Архив тегов | Azərbaycan generalları

QƏHRƏMAN AZƏRBAYCAN BAYTARLARINA HƏSR OLUNUR

BAYTAR

Günlərin bir günü baytar general-mayor Nazim Məmmədov möhtərm prezidentə yaxınlıaşıb deyir:

  • Möhtərəm prezident, arvad başımı qapazlayır ki, ulduz bir dənədir. Bu ulduzdan birini də versəydiniz, danlaqdan qurtarardım.

Möhtərəm prezident məlahətlə gülümsünüb deyir:

  • Sənin pulun ikinci ulduza çatmaz axı.

Baytar general utana-utana deyir:

Möhtərəm prezident, necə çatmaz? Pul məndə peyin kimi, zımrıq kimi…

Elə həmin gün baytar olur general-leytenant.

Bunun üstündən xeyli keçir. Günlərin bir-günü bir təntənəli qəbulda möhtərəm prezidenit baytar general-leytenantı görür. Çağırıb deyir:

  • Nazim, nə var-nə yox? Heç məndən təzə ulduz istəmirsən? Deyəsən, kasıblıqdır.

Baytar general utana-utana deyir:

  • Möhtərəm prezident, pul məndə peyin kimi, təzək kimi. Ancaq qorxuram mənə verməyə sizin ulduzununz çatmaya…

ƏHSƏN GENERALLARIMIZA!

Azərbaycan generallarının şəklini fördüm, gözüm orden-medal işığından qamaşdı! Hər birinin sinəsindən göbəyinəcən, yalan olmasın, bir pudluq mükafatı var. Yəqin əyilib qalxanda çox əziyyət çəkirlər. Yəqin çoxunda qasığ, bel, onurğa qrıjası da var. Camaat de deyir ki, generallar kef çəkirlər. Hardan kef çəkirlər? Bir pud ordeni taxın döşünüzə, qarnınızın üstünə, görüm necə kef çəkirsiniz. Hələ mən bu qədər ordeni almçaq üçün generallarımızın nə qədər yağı düşməni yıxıb sürüdüklərini demirəm! Yəqin döyüşə girəndə Azərbaycan generalları heç zirehli paltar da geymirlər, sinədən tutmuş qarnının üstünəcən belə orden düzüləndən sonra zirehli paltara nə ehtiyac?

Vallah, bilmirəm yalandır yoxsa doğru: deyirlər bu generalların qarnı içəridən də qızıl-gümüşlə doludur…

Mirzə Əlil