Архив тегов | Azərbaycanda korrupsiya

QUBADLIDA YENİ YAŞAYIŞ MASSİVİ HAQQINDA

İlhan Əliyev həftə səkkiz, mən doqquz Azərbaycan rayonlarına pul ayırır. Bu pullara rayonlarda Heydər parkından başqa bir şey tikilmir. Qubadlı rayonuna bir manat pul ayrılmayıb, ancaq burda ermənilər yeni yaşayış massivi istifadəyə verirlər…

RAMİZ MEHDİYEVİN STRATEJİ YÜKSƏKLİKLƏRİ

Ramiz Mehdiyev deyib ki, “ordumuz vacib strateji yüksəklikləri nəzarət altına alıb” .

Aprelin 17-də Ramiz Mehdiyevin 78 yaşı tamam olacaq. Bu yaşda insanı babasil, adenoma, qəbizlik və bu cür başqa ciddi problemlər incidir. A kişi, sənin strateji yüksəkliklərlə nə işin var? Sənin yüksəkliyin alın təriylə qazandığın pullara tikdirdiyin binalardır. Sən onlara nəzarətdən danış. Yoxsa ki, nə bilim, ordu, strategiya… Bu gün bağırsağını boşalda bilmisənsə, bu sənin strategiyan, strateji qələbən…

Baxıram Ramiz Mehdiyevin bioqrafiyasına, görürəm ki, mən S.M. Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət universitetində oxuyanda bu yoldaş orda elmi kommunizmdən dərs deyib. Əslində görüşə bilərmişik. Ancaq mənim müəllimim ayrı adam olub. Adı yadımda deyil. Onların hamısının adı batsın…

Mən diplom işimi Akademiyada işləyən bir makinaçıyaça çap etdirmişəm, əslində o qadın makinaçı deyildi, hansı institutdasa işləyirdi, makinaçılıqla əlavə pul qazanırdı – səhifəsi 1 manata. Diplom müdafiəsindən sonra isə elmi kommunuzmdən dövlət imtahanı olmalıydı. O makinaçı qız işimi çap edib mənə verəndə dedi: “Yazınızdan görürüəm ki, imtahanı özünüz verəcəksiniz. Yoldaşlarınıza deyin, kim qiymət almaq istəyirsə, mənimlə danəşsın”.

Söz verdim ki, deyərəm. Ancaq heç kimə demədim. Hamı adamını çoxdan tapmışdı. Deyirdilər ki, elmi kommunizmin qiyməti 400 manatdır…

İndi Ramiz Mehdiyev kimi belə elmi kommunizm müəllimləri ölkəni nəinki kommunizm kimi parlaq gələcəkdən, ümumiyyətlə hər cür gələcəkdən mərhum edirlər…

 

İLHAM ƏLİYEV DEYİB Kİ, AZƏRBAYCAN KORRUPSİYA İLƏ DOLUB…

Prezident İlham Əliyev məlumat verib ki, «Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa yer yoxdur”. Yəni bütün yerlər dolub, bütün dəlmə-deşiyi korrupsiya tutub.

Azərbaycan balaca ölkədir də, gec-tez dolmalıydı…

Ona görə Azərbaycan məmurları və onların balaları indi başqa ölkələri yaman günə-qoyurlar…