayıram, o da məni dünyaya gətirmiş arvaddır…

Elşad Miri gözəl bilir ki, peyğəmbərlərə bir, iki, yeddi, səkkiz, on beş arvad bəs eləmir.

Davud şah (müsəlmanca peyğəmbər) evinin damında uzanıb dincəlirdi, birdən onun zabitlərindən olan Urinin pəncrəsindən onun arvadını çimən görüb ona açiq olur. Tez damdan tullanır yerə, arvadı gətizdirib salır yatağına. Uri gəib arvadı evdə tapmır, gedib kəsdirir ali baş komandanın qapısını, ali baş kmandan da onu göndərir cəbhə bölgəsinə.

Uri həlak olur…

Məhəmməd təkcə peyğəmbər deyildi. O həm də padşah idi. Padşahların isə — bunu həm nağıllardan, həm də  real tarixdən bilirik – onlarla, bəzilərinin yüzlərlə arvadı olub. Biz isə hörmətə qörə dilimizi qısa edib onlara arvadbaz deyə bilmirik…

Yoldaş Miri! Sən Tövratı inkar edə bilməzsən! Xüsusən Azərbaycan xalqının yəhudilərlə belə qolboyun olduğu bir vaxtda…

Elşad Miridən  Məhəmmədin 9 yaşlı Ayişəyə evləndiyi barədə soruşurlar. Yenə yoldaş Miri dəridən-qabıqdan çıxır, tərləyir, tərini silir, sildikcə dərisi qızarır…

Bu ilahiyyatçılıq nə o…. peşə imiş… A kişi, get özünə iş tap…

Yoldaş Miri manipulyasiyalarla gözünü qırpmadan Ayişənin zifah yaşını çatdırdı on doqquza…

Teologiya, ilahiyyatçılıq – adına görə elm iddiasında olsa da, elm deyil və elm ola bilməz. Xüsusən islam ilahiyyatçılığı elm ola bilməz. Elmin baza prinsipi obyektivlikdir. Fizika ya kimya İngiltərədə də, Afrikada da, hətta dəmir yumruq altında olan Azərbaycanda da fizika və kimyadır. İslam ilahiyyatçıları məzhəb ideoloqları, təbliğatçıları, təşviqatçıları, piarçılarıdırlar. İki fizikin Nyutona ya Arximedə görə bir-birinin başını yardığını ya qarnını cırdığını eşitmisiniz? Ancaq müxtəlif məzhəblərdən, müxtəlif cəbhələrdən olan ilahiyyatçılaırn işi-gücü bir biri ilə dava eləməkdir. Və islam ölkələrində, islam ölkələri arasında baş verən qanlı hadisələrin ilhamçıları, havadarları elə ilahiyyatçılardır. İlahiyyat elm olsaydı, islam ölkələrinin, heç olmasa, birində ya ikisində insanlar təzyiqlərə, təqiblərə, mənəvi alçalmalara, fiziki işgəncələrə məruz qalmadan, azad nəfəs alaraq yaşaya bilərdilər. Belə ölkə varmı? Yoxdur!

İlahiyyatçı Elşad Mirinin molladan fərqi varmı? Var. Çünki molla ilahiyyatçıdan daha şərəfli mövqedədir, kim olduğunu pərdələmir. Deyir ki, Quranda deyilirsə ki, cəhənnəmdə yanacaqsan, deməli, yancaqsan. Quran deyirsə cənnətdə hurilər səni məzələndirəcək, deməli məzələndirəcək. Artıq-əskik danışma, durub başını yararam…

İlahiyyatçı Elşad Miri isə cəfəngiyatı elm kimi qələmə verməyə çalışır, bostan müqəvvasına Versaçi kostyumu geyindirir, başına şlyapa qoyur, boynuna qalstuk bağlayır… Onun mövqeyi daha sürüşkəndir, buna  görə danışdıqca onu tər yuyub aparır, hətta narahat olursan ki, indi kişini yaşının oğlan çağında infarkt vurar…

Axı hansısa ilahiyatçı belə qəfil getdi…

Məgər cəfəngiyyatı elm kimi sırımaq asan işdir? Manipulyatorluq, üskük oynatmaq, məharətdən başqa, çox ağır psixoloji gərginlik tələb edir…

Yoldaş Elşad Miriyə məsləhət görərdim ki, başına çalma qoyub mollalıq eləsin. Kefi kök olar, ömrü də uzun.

Allahşükürün yaşının dibi yoxdur, cin kimidir… Pulu da zibil kimi…

Mirzə Əlil

21. 10. 2024, Samara

P.S. Elşad Miridən ayrılııb televiziya ilə Barselona-Sevilya oununa baxdım. Və möcüzə gördüm. On yeddi yaşlı Lamin Yamalın  Sevilyanın qapısına endirdiyi zərbə. Qapıçı topu çıxarsa da, zərbə gözəlliyi ilə möcüzə idi. O ki qaldı Lamin Yamalın yaşına, onu yaşı doğrudan da on yeddidir. İspaniyadan doğulub, İspaniyada isə dərəbəylik deyil, sənəd işi qaydasındadır…

M.Ə..