Архив тегов | Azərbaycan velosipedi

YELİK

 

 vodevil

MEHRİBAN XANIM: Kişi, məh heç bilimirdim sən belə qəşəmg yelik sürürsən. Dünən televizorda gördüm, urusun bir sözü var ey, demək istəmirəm, o cür oldum.

İLHAM BƏY: “Yelik” yox, arvad, velik, yüz dəfə demişəm.

MEHRİBAN XANIM: Mənim dilim nədənsə “yelik”ə yatır, həm də elə bilirəm “yel kimi gedən” deməkdir. Qəşəng də çəkmişdilər. ANS çəkmişidi?

İLHAM BƏY: ANS hara çəkir? ANSi bağlamışam gedib!

MEHRİBAN XANIM: Sənin bağlayan əlin-qolun var olsun! Kişi, nöş bağladın, mən indi ilin adam harda olacam?

İKHAM BƏY: Kanal çoxdur, hansında istəsən, orda. AZTV-yə tapşırım, sənə həftədə bir dəfə ilin adamı desinlər.

MEHRİBAN XANIM: Kişi, tapşır. Mən özüm bilirəm ilin adamıyam, ancaq televizor deyəndə hamı bilir. Kişi, nə olar, gələn dəfə televizor sənin velik sürməyini çəkəndə, velikin birini də ver mənə, dallı-qabaqlı sürək. Koroğluyla Nigar kimi.

İLHAM bəy: Arvad, mənim atam uzaqgörənr olub, kor olmayıb!

MEHRİBAN XANIM: Kişi, mən o mənada demədim ki. Hirslənmə, gözün yenə qan qoyar, elə bilərlər şey çəkmisən. Kişi, sən velik sürəndə ürəyim düşmüşdü ey, deyirdim birdən sükan kişinin əlindən qaçar, kişi kəlləmayallaq olar.

İLHAM BƏY: Arvad, mən peşəkar idmançıyam, Olimpiya komitəsinin prezidentiyəm, sükan hara qaçır əlimdən?

MEHRİBAN XANIM: Kişi, deyirəm yəni nanəcbin biri sənin velikinə çöp soxar, xəbərin olmaz…

İLHAM BƏY: Arvad mənim velikimə çöp soxmaq istəyənlər bilrsən hardadırlar?

MEHRİBAN XANIM: Analarnın qarnında?

İLHAM BƏY: Yox, analarının qarnından çıxıblar. Ancaq çıxmaqlarına peşman olublar. Çünki hamısını basıram türməyə…

 

13.08.2016

Samara

 

AZƏRBAYCAN VELOSİPEDİ

BORXESİN «DON KİXOT»UN MÜƏLLİFİ PYER MANAR» HEKAYƏSİNƏ NƏZİRƏ

Azərbaycan aliməri və sənayeçiləri yeni nəqliyyat vasitəsi — Azərbaycan velosipedi yaratmağa nail olublar.

Azərbaycan velosipedi velosipeddən tamamilə fərqlənir.

Müqayisə edək:

Velosiped – iki təkərə malik, əzələ qüvvəsi ilə hərəkətə gətiriln nəqliyyat vasitəsidir.

Azərbaycan velosipedi isə iki təkərə malik, əzələ qüvvəsi ilə hərəkətə gətiriln nəqliyyat vasitəsidir.

Yüksək sürət, sükanın idarəsi, ağırlıq mərkəzinin tənzimlənməsi ilə müşayiət olunan stabilləşdirici hiroskopik hərəkət nəticəsində velosipedlə hərəkət etmək mümkün olur.

Azərbaycan velosipedində isə yüksək sürət, sükanın idarəsi, ağırlıq mərkəzinin tənzimlənməsi ilə müşayiət olunan stabilləşdirici hiroskopik hərəkət nəticəsində  hərəkət etmək mümkün olur.

Velosipeddə sürətlərin indeksli ötürməsi tətbiq olunur.

Azərbaycan velosipedində isə  sürətlərin indeksli ötürməsi tətbiq olunur.

Beləliklə, Azərbaycan velosipedi tamamilə yeni nəqliyyat vasitəsi olaraq yalnız Azərbaycan elmi fikrinin və yüksək səviyyəli texnoloji sənayesinin məhsuludur.